Ey münafiqlər! Siz, küfür və istehza etməkdə eyni ilə sizdən əvvəlki yalan sayan ümmətlər kimisiniz. Onlar sizdən qüvvədə daha üstün, mal-dövlət və oğul-uşaq baxımından daha çox idilər. Onlar dünyadakı öz paylarından və ləzzətlərindən zövq aldılar. Ey münafiqlər! Sizdən əvvəlki yalan sayan ümmətlər, öz paylarından zövq aldıqları kimi, siz də öz payınızdan zövq aldınız. Onlar haqqı yalan sayıb, Peyğəmbərə tənə etdikləri kimi, siz də haqqı yalan sayıb, Peyğəmbərə tənə etdiniz. Məhz bu çirkin sifətlərə sahib olan kimsələr, etdikləri küfürə görə Allah qatında əməlləri batil olan kimsələrdir. Məhz onlar, etdikləri günahlar ucbatından özlərini ziyana uğradan kimsələrdir.
Məgər o münafiqlərə özlərindən əvvəlki yalan sayan ümmətlərin etdikləri əməllər və bu səbəbdən onların başına gələn müsibətlərin xəbəri –Nuh qövmünün, Hud qövmünün, Saleh qövmünün, İbrahim qövmünün, Mədyən əhalisinin və Lut qövmünün alt-üst edilmiş kəndin xəbəri – gəlib çatmadımı? Elçiləri onlara açıq-aydın dəlillər gətirmişdilər. Allah onlara zülm etmədi, çünki Elçiləri onlara xəbərdarlıq etmişdir, lakin onlar Allaha küfür etməklə və Elçiləri yalan saymaqla özləri özlərinə zülm etdilər.
Mömin kişilərlə mömin qadınlar Allaha və Rəsuluna iman etdikləri üçün bir-birinin dayağı və yardımçısıdırlar. Onlar insanlara tək Allaha ibadət etməyi, namaz qılmağı və s. bu kimi Allahın sevib, razı qaldığı yaxşı işlər görməyi əmr edər, küfür, sələm və s. bu kimi Allahın qəzəbləndiyi pis əməlləri qadağan edərlər, namazı kamil şəkildə qılırlar, Allaha və Onun Elçisinə itaət edərlər. Uca Allaha belə gözəl sifətlərə sahib olan kimsələri, Öz rəhmətinə daxil edəcəkdir. Həqiqətən, Allah qüdrətlidir, kimsə Onu məğlub edə bilməz. Allah xəlq etməyində, işlərində və şəri hökmlərində hikmət sahibidir.
Allah Ona iman edən kişilərə və qadınlara qəsirləri altından çaylar axan, içində əbədi qalacaqları, heç bir zaman orada ölməyəcəkləri və nemətləri tükənmək bilməyən cənnətlərə daxil edəcəyinə və həmçinin Allah onlara əbədi qalacaqları cənnətlərdə onları gözəl məskənlərə varis edəcəyinə vəd vermişdir. Bu, böyük uğurdur. Heç bir uğur buna bərabər ola bilməz.
التفاسير:
من فوائد الآيات في هذه الصفحة:
• سبب العذاب للكفار والمنافقين واحد في كل العصور، وهو إيثار الدّنيا على الآخرة والاستمتاع بها، وتكذيب الأنبياء والمكر والخديعة والغدر بهم.
• Hər zaman kafir və münafiqlərə əzab verilməsinin səbəbi, onların dünya həyatını axirət həyatından üstün tutaraq, dünya naz-nemətlərinə alüdə olub, Peyğəmbərləri yalan sayıb, onlara qarşı məkir və hiyəğərlik etdiklərinə görədir.
• إهلاك الأمم والأقوام الغابرة بسبب كفرهم وتكذيبهم الأنبياء فيه عظة وعبرة للمعتبر من العقلاء.
• Keçmiş ümmətlərin və qövmlərin məhv edilməsi, onların Allaha küfür edib, Peyğəmbərləri yalan saydığları səbəbindəndir. Bütün bu hadisələrdə ağıl sahiblər üçün ibrət və öyüd-nəsihət vardır.
• أهل الإيمان رجالًا ونساء أمة واحدة مترابطة متعاونة متناصرة، قلوبهم متحدة في التوادّ والتحابّ والتعاطف.
• İman əhli, kişi və ya qadın olmasında aslı olmayaraq, bir-birinə yardım edən və bir-birinə dəstək olan bir ümmətdir. Onlar bir-birilərinə qarşı sevgi, məhəbbət və şəfqət bəsləməkdə qəlbləri bir-birləri ilə eynidir.
• رضا رب الأرض والسماوات أكبر من نعيم الجنات؛ لأن السعادة الروحانية أفضل من الجسمانية.
• Yerin və göylərin Rəbbinin razılığı Cənnətlərdə olan nemətindən daha böyükdür, çünki rovhani xoşbəxtlik, cismani xoşbəxtlikdən üstündür.