Ey müsəlmanlar! Hüdeybiyyə sülhü zamanı Məscidulharamın yanında saziş bağladığınız Allaha şərik qoşan müşriklər müstəsna olmaqla müşriklərin Allah və Onun Rəsulu yanında əhdinin və toxunulmazlığının olması səhih deyildir. Nə qədər ki, onlar sizinlə öz aranızda olan əhdə düzgün davranıb, əhdi pozmurlarsa, siz də onlarla düzgün davranıb onlarla öz aranızda olan əhdi pozmayın. Həqiqətən, Allah, Onun əmirlərinə tabe olub, qadağalarından çəkinən müttəqiləri sevər.
Axı onların sizinlə düşmən olduqları bir halda, onlar ilə sizin aranızda əhdin və toxunulmazlığın təmin ediləsi necə ola bilər?! Əgər onlar sizə qalib gəlsələr, nə Allahın hökmlərinə, nə qohumluq əlaqəsinə, nə də əhdə riayət edərlər. Əksinə sizə ən ağır işgəncələr verərlər. Qəlblərində olanlarla əməllərində göstərtdikləri düz gəlmədiyi bir halda, dildə sizə yalandan gözəl söz söyləməklə sizi razı salmağa çalışarlar. Onlar dediklərinə vəfalı olmazlar. Onların çoxu əhlərini pozduqları üçün Allahın itaətindən çıxmış kimsələrdir.
Onlar Allahın əhdlərinə vəfalı olmağı əmr edən ayələrinə tabeçilik göstərməyi, öz istəklərinin ardınca gedərək ucuz dünya malına dəyişdilər. Beləliklə də, özlərini haqqa tabe olmaqdan məhrum edərək, ondan üz çevirdilər və başqalarının da haqqa tabe olmağına mane oldular. Onların tutduqları iş necə də pisdir!
Onlar möminlərə qarşı qəlblərində düşmənçilik bəslədikləri üzündən nə Allahın hökmlərinə, nə qohumluq əlaqəsinə, nə də ki, əhdə riayət etməzlər. Onlar zülüm və düşmənçilik etdiklərinə görə Allahın həddlərini aşanlardır.
Əgər etdikləri küfür əməllərdən Allaha tövbə edib, iki şəhadət kəlməsini tələffüz etsələr, namaz qılıb mallarının zəkatını versələr, onlar sizin din qardaşlarınızdır. Bu zaman sizə vacib edilən onlara da vacib edilər, sizə qadağan edilən onlara da qadağan edilmiş olar və bundan sonra onlarla döyüşmək sizə halal olmaz. Çünki İslamı qəbul etmələri onların qanlarını, mallarını və namuslarını qoruyar. Biz ayələri bilən kimsələrə beləcə izah edirik. Çünki ayələrimizdən məhz belə kimsələr faydalanar və başqalarınıda fayda verərlər.
Əgər müşriklər müəyyən müddət ərzində sizinlə onlar arasında atəşkəsin olması üçün əhd bağladıqdan sonra əhdlərini pozub dininizə eyib edib, aşağılayarlarsa, onlarla döyüşün, çünki onlar küfür başçıları və öndə gedənləridir. Artıq onların qanlarını qorunmasını təmin edən əhd-peymanları yoxdur. Onlarla döyüşün ki, bəlkə Allaha küfür etməkdən, əhdlərini pozmaqdan və dini aşağılamaqdan çəkinsinlər.
Ey möminlər! Əhd-peymanlarını pozan, Dərun-nədva da bir yerə yığışıb Peyğəmbəri (sallallahu aleyhi və səlləm) Məkkədən çıxarmaq üçün məşvərət edən, özləri də Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yaxın dostu və sirdaşı olan Xuzəah qəbiləsinə qarşı, Qureyişin yaxın dostu və sirdaşı olan Bəkr qəbiləsinə yardım edərək sizinlə döyüşü birinci başlayan bir camaatla nə üçün vuruşmursunuz? Məgər onlardan qorxub, onlarla döyüşməkdən çəkinirsinizmi? Əgər siz həqiqi möminsinizsə, daha çox Uca Allahdan qorxmalısınız.
التفاسير:
من فوائد الآيات في هذه الصفحة:
• دلَّت الآيات على أن قتال المشركين الناكثين العهد كان لأسباب كثيرة، أهمها: نقضهم العهد.
• Yuxarıda qeyd edilən ayələr əhdi pozan müşriklərlə döyüşməyin bir çox səbəblərə görə olduğuna dəlalət etməkdədir, bu səbəblərin ən başlıcası isə onların əhdi pozduqlarına görədir.
• في الآيات دليل على أن من امتنع من أداء الصلاة أو الزكاة فإنه يُقاتَل حتى يؤديهما، كما فعل أبو بكر رضي الله عنه.
• Yuxarıda qeyd edilən ayələr, Əbu Bəkirin (Allah ondan razı olsun) etdiyi kimi, namaz qılmaqdan yaxud zəkat verməkdən imtina edən kimsələrlə, namaz qılıb, zəkat verənə qədər döyüşməyinə dəlalət edir.
• استدل بعض العلماء بقوله تعالى:﴿وَطَعَنُوا فِي دِينِكُمْ﴾ على وجوب قتل كل من طعن في الدّين عامدًا مستهزئًا به.
• Bəzi alimlər Uca Allahın: ﴾Dininizi yamanlayıb təhqir etsələr﴿ ayəsini dəlil göstərərək, qəsdən, istehza edərək dinə tənə edən hər bir kimsənin öldürülməsinin vacib olduğunu bildirmişlər.
• في الآيات دلالة على أن المؤمن الذي يخشى الله وحده يجب أن يكون أشجع الناس وأجرأهم على القتال.
• Yuxarıda qeyd edilən ayələrdə tək Allahdan qorxan mömin kimsənin insanların ən şücaətlisi və düşmənlə döyüşməyə ən cəsarətlisi olmasına dair dəlil vardır.