Ey Peyğəmbər! Allahın sənə yardımı gələnədək o, münafiqlər daima möminlər arasında fitnəkarlıq etməyə çalışmış, Təbuk döyüşündən əvvəllər də möminlərin parçalanmasına səy göstərmiş, səni cihad fikrindən daşındırmaq üçün hiylələr quraraq səni həqiqətdən yayındırmağa çalışmışlar. Axır ki, Allah, münafiqlər istəmədikləri halda dinini izzətləndirdi, düşmənləri məğlub etdi. Çünki onlar batilin haqq üzərində qələbə çalmasını arzu edirdilər.
Münafiqlərdən sənə: "Ey Allahın Rəsulu! Mənə döyüşə getməməyə izin ver, düşmən -Rum- qadınlarını görüb günaha batmamaq üçün məni cihada çıxmağa məcbur etmə!"– deyərək özlərinə cürbəcür bəhanələr gətirən kimsələrdə vardır. Doğrusu onlar, idda etdikləri günahdan daha da böyügünə batmışlar. Bu isə, nifaq və döyüşdən geridə qalmaq fitnəsidir. Şübhəsiz ki, qiyamət günü cəhənnəm kafirləri hər bir tərəfdən əhatə edəcəkdir. Bu zaman cəhənnəmin əzabından kimsə nə qaçıb canını qurtara, nə də ki, ondan qaçmağa bir yer tapa bilər.
Ey Peyğəmbər! Əgər Allah sənə, qələbə və ya qənimət kimi səni sevindirən bir nemət bəxş etsə, bu onları kədərli, hüzünlü edər. Əgər sənə bir müsibət və ya məğlubiyyət kimi xoşagəlməz hal üz versə, bu zaman onlar: "Biz, möminlər döyüşə çıxıb, öldükdə yaxud əsir düşdükdə, onlardan geridə qalaraq öz ehtiyat tədbirimizi əvvəlcədən görmüşük!" – deyər və sonra da onlar sağ-salamat qaldıqları üçün sevinə-sevinə öz evlərinə gedərlər.
Ey Peyğəmbər! O münafiqlərə de: "Allahın bizim üçün yazdığından başqa bizim başımıza heç nə gəlməz. O bizim himayədarımız və mövlamızdır. Biz işlərimizi ona təvəkkül edirik. Qoy möminlərdə işlərini yalnız Ona həvalə etsinlər. Əgər belə etsələr Allah onlara kifayət edəndir, O nə gözəl vəkildir!"
Ey Peyğəmbər! Onlara de: "Doğrudanmı siz bizlərə qələbə və ya şəhidlik yetişməsini gözləyirsiniz? Biz isə ya Allahın Özü tərəfindən və da bizim əllərimizlə sizi məhv etməsini yaxud da ki, Allah bizə sizinlə döyüşməyə izin verdiyi təqdirdə sizi əsir götürməyimizi gözləyirik. Siz bizim sonumuzu gözləyin; şübhəsiz ki, biz də sizin sonunuzu gözləyirik".
Ey Peyğəmbər! Onlara de: "İstər könüllü, istərsəniz də ki, könülsüz olmasından aslı olmayaraq nə xərcləyirsinizsə xərcləyin, Allaha küfür edib, Onun itaətindən çıxdığınız üçün onsuz da xərclədikləriniz sizdən qəbul edilən deyildir.
Onların Allah yolunda sərf etdiklərinin qəbul olunmamasının yalnız üç səbəbi vardır. Birincisi: Allah və Onun Rəsuluna küfür etmələri. İkincisi: Namazı tənbəlliklə qılmaları. Üçüncüsu: Mallarını könül xoşluğu ilə deyil, könülsüz xərcləmələridir. Onlar nə namaza qıldıqda, nə də ki, xərclədikdə savabını Allahdan gözləməzlər.
التفاسير:
من فوائد الآيات في هذه الصفحة:
• دأب المنافقين السعي إلى إلحاق الأذى بالمسلمين عن طريق الدسائس والتجسس.
• Cəsusluqla və batili haqqa qarışdırmaqla müsəlmanlara əziyyət vermək və bu yolda səy göstərmək münafiqlərin adətidir.
• التخلف عن الجهاد مفسدة كبرى وفتنة عظمى محققة، وهي معصية لله ومعصية لرسوله.
• Cihaddan geridə qalmaq böyük fitnə və olduqca təhlükəli bir əməl olmaqla yanaşı, Allaha və Rəsuluna qarşı asilikdir.
• في الآيات تعليم للمسلمين ألا يحزنوا لما يصيبهم؛ لئلا يَهِنوا وتذهب قوتهم، وأن يرضوا بما قدَّر الله لهم، ويرجوا رضا ربهم؛ لأنهم واثقون بأن الله يريد نصر دينه.
• Yuxarıda qeyd edilən ayələr, müsəlmanların zəyifləyib gücdən düşməmələri və Allahın onlara yazdığı qəza-qədərə razı qalmaları üçün onlara baş verən müsibətə hüzünlü olmamağı öyrədir. Çünki müsəlmanlar, Allah Öz dininə yardım edəcəyinə əmindirlər.
• من علامات ضعف الإيمان وقلة التقوى التكاسل في أداء الصلاة والإنفاق عن غير رضا ورجاء للثواب.
• Namazı tənbəlliklə qılmaq, istəmədən və Allahdan savabını ummadan xərcləmək, imanın zəyifliyinə və təqvanın azlığına dəlalət edən əlamətlərdəndir.