Müsəlmanlar cihaddan geri qayıtdıqları zaman, münafiqlər onlarla cihada getmədiklərinə görə, özlərini müdafiə etmək üçün onlara əsassız üzürlər gətirəcəklər. Allah Öz Peyğəmbərinə və möminlərə onlara belə cavab verməyi buyurur: "Yalandan üzrlər gətirərək üzrxahlıq etməyin. Gətirdiyiniz üzrlərə əsla inanmayacağıq. Allah sizin qəlbinizdə olanları bizə agah etmişdir. Sonrakı əməllərinizi Allah da görəcək, Onun rəsulu da. Görək, siz, həqiqətən də, tövbə etmisinizmi ki, Allah da tövbənizi qəbul etsin, yoxsa, yenə də öz nifaq əməllərinizə davam edirsiniz." Sonra isə siz hər bir şeyi bilən Allahın hüzuruna qaytarılacaqsınız, O da sizə nə etdiklərinizi xəbər verəcək və hər bir kimsənin etdiyi əməlin əvəzini verəcəkdir. Elə isə tövbə etməyə və saleh əməllərə etməyə tələsin!
Ey möminlər! Siz cihaddan geri qayıtdığınız zaman cihada çıxmayıb geridə qalan münafiqlər sizin yanınıza gəlib, onların yalan üzürlərinə inanıb, onlara məzəmmət və tənə etməməniz üçün qarşınızda Allaha and içəcəklər. Siz onlara nifrət edərək, onları tərk edin. Çünki onlar mənəvi cəhətdən çirkin və murdar insanlardırlar. Etdikləri nifaq və günah əməllərin cəzası olaraq qərar tutacaqları yer Cəhənnəm olacaqdır.
Ey möminlər! Cihada çıxmayıb geridə qalan münafiqlər, onlardan razı qalıb, gətirdikləri üzürlərə inanasız deyə qarşınızda Allaha and içəcəklər. Siz onlardan razı qalmayın. Əgər razı qalarsınızsa, bu zaman Rəbbinizin əmrinə müxalif olarsınız. Çünki Allah küfür və nifaq əməllər edib, Onun itaətindən çıxan bir qövmdən əsla razı qalmaz. Ey müsəlmanlar! Elə isə siz, Allahın razı qalmadığı kimsədən razı qamaqdan çəkinin!
Səhrada yaşayan ərəblər küfr və ya nifaq əməllər edərlərsə, onların küfrr və ya nifaq əməlləri cəmiyyət içərisində yaşayan insanların küfr və ya nifaq əməllərindən daha betər olar. Onlar həm kobud, həm də insanlarla az ünsiyyətdə olduqları üçün dini başa düşməməyə, Allahın Öz elçisinə (sallallahu aleyhi və səlləm) nazil etdiyi fərzləri, sünnənləri və şəri hökmləri bilməməyə daha meyllidirlər. Allah onların halını daha yaxşı biləndir. O, Öz işlərində və şəri hökmlərində hikmət sahibidir.
Ey möminlər! Səhrada yaşayan münafiq ərəblər içərisində, mallarını bəzən riyakarlıq, bəzən də təqiyyə edərək xərcləsələr belə, xərclədikdə Allahdan savab ummayıb paxıllıq edərək, xərcləmədikləri üçün Allahın əzabından qorxmadığına görə, Allah yolunda xərclədiyini itki və zərər sayanlar, canlarını sizdən qurtarmaq üçün sizə bir bədbəxtlik üz verməsini gözləyən kimsələr də vardır. Allah onların möminlərə arzu etdikləri müsibəti, möminlərə deyil, elə onların öz başlarına gətirəcəkdir. Allah onların dediklərini eşidəndir, qəlblərində gizlətdiklərini də bilir.
Səhrada yaşayan ərəblərdən eləsi də vardır ki, Allaha və qiyamət gününə inanır, Allah yolunda xərclədiyi malı Allah yanında yaxınlıq və Peyğəmbərin (sallallahu aleyhi və səlləm) dualarına və Allahdan onun üçün bağışlanma istəməsinə nail olmaq üçün vasitə sayır. Agah olun ki, onların Allah yolunda mallarından xərcləməsi və Peyğəmbərin (sallallahu aleyhi və səlləm) də onlar üçün dua etməsi, onlar üçün Allaha yaxınlaşmağa bir vasitədir və o kimsə, Allahın hər bir şeyi əhatə etmiş geniş mərhəmətinə və Cənnətinə qovuşaraq savabını Allah yanında görəcəkdir. Allah, Ona tövbvə edən qullarını bağışlayandır və onlara qarşı rəhmlidir.
التفاسير:
من فوائد الآيات في هذه الصفحة:
• ميدان العمل والتكاليف خير شاهد على إظهار كذب المنافقين من صدقهم.
• Müxtəlif növ sınaqlar və şəri öhdəliklərə, münafiqlərin yalan, yoxsa doğru danışdıqlarını sübut edən ən yaxşı vasitədir.
• أهل البادية إن كفروا فهم أشد كفرًا ونفاقًا من أهل الحضر؛ لتأثير البيئة.
• Bədəvi ərəblərin cəhalət içində yaşayanları, çöl həyatından təsirləndiklərinə görə, küfr və nifaq baxımından, cəmiyyət arasında yaşayan ərəblərdən daha pisdirlər.
• الحض على النفقة في سبيل الله مع إخلاص النية، وعظم أجر من فعل ذلك.
• İnsanları, ixlasla Allah yolunda mal xərcləməyə təşviq etmək, Allah yanında mal xərcləməkdən də daha böyük savabdır.
• فضيلة العلم، وأن فاقده أقرب إلى الخطأ.
• Elmin fəziləti. Belə ki, elmsiz insan, xətaya yol verməyə daha yaxındır.