Vətənlərini, yurdlarını, ev-eşiklərini Allah yolunda tərk edib, imanda hamını ötüb keçən ilk mühacirlərdən və Allahın elçisinə (sallallahu aleyhi və səlləm) çətin anda yardım edən ənsardan, həmçinin düzgün əqidə sahibi olaraq, gözəl sözlər söyləyib, yaxşı işlər görməkdə və mühacir və ənsrların ardınca gedən kimsələrdən Allah razı qaldı və onların etdikləri saleh əməlləri Öz dərgahında qəbul etdi. Allah onlara böyük savab bəxş etdiyi üçün, onlar da Allahdan razı qaldılar. Allah onlar üçün qəsrləri altından çaylar axan, içində əbədi qalacaqları cənnətlər hazırlamışdır. Bu mükafata nail olmaq, böyük uğurdur!
Mədinəyə yaxın yerdə, səhrada yaşayan ərəblərdən, həmçinin Mədinə sakinləri arasında nifaq əməllərindən əsla əl çəkməyən, əksinə bu əməllərdə inadkarlıq edən münafiqlər vardır. Ey Peyğəmbər! Sən onları tanımırsan. Onları yalnız Allah tanıyır. Biz onlara iki dəfə əzab verəcəyik. Birinci dəfə, dünyada onların iç üzlərini möminlərə aşkar edib, onları ya öldürmək, ya da, əsir götürməklə, ikinci dəfə isə onlara axirətdə qəbir əzabı ilə əzab verəcəyik. Qiyamət günü isə onlar Cəhənnəmin ən aşağı təbəqəsində böyük bir əzaba qaytarılacaqlar.
Mədinə sakinləri arasında, heç bir üzürləri olmadığı halda cihada çıxmayıb evində qaldıqdan sonra, cihada çıxmaq üçün heç bir üzürü olmadığını etiraf edən və özlərinə başqaları kimi yalandan bəhanələr axtarmayan bir qisim insanlar da vardır. Onlar Allaha itaət etmək, Onun şəriətinə əməl edib və Onun yolunda cihad etmək kimi əvvəllər etdikləri yaxşı əməlləri başqa pis əməllərə qarışdırdılar. Onlar Allahdan, onların tövbələrini qəbul etməsini və onları bağışlamasını umurlar. Allah Ona tövbə edən qulların tövbələrini qəbul edəndir və onlara qarşı rəhimlidir.
Ey Peyğəmbər! Onların mallarından zəkat götür ki, bununla onları asiliklər və günahlar çirkabından təmizə çıxardıb və beləliklə də, onların yaxşı əməllərini artırmış olasan. Onlardan mallarının zəkatını aldıqdan sonra, onlar üçün Allaha dua et. Çünki sənin duan onlar üçün bir rəhmət və təskinlikdir. Allah sənin dualarını eşidəndir, onların əməllərini və qəlblərində olanları biləndir.
Qoy cihada çıxmayıb evində qərar tutan və bu əməlindən Allaha tövbə edən kimsələr bilsinlər ki, həqiqətən Allah, Ona tövbə edən qullarının tövbələrini qəbul edəndir. Allahın heç bir şeyə ehtiyacı olmamasına rəğmən, Allah onların verdikləri sədəqələri qəbul edər və sədəqə verən kimsəyə, verdiyi sədəqənin əvəzini də verər. Allah Ona tövbə edən qullarından tövbələri qəbul edən və onlara qarşı rəhmlidir.
Ey Peyğəmbər! Cihada çıxmayıb evində qərar tutan və bu əməlindən Allaha tövbə edən kimsələr de: "Günahınızın bağışlanmasına görə Allah üçün, Onu razı salan, saleh əməllər edin! Allah, Onun rəsulu və möminlər əməllərinizi görəcəklər. Sonra siz qiyamət günü hər bir şeyi bilən Rəbbinizin hüzuruna qaytarılacaqsınız, O, sizin gizlində saxladığınızı da, aşkara çıxardığınızı da bilir. Allah sizə dünyada ikən etdiyiniz əməllərinizi xəbər verəcək və hər bir kimsənin etdiyi əməlin müqabilini də verəcəkdir.
Heç bir üzürlü səbəb olmadan Təbuk döyüşünə getməyib evində qərar tutan kimsələr arasında bir qisim insanlar da vardır ki, onların hökmü Allaha qalmışdır. Allah onlar barədə istədiyi hökmü verəcək. Əgər onlar tövbə etməsələr, Allah ya onlara əzab verəcək, ya da tövbə etsələr, Allah onların tövbələrini qəbul edəcəkdir. Allah kimin əzab çəkməyə və kimin də bağışlanmağa layiq olduğunu yaxşı bilir. Allah, şəri hökmlərində və işlərində hikmət sahibidir. Heç bir üzürlü səbəb olmadan Təbuk döyüşünə getməyib evində qərar tutan kimsələr, Murara bin ər-Rəbiya, Kəb bin Malik və Hilal bin Umeyyə adlı səhabələrdir.
التفاسير:
من فوائد الآيات في هذه الصفحة:
• فضل المسارعة إلى الإيمان، والهجرة في سبيل الله، ونصرة الدين، واتباع طريق السلف الصالح.
• İman gətirməyə, Allah yolunda hicrət etməyə, dinə yardım etməyə və əməlisaleh sələfilərin yoluna tabe olmağa tələsməyin fəziləti.
• استئثار الله عز وجل بعلم الغيب، فلا يعلم أحد ما في القلوب إلا الله.
• Qeyb elmi İzzət və Cəlal sahibi olan Allaha məxsusdur. Qəlblərdə olanı Allahdan başqa kimsə bilməz.
• الرجاء لأهل المعاصي من المؤمنين بتوبة الله عليهم ومغفرته لهم إن تابوا وأصلحوا عملهم.
• Mömin günah etdikdən sonra Allaha tövbə edib saleh əməllər edərsə, Allahın onun tövbəsini qəbul edib, bağışlayacağına ümid bəsləyər.
• وجوب الزكاة وبيان فضلها وأثرها في تنمية المال وتطهير النفوس من البخل وغيره من الآفات.
• Zəkatın vacibliyi, zəkat verməyin fəzilətli əməl olmasının bəyanı, zəkatın, malın artmasına müsbət təsir bağışlaması və zəkat verməklə nəfsin xəsislik və s. bu kimi xəstəliklərdən təmizlənməsi.