Ey möminlər! Çətin və rahat vaxtınızdan aslı olmayaraq, qocalı-cavanlı hamınız Allah yolunda cihad etmək üçün çıxın. Malınız və canınızla cihad edin! Çünki malınız və canınızla cihad etməniz, evdlərinizdə otururaraq malınızı və canınızı salamat saxlamaqdan, dünya və axirət mənfəəti baxımından sizin üçün daha xeyirlidir. Əgər bunu bilirsinizsə, əldən verməyin.
Ey Peyğəmbər! Əgər səfəriniz asan əldə edilən qənimət və yüngül bir səfər olsaydı, bu zaman cihada çıxmayıb evlərində qalmaq üçün səndən izin istəyən münafiqlər mütləq sənin ardınca gedərdilər. Lakin onları səfərə çıxmaqa çağırdığın yol, əziyyətli bir yol olduğu üçün bu yol onlara çətin gəldi. Sən səfərdən qayıtdıqdan sonra onlar səni yanına gələrək: "Əgər sizinlə cihada çıxmaqa taqətimiz olsaydı, biz də sizinlə bərabər çıxardıq!" – deyə Allaha and içəcəklər. Onlar həm döyüşdən geridə qaldıqlarına və həm də ki, yalandan Allaha and içdiklərinə görə özlərini Allahın əzabına məruz qoyaraq həlak edirlər. Allah onların yalan danışdıqlarını və həmçinin yalandan Allaha and içdiklərini bilir.
Ey Peyğəmbər! Onların döyüşdən geri qalmaları üçün ictihad edərək onlara izin verdiyinə görə Allah səni bağışlasın! Axı sən onların döyüşdən geri qalmalarına nə üçün izin verdin? Əgər belə etməsəydin onlardan doğru danışaraq üzürlü səbəbdən döyüşə qatılmayanlar, yalan danışaraq döyüşdən geridə qalanlar sənə bəlli olardı bu zaman onlardan doğru danışanlara izin verib, yalançılara isə izin verməzdin.
Ey Peyğəmbər! Sidq qəlbdən Allaha və qiyamət gününə iman gətirən möminlər əsla səndən Allah yolunda malları və canları ilə cihad etməmək üçün geridə qalmağa görə izin istəməzlər. Əskinə onlar nə zaman səfərbərlik elan edilsə döyüşə çıxar, Allah yolunda malları və canları ilə cihad edərlər. Allah müəyyən üzür səbəbindən döyüşə çıxa bilmədikləri üçün səndən evlərində qalmağa izin istəyən müttəqi qullarını biləndir.
Ey Peyğəmbər! Səndən ancaq Allaha və qiyamət gününə iman gətirməyən, malları və canları ilə Allah yolunda cihad eməkdən boyun qaçırıb, geridə qalmaq istəyən münafiqlər izin istəyirlər. Onların qəlbləri şəkk-şübhəyə ilə doludur. Onlar öz şübhələri içində tərəddüd edərlər və beləliklə də, haqqa yönələ bilməzlər.
Əgər onlar Allah yolunda səninlə döyüşə çıxmaq istəklərində sadiq olsaydılar bu zaman döyüşə çıxmaq üçün hazırlıq görərdilər. Lakin Allah onların səninlə birgə döyüşə çıxmalarını istəmədi və onlara döyüşə çıxmağı ağır göstərdi və beləliklə də onlar, evlərində qərar tutmağı döyüşə çıxmaqdan üstün gördülər.
Münafiqlərin sizinlə birgə döyüşə çıxmamaları sizin üçün daha xeyirlidir. Əgər onlar sizinlə birgə döyüşə çıxsaydılar, qəlbinizə şək-şübhə salar və işinizdə qarışıqlığı artıraraq sizi fitnəyə məruz qoyar, sizi parçalamaq üçün səfləriniz arasında söz gəzdirərək aranıza girərdilər. Ey möminlər! Bilin ki, içinizdə onların uydurduqları yalana qulaq asan, ona inanan, bunu insanlar arasında yayan və bu səbəbdən insanlar arasında ixtilaf yaradan kimsələrdə vardır. Allah möminlər arasında şək-şübhə yayan münafiqlərdən olan zalımları tanıyandır!
التفاسير:
من فوائد الآيات في هذه الصفحة:
• وجوب الجهاد بالنفس والمال كلما دعت الحاجة.
• Ehtiyac olduqda mal və canla Allah yolunda cihad etməyin vacib olması.
• الأيمان الكاذبة توجب الهلاك.
• Yalandan Allaha and içmək insanın həlak olmasına səbəbdir.
• وجوب الاحتراز من العجلة، ووجوب التثبت والتأني، وترك الاغترار بظواهر الأمور، والمبالغة في التفحص والتريث.
• Tələsməkdən çəkinməyin, təmkinli olmağın, zahiri görünüşlə aldanmamağın və məsələləri dərindən öyrənməyin vacib olması.
• من عناية الله بالمؤمنين تثبيطه المنافقين ومنعهم من الخروج مع عباده المؤمنين، رحمة بالمؤمنين ولطفًا من أن يداخلهم من لا ينفعهم بل يضرهم.
• Uca Allahın münafiqləri döyüşdən geridə qoyması, möminlərlə birğə döyüşə çıxmalarına mane olması və möminlər arasına onlara fayda verməyən, əksinə onlara zərər verən bir kimsələrin daxil olmasına izin verməməsi Allahın mömin qullarına olan qayğısı, rəhməti və lütfü sayəsindədir.