Sizə xeyir və şərin toxunmasını gözləyən münafiqlər, Allahdan sizə bir zəfər gəldikdə və ya siz qənimət əldə etdikdə, o qənimətdən əldə etmək üçün sizə: "Məgər biz sizinlə deyildikmi, sizin şahid olduğunuza bizdə şahid olmadıqmı?"– deyər, kafirlər qalib gəldikdə isə onlara: "Məgər biz sizə yardım etmədikmi, sizi möminlərdən qoruyub, qeydinizə qalmadıqmı?”– söyləyərlər. Allah Qiyamət günü sizin hamınızın arasında hökm verəcəkdir. Möminləri Cənnətə daxil etməklə mükafatlandıracaq, münafiqləri isə Cəhənnəmin ən aşağı təbəqəsinə giriftar etməklə cəzalandıracaqdır. Allah Qiyamət günü Öz lütfü ilə kafirlərə möminlərin əleyhinə əsla bir dəlil verməyəcək, əksinə, möminlər imanlarına sadiq qalaraq şəriətə əməl etdikcə, Uca Allah gözəl aqibəti möminlər üçün edəcəkdir.
Həqiqətən, münafiqlər İslamda olduqlarını göstərib, qəlblərindəki küfrü gizlədərək Allahı aldatmağa çalışırlar. Halbuki Allah onları aldadır. Çünki Allah onların küfrlərini bildiyi halda canlarını qorumuş və axirətdə onlar üçün şiddətli əzab hazırlamışdır. Onlar namaza durarkən, namaza nifrət edərək, tənbəl halda və namazı xalisla Allah üçün deyil, yalnız özlərini möminlərə göstərmək üçün qalxarlar, möminləri gördükdə isə Allahı olduqca az yad edərlər.
Bu münafiqlər çaşqınlıq içərisində tərəddüd edirlər, onlar nə zahirdə və nə batində möminlərlə birgədirlər, nə də ki, kafirlərlə. Əksinə, zahirləri möminlərlə birgə olsada, qəlbləri isə kafirlərlə birgədir. Ey Peyğəmbər! Allahın azdırdığı kəs üçün zəlalətdən hidayətə heç bir yol tapa bilməzsən.
Ey Allaha iman gətirib Onun Rəsuluna tabe olan kimsələr! Möminləri qoyub kafirləri özünüzə yaxın dost tutmayın. Yoxsa siz bu əməlinizlə əzaba layiq olduğunuza dair, Allaha öz əleyhinizə açıq-aydın bir dəlil verməkmi istəyirsiniz?
Şübhəsiz ki, Allah, münafiqləri Qiyamət günü Cəhənnəmin ən alt təbəqəsində edəcəkdir. Sən onlar üçün onları əzabdan qoruyan heç bir yardımçı tapa bilməzsən.
Münafiqlikdən tövbə edib Allaha qayıdanlar, qəlblərini islah edənlər, Allahın əhdindən yapışanlar və öz əməlini riyakarlıq etmədən yalnız Allah üçün edənlər istisnadır. Məhz bu sifətlərə sahib olan kisələr dünyada və axirətdə möminlərlə bərabərdirlər. Allah möminlərə böyük savab verəcəkdir.
Əgər Allaha şükür edib Ona iman gətirsəniz, Allahın sizə əzab versinə heç bir ehtiyacı yoxdur, O, yaxşılıq edəndir, rəhmlidir! Allah sizə yalnız günahlarınız üzündən əzab verər. Əgər əməlinizi düzəltsəniz, sizə bəxş etdiyi nemətlərinə şükür edib, Allaha aşkarda və gizlində iman etsəniz O, sizə heç vaxt əzab verməz. Allah, Onun nemətlərini etiraf edən kimsəyə çoxlu savab bəxş edər və ona şükrün əvəzini verər. Allah məxluqatın imanını biləndir və O, hər bir kəsə əməlinin əvəzini verəcəkdir
التفاسير:
من فوائد الآيات في هذه الصفحة:
• بيان صفات المنافقين، ومنها: حرصهم على حظ أنفسهم سواء كان مع المؤمنين أو مع الكافرين.
• Münafiqlərin sifətlərinin bəyanı. Bu sifətlərdən biri də: onların, möminlər yaxud kafirlərlə birgə olmasından aslı olmayaraq şəxsi mənafelərinə həris olmaları.
• أعظم صفات المنافقين تَذَبْذُبُهم وحيرتهم واضطرابهم، فلا هم مع المؤمنين حقًّا ولا مع الكافرين.
• Münafiqlərin ən böyük sifətləri: tərəddüd etmələri, heyrət və çaşqınlıq içərisində olmalarıdır. Onlar nə həqiqi möminlərlə birgə deyillər, nə də ki, kafirlərlə.
• النهي الشديد عن اتخاذ الكافرين أولياء من دون المؤمنين.
• Möminləri qoyub kafirləri dost tutmağın şiddətli qadağan olması.
• أعظم ما يتقي به المرء عذاب الله تعالى في الآخرة هو الإيمان والعمل الصالح.
• İnsanı axirətdə Uca Allahın əzabından qoruyan ən başlıca ami: iman və saleh əməldir.