Kafirlər və onlardan qeyriləri iftira ataraq və Muhammədin (sallallahu aleyhi və səlləm) gətirdiyi dini yalan sayaraq İslamın sonuna çıxmaq, onu məhv etmək və Allahın təkliyinə dəlalət edən açıq-aydın dəlillərin həqiqəti əks etmirmədyini isbat etmək istəyrlər. Şübhəsiz ki, Peyğəmbərin gətirdiyi haqqdır. Allah isə Öz dinini tamamlayıb, zahir edəcək və onu başqa dinlərdən üstün tutacaqdır. Allah, hətta kafirlərin xoşuna gəlməsə də delə Öz dininin tamamlamasını, onu zahir edib, başqa dinlərdən üstün tutmasını mütləq edəcəkir. Bilin ki, əgər Allah bir işin olmasını istəyərsə, kimsə onun qarşısını əsla ala bilməz.
Müşriklər istəməsə də, İslam dinini açıq-aydın dəlillər və hökmlərlə başqa dinlərdən üstün etmək və insanlara doğru yolu göstərmək üçün Muhamməd peyğəmbəri (sallallahu aleyhi və səlləm) Quranla göndərən Pak olan Allahdır.
Ey iman gətirib Allahın şəriətinə əməl edən kimsələr! Həqiqətən, yəhudi alimlərindən və nəsrani rahiblərindən bir çoxu insanların mallarını rüşvət və s. bu kimi haqsız yolla mənimsəyir və onların Allah dininə daxil olmalarına mane olurlar. Ey Peyğəmbər! Qızıl-gümüş yığıb onların zəkatını verməyən kimsələrə qiyamət günü onları məyus edəcək ağrılı-acılı əzabın olacağını xəbər ver.
Qiyamət gün yığdıqları və haqqını Allah yolunda xərcləmədikləri sərvətləri Cəhənnəm odunda qızdırılacaq və bu sərvətlər atəşdə şiddətli qızdırıldıqdan sonra bununla onların alınlarına, böyürlərinə və kürəklərinə damğa vurulacaq və onlara məzəmmət edilərək: "Bu sizin özünüz üçün yığıb, vacib haqqlarını vermədiyiniz var-dövlətinizdir. Elə isə dadın yığıb, haqqını vermədiyiniz var-dövlətinizin əzabını!" – deyiləcəkdir.
Həqiqətən, Allah dərgahında il ərzindəki ayların sayı on iki aydır. Allah bunu göyləri və yeri yaratdığı ən birinci gündə Lövhi-Məhfuzda yazmışdır. Allah bu on iki ayın dörd ayında döyüşməyi haram etmişdir. Bu ayların üçü: zülqədə, zülhiccə və məhərrəm ayları ardıcıl haram aylardır. O, bir ay isə, bu üç aydan ayrı olan rəcəb ayıdır. Sizə deyilən il ərzindəki ayların sayı və bu aylardan dördünün haram aylar olması doğru düzgün dindir. Odur ki, bu aylarda düşmənlə döyüşə başlamaqla və bu ayların haramlığına səhlənkar yanaşmaqla öz canınıza zülm etməyin. Müşriklər hamısı bir yerdə sizinlə vuruşduqları kimi, siz də hamınız bir yerdə onlarla vuruşun və bilin ki, Allah, Onun əmrlərinə tabe olub Ondan qorxan və qadağalarından çəkinən müttəqilərlə Öz yardımı ilə birgədir. Allah kiminlə birgə olarsa onu heç kəs məğlub edə bilməz.
التفاسير:
من فوائد الآيات في هذه الصفحة:
• دين الله ظاهر ومنصور مهما سعى أعداؤه للنيل منه حسدًا من عند أنفسهم.
• İslamın düşmənləri qəlblərindəki həsəd üzündən bu dinin qarşısını almağa nə qədər səy göstərsələr də belə yenə də Allahın dini zahir və müzəffərdir.
• تحريم أكل أموال الناس بالباطل، والصد عن سبيل الله تعالى.
• İnsanların mallarını batil yollarla mənimsəməyin və onları Uca Allahın yolunan azdırmağın haram olması.
• تحريم اكتناز المال دون إنفاقه في سبيل الله.
• Var-dövləti Allah yolunda xərcləmədən yığıb saxlamağın haram olması.
• الحرص على تقوى الله في السر والعلن، خصوصًا عند قتال الكفار؛ لأن المؤمن يتقي الله في كل أحواله.
• Gizlində və aşkarda, xüsusəndə kafirlərlə döyüşdükdə Allahdan qorxmağa həris olmaq. Çünki mömin hər bir halında Allahdan qorxmalıdır.