Əgər bir qadın öz ərinin kobud rəftarından, yaxud ona qarşı rəğbət göstərməməsindən qorxarsa, öz aralarında kişinin mal xərcləmək və gecələmək kimi qadının bəzi vacib haqlarından keçməsi ilə anlaşmasında onlara günah gəlməz. Bir-biri ilə anlaşmaq onlar üçün talaqdan daha xeyirlidir. Nəfslər hərisliyə və paxıllıqa meyilli xəlq edilmişdir, elə buna görə də heç bir nəfs öz haqqından keçmək istəməz. Gərək ər-arvad öz nəfislərini bir-biri bağışlamaq və yaxşılıq etməklə tərbiyə edərək bu xoşa gəlməz əxlaqdan müalicə etsinlər. Əgər hər bir işinizdə yaxşılıq etsəniz və Allahın əmrlərinə tabe olub qadağanlarından çəkinməklə Ondan qorxsanız, şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır, Ona heç bir şey gizli qalmaz və O, əməllərinizin müqabilini sizə verəcəkdir.
Ey kişilər! Siz nə qədər çalışsanız da, bəzən də iradənizdən xaric səbəblər üzündən, qəlbin meyil etməsində qadınlarla tam ədalətlə davrana bilməzsiniz. Sevmədiyiniz qadınadan tamamilə üz çevirib, onu, nə ərli kimi ərli deyil ki, əri onun haqqlarını versin, nə də boşanmış kimi boşanmış deyil ki, başqasına ərə getsin, belə bir asılı vəziyyətdə qalmış kimi buraxmayın. Əgər öz aranızı zövcənin haqqlarını verib nəfsinizin havasına müxalif olaraq düzəldib və qadınlara görə Allahdan qorxsanız, şübhəsiz ki, Allah sizə qarşı bağışlayandır, rəhmlidir.
Əgər ər-arvad talaq və ya xulə (qadının boşanma tələb etməsi) ilə ayrılsalar, Allah onların hər birinə Öz geniş lütfündən bəxş edər. Allahın lütfü və rəhməti genişdir, O, verdiyi qərarlar və əzəldən müəyyən etdiyi hökmlər xüsusunda müdrikdir.
Göylərdə, yerdə və onların arasında nə mülk varsa, hamısı tək Allaha məxsusdur. Biz yəhudi və nasranilərdən olan Kitab əhlinə də, sizə də Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinməyi əhd almışdıq. Əgər siz bu əhdə küfr etsəniz, yalnız özünüzə zərər vermiş olarsız, çünki Allah sizin Ona itaət etmənizdən ehtiyacsızdır. Bilin ki, göylərdə və yerdə nə mülk varsa, hamısı Ona məxsusdur. Allahın heç bir məxluquna ehtiyacı yoxdur, O, bütün sifət və feillərində tərifəlayiqdir.
Göylərdə və yerdə nə mülk varsa, hamısı tək Allaha məxsusdur. Allah itaət olunmaqa layiqdir. Yaratdıqlarının bütün işlərini idarə edənin Allah olması yetər.
Ey insanlar! Sizdən kim əməli ilə yalnız dünya mükafatını istərsə, qoy o, bilsin ki, həqiqətən, dünyanın da, axirətin də mükafatı Allah yanındadır. Elə isə o, dünya və axirət mükafatını Allahdan diləsin. Allah sizin dediyiniz sözləri eşidəndir, əməllərinizi görəndir və O, əməllərinizin əvəzini sizə verəcəkdir.
التفاسير:
من فوائد الآيات في هذه الصفحة:
• استحباب المصالحة بين الزوجين عند المنازعة، وتغليب المصلحة بالتنازل عن بعض الحقوق إدامة لعقد الزوجية.
• Ər-arvadın mübahisə zamanı barışmaqın və ailə həyatının davamiyyətli olması üçün məsləhət baxımından bir-birinin bəzi haqqlardan keçməyin müstəhəbliyi.
• أوجب الله تعالى العدل بين الزوجات خاصة في الأمور المادية التي هي في مقدور الأزواج، وتسامح الشرع حين يتعذر العدل في الأمور المعنوية، كالحب والميل القلبي.
• Uca Allah zövcələr arasında ədalətli olmağı, xüsusəndə maliyyə məsələrində, ərin imkanı daxilində vacib etmişdir. Şəriət, məhəbbət və qəlbin bir qadına digərindən daha çox meyl etməsi kimi ədalətli olması çətin olan mənəvi məsələri isə bağışlamışdır.
• لا حرج على الزوجين في الفراق إذا تعذرت العِشْرة بينهما.
• Ər-arvadın birgə yaşaması mümkün olmadıqı zaman, onların ayrılmasında günah yoxdur.
• الوصية الجامعة للخلق جميعًا أولهم وآخرهم هي الأمر بتقوى الله تعالى بامتثال الأوامر واجتناب النواهي.
• Bütün bəşəriyyətə, onların əvvəlkilərinə və sonrakılarına əhatəli tövsiyə, Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinərək Allahdan qorxmaq əmri olmuşdur.