Ey möminlər! Müşriklərlə döyüşün. Siz onlarla döyüşün ki, Allah sizin əlinizlə onları öldürmək, məğlub etmək və ya əsir götürməklə onlara əzab versin. Möminlərdən, düşmənlərinin öldürülməsinə, onların əsir götürülməsinə, məğlub edilməsinə və Uca Allahın möminlərə düşmənlərinə qarşı yardım etməsinə şahid olmayan mömin camaatın qəlbini sevindirsin.
Allaha mömin qullarına düşmənləri üzərində qələbə nəsib etməklə möminlərin qəlbindən qəzəbi uzaq etsin. Məkkənin fəti günü baş verdiyi kimi, Allah, o inadkarlardan kimsə tövbə etdikdə istədiyi kəsin tövbəsini qəbul edər. Allah onlardan kimin ixlasla tövbə etdiyini biləndir və O, xəlq etməyində, işlərində və şəri əhkamlarında hikmət sahibidir.
Ey möminlər! Allah sizi imtahan etmədən sərbəst buraxacağınızımı güman edirdiniz? İmtahan Allahın sünnəsidir. Allah sizi ta içərinizdən, özlərinə, Allahdan, Onun Elçisindən və möminlərdən başqa kafirləri sirdaş, dost tutmayanları, ixlasla Allah üçün cihad edənləri ayırd edənə qəbər imtahan edəcəkdir. Allah nə etdiklərinizdən xəbərdardır. Ona heç bir şey gizli qalmaz. Allah onlara etdikləri əməllərin əvəzini verəcəkdir.
Müşriklər qəlblərində Allaha küfr etdikləri və bunu əməlləri ilə büruzə verdikləri bir halda, onlara Allahın məscidlərini ibadət və başqa itaət əməllərlə abadlaşdırmaq yaramaz. Onların imanları olmadığı üçün əməlləri puça çıxmışdır. Əgər onlar ölməzdən əvvəl Allaha şərik qoşmaqdan tövbə etməsələr, qiyamət günü cəhənnəmə varid olaraq orada əbədi qalacaqlar.
Allahın məscidlərini abadlaşdırmağa yalnız tək Allaha iman edən, Ona heç bir şeyi şərik qoşmayan, qiyamət gününə iman gətirən, namaz qılan, malının zəkatın verən və Uca Allahdan başqa heç kəsdən qorxmayan kimsə layiqdir. Ola bilsin ki, məhz onlar doğru yolla yönələn kimsələr olsunlar. Amma müşriklər isə bu yoldan olduqca çox uzaq olan kimsələrdir.
Ey müşriklər! Doğrudanmı siz hacılara su verməyi və Məscidulharamı abadlaşdırmağı Allaha iman gətirib, Ona heç bir şeyi şərik qoşmayan və qiyamət gününə imanan, kafirlərin kəlməsi alçaq, Allahın kəlməsi isə uca olması üçün canı və malı ilə Allah yolunda cihad edənlərlə eyni tutursunuz? Məgər siz bu iki dəstəni Allah qatında fəzilət baxımından eyni dərəcədə edirsiniz? Bilin ki, onlar Allahın yanında əsla eyni dərəcədə ola bilməzlər. Allah zalım qövmü, hacılara su vermək kimi yaxşı əməllər etsələr də belə, şirk etdiklərinə görə doğru yola müvəffəq etməz.
Allaha iman gətirib, küfür diyarından İslam diyarına hicrət etməklə, malı və canı ilə Allah yolunda cihad etməyi bir araya cəm edən kimsələrin mükafatı Allah yanında başqalarından ən yüksək dərəcələrdədir. Məhz bu sifətləri özündə cəm edən kimsələr cənnətə daxil olan kimsələrdir.
التفاسير:
من فوائد الآيات في هذه الصفحة:
• في الآيات دلالة على محبة الله لعباده المؤمنين واعتنائه بأحوالهم، حتى إنه جعل من جملة المقاصد الشرعية شفاء ما في صدورهم وذهاب غيظهم.
• Yuxarıda qeyd edilən ayələrdə Uca Allah mömin qullarını sevdiyinə və onlara qayğı göstərməsinə dair dəlil vardır. Belə ki, Allah, düşmənləri məğlub etməklə möminlərin qəlbindən onlara qarşı olan qəzəbi aparmağı şəriətin məqsədlərindən biri etmişdir.
• شرع الله الجهاد ليحصل به هذا المقصود الأعظم، وهو أن يتميز الصادقون الذين لا يتحيزون إلا لدين الله من الكاذبين الذين يزعمون الإيمان.
• Allah cihadı ali məqsədin əldə olunması üçün dində qanun etmişdir. Bu ali məqsəd isə canlarını din uğrunda fəda edən sadiq kimsələri, iman gətirdiklərini iddia edən yalançılardan ayırd etməkdir.
• عُمَّار المساجد الحقيقيون هم من وُصِفوا بالإيمان الصادق، وبالقيام بالأعمال الصالحة التي أُمُّها الصلاة والزكاة، وبخشية الله التي هي أصل كل خير.
• Məscidləri həqiqi təmir edənlər, Allaha sidq qəlbdən iman gətirən, namaz qılıb, zəkat vermək kimi saleh əməllər edənlər və hər bir xeyirin əsası olan Allahdan qorxan kimsələrdir.
• الجهاد والإيمان بالله أفضل من سقاية الحاج وعمارة المسجد الحرام بدرجات كثيرة؛ لأن الإيمان أصل الدين، وأما الجهاد في سبيل الله فهو ذروة سنام الدين.
• Allaha iman gətirib, Onun yolunda cihad etmək Allah qatında hacılara su verməkdən və Məscidülhəramı təmir etməkdə qat-qat üstündür. Çünki imanı dinin əsası, Allah yolunda cihad etmək isə dinin ən yüksək zirvəsidir.