Münafiqlər, arxada qalıb müəyyən səbəbdən cihada çıxa bilməyən insanlarla birgə olmağa razı olduqları zaman, həqiqət də özlərinin zəlil və alçaq olmasına razı oldular. Allah da onların küfür və nifaq əmələrinə görə qəlblərinə möhür vurdu. Buna görə də onlar özlərinə mənfəət verən şeyləri anlamazlar.
Amma Allahın Elçisi və möminlər, münafiqlər kimi Allah yolunda cihad etməkdən geridə qalmadılar. Əksinə onlar malları və canları ilə Allah yolunda cihad etdilər. Elə buna görə də onların Allah yanında mükafatı, qələbə və qənimət kimi dünya mənfəətlərinə, qiyamət günü isə, Cənnətə daxil olub, qorxduqları cəhənnəm əzabından nicat taparaq axirət mənfəətlərinə nail olmalarıdır.
Allah onlar üçün qəsirləri altından çaylar axan, içində əbədi qalacaqları və heç bir zaman fani olmayacaqları cənnətlər hazırlamışdır. Bu, heç bir qurtuluşun ona bərabər ola bilməyəcəyi böyük bir qurtuluşdur.
Mədinə və Mədinənin ətrafında yaşayan bədəvilərdən bir qisim insanlar Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına gəlib, üzrlü olduqlarını iddia edərək, Allah yolunda cihada çıxmayıb evlərində qalmaq üçün Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) onlara icazə verməsini istədilər. Başqa bir qisim insanlar isə Peyğəmbərə və Allahın vədinə inanmadıqlarına görə cihada çıxmayıb evlərində qalmaları üçün heç Peyğəmbərin yanına gəlib icazə də istəmədilər. Etidkləri bu küfürlərinə görə olanlara ağrılı-acılı əzab veriləcəkdir.
Allaha ixlasla ibadət edib, Onun Elçisinə tabe olub və onun şəriətinə əməl edəcəkləri təqdirdə qadınlara, uşaqlara, xəstələrə, acizlərə, korlara və döyüşdə vuruşmağa vəsait tapa bilməyən fəqirlərə və bütün bu kimsələrin hamısının evində qalıb, döyüşə çıxmamasında heç bir günah yoxdur. Çünki onlar sözün həqiqi mənasında üzürlü insanlardırlar. Bu üzürlü insanlardan yaxşı işlər görənlərə əzab verməyə isə heç bir əsas yoxdur. Allah yaxşı işlər görənləri bağışlayandır və onlara qarşı rəhmlidir.
Ey Peyğəmbər! Miniklə təmin edəsən deyə sənin yanına gəldikdə: "Sizin üçün minik tapa bilmirəm" – dediyin zaman cihad üçün nə özlərində, nə də ki, səndə, xərcləməyə bir şey tapa bilmədiklərindən ötrü kədərlənib, təəssüf hissi keçirərək, gözləri yaşla dolmuş halda geri dönüb, cihada çıxa bilməyib geridə qalan kimsələrə də heç bir günah yoxdur.
Uca Allah yuxarıda keçən ayələrdə üzürlü səbəbdən Allah yolunda cihada çıxa bilməyib, geridə qalan kimsələrə əzab verilməyəcəyini xəbər verdikdən sonra, kimlərin Allahın əzabına layiq olduqlarını xəbər verərək belə demişdir: "Ey Peyğəmbər! Əzab yalnız cihad çıxmağa fiziki və maddi baxımından imkanları olduqları bir halda evdə qalmaq üçün səndən izin istəyənlərə veriləcəkdir. Çünki onlar cihada çıxmayıb evlərində qərar tutmağı üstün görərək, özlərinin zəlil və alçaq olmalarına razı oldular. Allah onlarların qəlbinə möhür vurdu. Odur ki, onlara öyüd-nəsihət təsir etməz. Elə buna görə də onlar, nəyin onlara fayda verdiyini bilmirlər ki, onu seçib götürsünlər, nəyin də onlara zərər verdiyini bilmirlər ki, özlərini ondan qoruya bilsinlər.
التفاسير:
من فوائد الآيات في هذه الصفحة:
• المجاهدون سيحصِّلون الخيرات في الدنيا، وإن فاتهم هذا فلهم الفوز بالجنة والنجاة من العذاب في الآخرة.
• Mücahidlər bu dünyada çoxlu xeyirə nail olacaqlar. Əgər nail ola bilməsələr, onlar üçün axirətdə Cənnət və Allahın əzabından qurtuluş vardır.
• الأصل أن المحسن إلى الناس تكرمًا منه لا يؤاخَذ إن وقع منه تقصير.
• İnsanlara xeyirxahlıq edənləri, hətta bəzən bunu kamil şəkildə edə bilməsələr belə, yenə də onları danlamağa heç bir əsas yoxdur.
• أن من نوى الخير، واقترن بنيته الجازمة سَعْيٌ فيما يقدر عليه، ثم لم يقدر- فإنه يُنَزَّل مَنْزِلة الفاعل له.
• Kim xeyirli bi iş görməyə niyyət edər və bacardıqca o işi etməyə səy göstərər, lakin həmin işi müəyyən bir səbəbdən dolayı yerinə yetirməyə qadir olmazsa, o, Allah yanında həmin xeyirli işi etmiş kimi sayılar.
• الإسلام دين عدل ومنطق؛ لذلك أوجب العقوبة والمأثم على المنافقين المستأذنين وهم أغنياء ذوو قدرة على الجهاد بالمال والنفس.
• İslam, ədalət və məntiq dinidir. Elə buna görə də İslam dini əzabı, malı və canı ilə cihada çıxmağa qadır olduğu halda, cihada çıxmayıb evlərində qalmaq üçün Peyğəmbərdən (səllallahu aleyhi və səlləm) izin istəyən münafiqlərə vacib etmişdir.