Məgər o münafiqlərə özlərindən əvvəlki yalan sayan ümmətlərin etdikləri əməllər və bu səbəbdən onların başına gələn müsibətlərin xəbəri –Nuh qövmünün, Hud qövmünün, Saleh qövmünün, İbrahim qövmünün, Mədyən əhalisinin və Lut qövmünün alt-üst edilmiş kəndin xəbəri – gəlib çatmadımı? Elçiləri onlara açıq-aydın dəlillər gətirmişdilər. Allah onlara zülm etmədi, çünki Elçiləri onlara xəbərdarlıq etmişdir, lakin onlar Allaha küfür etməklə və Elçiləri yalan saymaqla özləri özlərinə zülm etdilər.
التفاسير:
من فوائد الآيات في هذه الصفحة:
• سبب العذاب للكفار والمنافقين واحد في كل العصور، وهو إيثار الدّنيا على الآخرة والاستمتاع بها، وتكذيب الأنبياء والمكر والخديعة والغدر بهم.
• Hər zaman kafir və münafiqlərə əzab verilməsinin səbəbi, onların dünya həyatını axirət həyatından üstün tutaraq, dünya naz-nemətlərinə alüdə olub, Peyğəmbərləri yalan sayıb, onlara qarşı məkir və hiyəğərlik etdiklərinə görədir.
• إهلاك الأمم والأقوام الغابرة بسبب كفرهم وتكذيبهم الأنبياء فيه عظة وعبرة للمعتبر من العقلاء.
• Keçmiş ümmətlərin və qövmlərin məhv edilməsi, onların Allaha küfür edib, Peyğəmbərləri yalan saydığları səbəbindəndir. Bütün bu hadisələrdə ağıl sahiblər üçün ibrət və öyüd-nəsihət vardır.
• أهل الإيمان رجالًا ونساء أمة واحدة مترابطة متعاونة متناصرة، قلوبهم متحدة في التوادّ والتحابّ والتعاطف.
• İman əhli, kişi və ya qadın olmasında aslı olmayaraq, bir-birinə yardım edən və bir-birinə dəstək olan bir ümmətdir. Onlar bir-birilərinə qarşı sevgi, məhəbbət və şəfqət bəsləməkdə qəlbləri bir-birləri ilə eynidir.
• رضا رب الأرض والسماوات أكبر من نعيم الجنات؛ لأن السعادة الروحانية أفضل من الجسمانية.
• Yerin və göylərin Rəbbinin razılığı Cənnətlərdə olan nemətindən daha böyükdür, çünki rovhani xoşbəxtlik, cismani xoşbəxtlikdən üstündür.