Xəyanət edən, sonra da etdiyi xəyanəti gizlətməyə çalışan kimsənin tərəfini saxlamaq üçün mücadələ etmə. Allah, çoxlu xəyant edən və günah işlər görən kimsələri sevməz.
Onlar günah işlətdikdə insanlardan qorxub utanaraq onu gizlədir, Allahdan isə gizlətmirlər. Halbuki, Allah onları əhatə etməklə onların yanındadır. Günahkarı müdafiə edib, günahsızı ittiham etmək kimi, Allahın razı qalmadığı sözləri xəlvətdə söyləyib, tədbir görməkləri, Allahdan gizli qalmaz. Allah onların gizlində və aşkarda nə etdiklərini əhatə edir, Ona heç bir şey gizli qalmır və Allah onlara etdikləri əməllərin əvəzini verəcəkdir.
Bax, - ey günahkarların qayğısını çəkən kimsələr! - siz o kəslərsiniz ki, dünya həyatında onlara bəraət qazandırmaq üçün onlardan ötrü mübahisə edib, onların cəzalandırılmasının qarşısını almaq istəyirsiniz. Bəs Allah həqiqəti bildiyi bir halda, Qiyamət günü onlardan ötrü Allahla kim mübahisə edəcək, o gün onlara kim vəkil duracaq?! Şübhə yoxdur ki, bunu heç kəs bacarmayacaqdır.
Kim pis bir iş görər, yaxud günah edərək öz nəfsinə zülm edər, sonra günahı tərk edib, etdiyi əmələ peşmançılıq çəkib və günahını etiraf edib Allahdan bağışlanma diləyərsə, Allahın daima günahını bağışlayan və ona qarşı rəhmli olduğunu görər.
Kim kiçik və ya böyük günah iş edərsə, o günahın cəzası başqasına deyil, yalnız özünə olar. Allah qulların etdiyi əməlləri biləndir, işlərində və şəri hökmlərində hikmət sahibidir.
Kim qəsd etmədən xəta edərək, yaxud qəsdən günah qazanar, sonra da onu, o günahdan xəbəri olmayan bir insanı boynuna atarsa, o bu əməli ilə öz üzərinə böyük yalan və açıq aydın günah götürmüş olar.
Ey Peyğəmbər! Əgər Allah səni qorumaqla sənə lütf göstərməsəydi, əlbəttə, öz nəfslərinə xəyanət edənlərdən bir camaat səni haqq yoldan azdırıb, batillə hökm verməyini istəyəcəkdi. Halbuki əslində onlar yalnız özlərini aldadırlar. Belə ki, haqq yoldan azdırmaq üçün etdikləri günahın əzabı onların özlərinə qayıdacaqdır. Allah səni qoruduğu üçün onlar sənə bir zərər toxundura bilməzlər. Allah sənə Quranı və sünnəni nazil etdi və sənə bundan əvvəl bilmədiyin doğru yolu və nuru öyrətdi. Allahın sənə peyğəmbərlik bəxş etməsi və səni qoruması kimi sənə olan lütfü böyükdür.
التفاسير:
من فوائد الآيات في هذه الصفحة:
• النهي عن المدافعة والمخاصمة عن المبطلين؛ لأن ذلك من التعاون على الإثم والعدوان.
• Batil əhlini müdafiəsinə qalxıb, onlar üçün mübahisə etməkdən çəkindirmər. Çünki bu günah işlər görməkdə və düşmənçilikdə bir-birinə köməkçi olmaqdır.
• ينبغي للمؤمن الحق أن يكون خوفه من الله وتعظيمه والحياء منه فوق كل أحد من الناس.
• Həqiqi möminin Allahdan qorxusu, Onu təzim və Ondan həya etməsi bütün insanlardan üstün olması gərəkdir.
• سعة رحمة الله ومغفرته لمن ظلم نفسه، مهما كان ظلمه إذا صدق في توبته، ورجع عن ذنبه.
• Nəfsinə zülümün edənin etdiyi zülümün çoxluğundan aslı olmayaraq, günahdan qayıdıb, tövbəsində sadiq olan kimsəyə Allahın rəhmətinin və məğfirətinin geniş olması.
• التحذير من اتهام البريء وقذفه بما لم يكن منه؛ وأنَّ فاعل ذلك قد وقع في أشد الكذب والإثم.
• Günahsız insanı ittiham etməkdən və etmədiyi günahı onun boynuna atmaqdan çəkindirmək, çünki bunu edən, böyük böhtan və günah qazanmışdır.