Möminlərdən, xəstələr, korlar və s. bu kimi üzrlü olanlar müstəsna olmaqla, Allah yolunda cihad etməyib evində oturan möminlərlə Allah yolunda öz mallarını və canlarını sərf edrək cihad edən mücahidlər eyni olmazlar. Allah, öz mallarını və canlarını sərf edrək cihad edənləri evində oturub cihada getməyənlərdən dərəcə etibarilə üstün etmişdir. Cihada gedənlərində üzürlü səbəbdən cihada gedə bilməyib evində oturanlarada hər birinin əməlinə layiq əcri vardır. Allah mücahidləri evdə oturanlardan Öz tərəfindən böyük bir savab bəxş etməklə üstün etmişdir.
Bu savab, onlar üçün bir-birindən yüksək dərəcələr olmas ilə yanaşı, Allah, qullarının günahlarını bağışlaması və onlara rəhmət etməsidir. Allah Öz qullarını bağışlayandır və onlara qarşı rəhmlidir.
Mələklər, küfr diyarından İslam diyarına hicrət etməyi tərk edərək özlərinə zülm edənlərin canını alarkən onları qınayaraq: "Siz nə halda idiniz, müşriklər ilə sizin aranızda nə fərq oldu?"– deyəcəklər. Onlar üzrxahlıq edərək: "Biz yer üzündə özümüzü müdafiə etməyə güc qüvvəmiz olmayan zəif insanlar idik!"– deyə cavab verəcəklər. Mələklər də onlara məzəmmət edilərək: "Məgər Allahın yeri geniş deyildimi ki, zülümdən və zəlillikdən canınızı və dininizi qurtarmaq üçün siz də ora hicrət edəydiniz?"– deyəcəklər. Hicrət etməyən kimsələrin qərar tutub, sığınacaqları yer Oddur. Ora necə də pis qayıdış və siğınacaq yerdir.
98 - 99. Bu əzabdan yalnız, özlərini zülmdən və haqsızlıqdan müdafiə etməyə qadir olmayan və öz canlarını haqsızlıqdan qutarmaq üçün yol tapa bilməyən və üzürlü səbəbdən hicrət edə bilməyən zəif kişilər, qadınlar və uşaqlar istisnadır. Ola bilsin ki, Allah Öz rəhməti və lütfü ilə onları əfv etsin. Şübhəsiz ki, Allah qullarını əfv edəndir, onlardan tövbə edəni isə bağışlayandır.
98 - 99. Bu əzabdan yalnız, özlərini zülmdən və haqsızlıqdan müdafiə etməyə qadir olmayan və öz canlarını haqsızlıqdan qutarmaq üçün yol tapa bilməyən və üzürlü səbəbdən hicrət edə bilməyən zəif kişilər, qadınlar və uşaqlar istisnadır. Ola bilsin ki, Allah Öz rəhməti və lütfü ilə onları əfv etsin. Şübhəsiz ki, Allah qullarını əfv edəndir, onlardan tövbə edəni isə bağışlayandır.
Kim Allah rizası üçün küfr diyarından İslam diyarına hicrət edərsə, hicrət etdiyi yeri, tərk etdiyi yerdən daha gözəl yer olduğunu görər və orada izzətə və bol ruziyə nail olar. Kim Allaha və Onun rəsuluna - səllallahu aleyhi və səlləm - hicrət edərək evindən çıxdıqdan sonra hicrət etdiyi yerə yetişməzdən əvvəl ölüm onu haqlayarsa, onun mükafatını Allah verər və hicrət etdiyi yerə yetişməməsi ona heç bir zərər verməz. Allah qullarından ona tövbə edəni bağışlayandır və onlara qarşı rəhmlidir.
Yer üzündə səfərə çıxdığınız zaman, kafirlər tərəfindən xoşagəlməz bir şeyə məruz qalacağınıdan qorxduğunuz zaman dörd rükətli namazları iki rükət qılmaqda sizin üçün heç bir günah yoxdur. Beləki, kafirlərin sizə qarşı olan ədavəti aşkar və aydındır. Səhih hədislərdə də, səfər əsnasında əmin-amanlıq halı olsa belə, namazların qısaldılmasına rüsxət verən hədislər varid olmuşdur.
التفاسير:
من فوائد الآيات في هذه الصفحة:
• فضل الجهاد في سبيل الله وعظم أجر المجاهدين، وأن الله وعدهم منازل عالية في الجنة لا يبلغها غيرهم.
• Allah yolunda cihad etməyin fəziləti, mücahidlərin savabının böyüklüyü və Allahın mücahidlərə cənnətdə onlardan başqa heç kimsənin nail ola bilməyəcəyi yüksək dərəcələr bəxş edəcəyini vəd etməsi.
• أصحاب الأعذار يسقط عنهم فرض الجهاد مع ما لهم من أجر إن حسنت نيتهم.
• Üzürlü səbəbdən cihad edə bilməyənlərin niyyəti saleh olarsa, əcir qazanmaqla yanaşı fərz cihadı onların boynundan düşür.
• فضل الهجرة إلى بلاد الإسلام، ووجوبها على القادر إن كان يخشى على دينه في بلده.
• İslam diyarına hicrət etməyin fəziləti və hicrət etməyə qadir olan kimsənin vətənində dininə zərər gələcəyindən qorxursa, hicrət etməsinin vacibliyi.
• مشروعية قصر الصلاة في حال السفر.
• Səfərdə ikən dörd rükətli namazları qısaldaraq iki rükət qılmağın icazəli olması.