Ey Möminlər! İzzət və Cəlal sahib olan Allah sizin düşmənlərinizi sizdən daha yaxşı tanıyır, Allah sizə onlar barədə xəbər vermiş və onların sizə qarşı bəslədikləri düşmənçiliyi bəyan etmişdir. Himayədar olaraq Allah yetər və sizi onların şərindən hifz edər! Yardımçı olaraq Allah yetər, sizi onların hiylələrindən və əziyyətlərindən qoruyar və onlara qarşı sizə kömək edər!
Yəhudilərdən Allahın nazil etdiyi kəlamı dəyişən, üstəlik, bu kəlamı, Allahın nazil etdiyindən başqa mənaya yozan, Peyğəmbər - sallallahu aleyhi və səlləm - onlara bir iş əmr etdikdə: "Sözünü eşitdik və əmrinə asi olduq" və istehza edərək: "Sözümüzü eşit, eşitməz olasan", dillərini əyərək, Peyğəmbərə - sallallahu aleyhi və səlləm - bəd dua etmək və onun dininə tənə etmək məqsədi ilə: "Raina!" yəni: "Bizi eşit" – sözünü deməklə, "ər-Ruunəh" yəni: "Axmaq, səfeh, ağılsız" sözünə eyham edən pis bir tayfa da vardır. Əgər onlar: "Sözünü eşitdik və əmrinə asi olduq" deməyin əvəzinə "Sözünü eşitdik və əmrinə itaət etdik!" və "Eşit, eşitməz olasan" deməyin əvəzinə "Eşit" və "Raina!" yəni: "Bizi eşit" deməyin əvəzinə "Dediyini anlamaq üçün bizə nəzər yetir"– desəydilər, Peyğəmbərlə - sallallahu aleyhi və səlləm - ona layiq gözəl ədəb-ərkanla rəftar etmə baxımından əlbəttə, onlar üçün birinci dediklərindən daha xeyirli və daha ədalətli olardı. Lakin Allah onları küfrlərinə görə lənətlədi və onları Öz rəhmətindən qovdu. Yəhudilər, özlərinə fayda verəcək dərəcədə iman gətirməzlər.
Ey Yəhidlərdən və nəsranilərdən özlərinə kitab verilmiş kimsələr! Biz, üzlərdə olan hissiyatı silib, üzlərini arxalarına tərəf çevirməmişdən, yaxud şənbə günü, onlara ov etmək qadağan edildikdən sonra həddi aşıb, ov edən və bu əməllərinə görə Allah onları meymuna döndərən şənbə əhlini Allahın rəhmətindən qovduqumuz kimi onları da rəhmətimizdən qovmazdan əvvəl yanınızda olan Tövratı və İncili təsdiqləyən olaraq gələn, Muhəmmədə - sallallahu aleyhi və səlləm - nazil etdiyimizə iman gətirin! Uca Allahın əmri və yazdığı qədəri mütləq yerinə yetəcəkdir və buna heç bir şübhə ola bilməz.
Allah hansısa bir məxluqu Özünə şərik qoşulmasını əsla bağışlamaz, şirk və küfürdən başqa olan günahları isə Öz lütfü ilə istədiyi kimsəyə bağışlayar yaxud ədaləti ilə istədiyi kimsəyə etdiyi günahı qədər əzab verər. Allahla yanaşı Allaha şərik qoşan kəs böyük bir günah etməklə iftira atmış olur və kim bu halda ölərsə, bağışlanmaz.
Ey Peyğəmbər! Özlərini və əməllərini təmizə çıxarıb, özlərini tərif edənləri görmürsənmi?! Xeyr! Tək Allahdır qullarından istədiyini təmizə çıxaran, tərifləyən. Çünki qəlblərdə qizli qalanı bilən Odur. Onlara xurma çərdəyindəki lif qədər də olsa belə əməllərinin savabları naqis edilərək haqsızlıq edilməz.
Ey Peyğəmbər! Bax, necə də onlar özlərini tərif edərək Allaha qarşı yalan uydururlar. Bu, onların zəlalətinə açıq-aşkar günah olaraq kifayət edər!
Ey Peyğəmbər! Allah özlərinə elmdən pay verilmiş yəhudiləri görüb, onların bu halından təəccüb etmirsənmi?! Onlar Allahdan başqa ibadət etdiklərinə inanmaqla yanaşı, hələ bir müşriklər üçün də yalandan: "Onlar Muhəmmədin - sallallahu aleyhi və səlləm - səhabələrindən daha doğru yoldadırlar"– deyirlər.
التفاسير:
من فوائد الآيات في هذه الصفحة:
• كفاية الله للمؤمنين ونصره لهم تغنيهم عما سواه.
• Allahın möminlərə kifayət etməsi və onlara, Özündən başqa kiməsə möhtac olmayacaq dərəcədə yardım etməsi.
• بيان جرائم اليهود، كتحريفهم كلام الله، وسوء أدبهم مع رسوله صلى الله عليه وسلم، وتحاكمهم إلى غير شرعه سبحانه.
• Yəhudilərin, Allahın kəlamını təhrif etmək, peyğəmbərə - sallallahu aleyhi və səlləm - qarşı əxlaqsız dayranmaq və pak olan Allahın şəriətindən başqa hökmlərlə hökm vermək kimi etdikləri pis əməllərin bəyanı.
• بيان خطر الشرك والكفر، وأنه لا يُغْفر لصاحبه إذا مات عليه، وأما ما دون ذلك فهو تحت مشيئة الله تعالى.
• Şirk və küfürün təhlükəsinin bəyanı. Çünki insan bu halda ölərsə Allah onu bağışlanmaz. Amma bundan başqa olan günahlar sahibi isə uca Allahın istəyi altındadır.