Ey Peyğəmbər! Kafirlərlə qılıncla döyüşərək, münafiqlərlə isə dəlil-sübutla sözlə vuruş! Bu hər iki dəstəyə qarşı sərt davran, çünki onlar buna layiqdirlər. Qiyamət günü onların gedəcəkləri yer Cəhənnəmdir. Onların gedəcəkləri yer necə də pis yeridir!
Münafiqlər sənin barədə pis sözlər söyləmədiklərinə və dinə tənə etmədiklərinə dair yalandan Allaha and içirlər. Onlar həqiqətən də, sənə onlardan çatan küfr sözləri demiş, imanı gəldikdən sonra kafir olmuş və bacara bilməsələrdə haqsız yerə Peyğəmbəri (sallallahu aleyhi və səlləm) öldürmək üçün can atmışlar. Onların Peyğəmbərdən intiqam almağı yalnız Allah Öz lütfündən Peyğəmbərinə qənimətlər bəxş edərək onu varlandırdığına görədir. Əgər onlar münafiqlikdən Allaha tövbə etsələr, bu onlar üçün daha xeyirli olar. Əgər tövbə etməkdən üz döndərsələr, Allah onları dünyada qətil və ya əsir düşməklə, axirətdə də isə Cəhənnəm atəşi ilə ağrılı-acılı əzaba düçar edər. Yer üzündə onları əzabdan xilas edən nə bir dostu, nə də əzabdan qoruyan bir köməkçisi vardır.
Münafiqlərdən: "Əgər Allah Öz lütfündən bizə bəxş etsə, əlbəttə, biz yoxsullara sədəqə verən və yaxşı işlər görən əməlisaleh kimsələrdən olarıq!" – deyə Allaha əhd edənləri də vardır.
Uca Allah Öz lütfündən onlara bəxş etdikdə, Allaha verdikləri əhdin üstündə durmadılar, əksinə xəsislik edərək, mallarından Allah yolunda bir şeydə olsa belə sədəqə vermədilər və imandan da üz çevirib getdilər.
Allaha verdikləri əhdə müxalif olduqlarına və yalan söylədiklərinə görə onlara əzab olaraq, Allah da onların qəlblərinə qiyamət günədək nifaq saldı.
Məgər o münafiqlər Allah onların öz məclislərində gizli saxladıqları sirlərini və həmçinin Allahın qeybləri bildiyini anlamırdılarmı? Onların etdikləri əməllərdən Allah heç bir şey gizli qalmaz. Allah onların etdikləri əməllərin müqabilini verəcəkdir.
Möminlərdən çətinliklə əldə etdikləri az bir şeydən könül xoşluğu ilə sədəqə verənlərə eyib tutanları, onları məsxərəyə qoyub: "Bunların verdiyi sədəqənin nə faydası olacaqdır?!" – deyərək, möminləri məsxərəyə qoyduqları üçün Allah da onları məsxərəyə qoyacaqdır. Onları ağrılı-acılı bir əzab gözləyir.
التفاسير:
من فوائد الآيات في هذه الصفحة:
• وجوب جهاد الكفار والمنافقين، فجهاد الكفار باليد وسائر أنواع الأسلحة الحربية، وجهاد المنافقين بالحجة واللسان.
• Kafirlərlə və münafiqlərlə cihad etəyin vacib olması. Kafirlərlə cihad, əl və müxtəlif növlü döyüş silahlarları ilə münafiqlərlə isə dəlil-sübutla və söz ilə olur.
• المنافقون من شرّ الناس؛ لأنهم غادرون يقابلون الإحسان بالإساءة.
• Münafiqlər ən şərli insanlardan biridir. Çünki onlar xəyanətkar və yaxşılığa isə pisliklə cavab verən kimsələrdir.
• في الآيات دلالة على أن نقض العهد وإخلاف الوعد يورث النفاق، فيجب على المسلم أن يبالغ في الاحتراز عنه.
• Yuxarıda qeyd edilən ayələrdə, əhdi pozmağın və verdiyi əhdə xilaf olmağın münafiqliyin əlamətlərindən olmasına dair dəlil vardır. Elə buna görə də, müsəlman kimsənin özünü bu kimi xislətlərdən qoruması vacibdir.
• في الآيات ثناء على قوة البدن والعمل، وأنها تقوم مقام المال، وهذا أصل عظيم في اعتبار أصول الثروة العامة والتنويه بشأن العامل.
• Yuxarıda qeyd edilən ayələrdə, insanın həm fiziki və həm də ki, maddi baxımından qüvvətli olması təriflənmişdir. Çünki bunların hər biri, insana bəxş edilən mal-dövlət yerindədir. Bu, ictimai sərvətlərin aktivlərini nəzərdən keçirmək üçün böyük bir əsasdır. Eləcə də işçi haqqında xəbərdarlıqdır.