İnsanların gizli saxladıqları söhbətlərinin çoxunda xeyir, mənfəət yoxdur. Xeyir yalnız söhbəti, sədəqə verməyi və ya şəriətin gətirdiyi həmçinin ağlın yaxşı gördüyü yaxşılıqı etməyi yaxud da mübahisə edənlər arasında sülhə çağırmağı əmr edən şəxsin pıçıldaması isə istisnadır. Kim bunu Allahın razılığını qazanmaq üçün edərsə, Biz ona böyük savab verəcəyik.
Hər kəs özünə haqq bəlli olduqdan sonra Peyğəmbərin - səllallahu aleyhi və səlləm - gətirdiyinə qarşı inadkarlıq edib, ona müxalif olarsa və möminlərin tutduğu yoldan başqa bir yolla gedərsə, Biz onu, öz üçün seçdiyi yola yönəldər, bilərəkdən üz çevirdiyi üçün haqqa müvəffəq etmərik və onu, hərarətindən əzab çəkəcəyi Cəhənnəm atəçinə daxil edərik. Cəhənnəm əhli üçün ora nə pis dönüş yeridir.
Şübhəsiz ki, Allah Ona şərik qoşmağı əfv etməz, əksinə Ona şərik qoşan kimsəni Cəhənnəmdə əbədi edər. Amma istədiyi şəxsin şirkdən başqa olan günahlarını isə Öz rəhməti və lütfü ilə bağışlar. Başqasını Allaha şərik qoşan şəxs, haqq yoldan azmış və bu yoldan çox uzaqlaşmışdır, çünki o, Xaliq ilə məxluqu eyni dərəcədə tutmuşdur.
Bu müşriklər Allahla yanaşı faydası və zərəri olayan yalnız Lat, Uzza kimi qadın adlarını daşıyan bütlərə ibadət və dua edirlər. Amma həqiqətdə onlar xeyirsiz, Allahın itaətindən çıxmış şeytana ibadət edirlər. Çünki bütlərə ibadət etməyi onlara elə şeytan əmr etmişdir.
Elə buna görə də Allah onu rəhmətindən qovdu. Şeytan isə Rəbbinə and içərək dedi: "Mən Sənin qullarından müəyyən bir qismini özün üçün ayırıb, onları haqq yoldan mütləq azdıracağam".
Onları mütləq Sənin doğru yoldan azdıracaq və onlara zəlaləti xoş göstərən yalan vədlər verərək xəyalara salacaq, Allahın halal etdiyi heyvanları haram etmək üçün onlara heyvanların qulaqlarını kəsməyi buyuracaq və Allahın xəlq etdiyi fitrəti və Onun yaratdıqlarına dəyişiklik etməyi əmr edəcəyəm. Şeytanı özünə dost tutub, ona itaət edən kəs, lənətlənmiş şeytanı dost tutduğuna görə açıq-aşkar ziyana uğramışdır.
Şeytan onlara yalan vədlər verir və onları batil xəyallara salır. Halbuki şeytanın onlara verdiyi vədlər, həqiqəti olmayan, batil vədlərdən başqa bir şey deyildir.
Şeytanın addım izləri ilə gedib, ona tabe olanların qərar tutacaqları yer, qaçıb oradan xilas olmağa sığınacaq tapa bilmədikləri Cəhənnəm atəşidir.
التفاسير:
من فوائد الآيات في هذه الصفحة:
• أكثر تناجي الناس لا خير فيه، بل ربما كان فيه وزر، وقليل من كلامهم فيما بينهم يتضمن خيرًا ومعروفًا.
• İnsanların etdikləri gizli söhbətlərinin əksəriyyətində xeyir yoxdur, əksinə, ola bilsin ki, bu gizli söhbətlərlərdə günah vardır. Aralarında olan söhbətlərin az bir hissəsi xeyir və yaxşılıqı əhatə edir.
• معاندة الرسول صلى الله عليه وسلم ومخالفة سبيل المؤمنين نهايتها البعد عن الله ودخول النار.
• Peyğəmbərə - sallallahu aleyhi və səlləm - qarşı inadkarlı etməyin və möminlərin tutduğu yolundan başqa bir yolla getməyin sonu, Allahdan uzaq düşmək və Cəhənnəmə daxil olmaqdır.
• كل الذنوب تحت مشيئة الله، فقد يُغفر لصاحبها، إلا الشرك، فلا يغفره الله أبدًا، إذا لم يتب صاحبه ومات عليه.
Günahların hamısının bağışlanması Allahın istəyindən asılıdır. Allah, günah edən kimsənin, şirkdən başqa bütün günahlarını bağışlaya bilər. Şirk edən kimsə isə tövbə etməyib o halda ölərsə, onu əsla bağışlamaz.
• غاية الشيطان صرف الناس عن عبادة الله تعالى، ومن أعظم وسائله تزيين الباطل بالأماني الغرارة والوعود الكاذبة.
• Şeytanın qayəsi insanları Uca Allaha ibadət etməkdən yayındırmaqdır, bu işdə ona yardım edən ən böyük vasitə isə batili xam xəyallar və yalan vədlərlə gözəlləşdirməkdir.