Ey kişilər! Əgər vəfat etmiş zövcələrinizin - oğlan və ya qız, sizdən və ya qeyrisindən olmasından aslı olmayaraq - övladı yoxdursa, qoyub getdikləri malın yarısı sizindir. Onların - oğlan və ya qız olmasından aslı olmayaraq - övladı olduğu təqdirdə isə qoyub getdiklərinin dörddə bir hissəsi sizə çatır. Bu bölgü, onların vəsiyyəti yerinə yetirildikdən və borcu ödənildikdən sonra bölünməlidir. Ey kişilər! Əgər sizin -zövcələrinizdən, oğlan və ya qız, sizdən və ya qeyrisindən olmasından aslı olmayaraq- övladınız yoxdursa, qoyub getdiyiniz malın dörddə bir hissəsi zövcələrinizindir. Övladınız - oğlan və ya qız olmasından aslı olmayaraq - olduğu təqdirdə isə qoyub getdiyiniz malın səkkizdə bir hissəsi zövcələrinizə çatır. Bu bölgü, vəsiyyətiniz yerinə yetirildikdən və borcunuz ödənildikdən sonra bölünməlidir. Əgər vəfat etmiş kişinin və ya qadının valideyni və övladı olmadığı halda malı varislərə qalarsa və eyni anadan bir qardaşı yaxud bir bacısı varsa, onda eyni anadan bir qardaş və bacının hər birinə fərz olaraq mirasın altıda bir hissəsi düşür. Əgər eyni anadan olan qardaş və bacılar sayca bundan artıq olsalar, bu zaman onların hamısına, fərz olaraq mirasın üçdə biri düşür və onların kişi və qadın alması arasında heç bir fərq qoyulmadan onlar bu üçdə birinə şərikdirlər. Onlar bu bölgüdən olan miras paylarını, varislərə zərər yetirməmək üçün, vəsiyyəti malın üçdə birindən çox etməmək şərti ilə, vəsiyyətin yerinə yetirilməsindən və borcun ödənilməsindən sonra götürməlidirlər. Ayənin əhatə etdiyi bu hökm, Allah tərəfindən sizə vacib edilən bir buyruqdur. Allah qulları üçün dünya və axirətdə nəyin xeyirli olduğunu daha yaxşı biləndir, həlimdir günahkar isana əzab verməyə tələsməz.
Yetimlər və onlardan başqaları baradə deyilən bu əhkamlar Allahın şəriətidir. Allah bu əhkamları qullarının əməl etməsi üçün qanun etmişdir. Kim Allahın əmrlərinə tabe olub, qadağanlardan çəkinməklə Allaha və Onun rəsuluna - səllallahu aleyhi və səlləm - itaət edərsə, Allah onu ağacları və qəsrləri altından çaylar axan, heç vaxt yox olmayan, içində əbədi qalacağı Cənnətlərə daxil edər. Bu İlahi mükafat, ona oxşar heç bir uğur olmayan, böyük bir uğurdur.
Kim Allahın əhkamlarından üz çevirib, onlara əməl etməzsə, yaxud bu əhkamlara şəkk-şübhə edərək Allaha və Onun rəsuluna - səllallahu aleyhi və səlləm - asi olub Onun hüdudlarını aşarsa, Allah onu içində əbədi qalacağı Cəhənnəm oduna daxil edər. Onun üçün orada zəlil edici bir əzab vardır.
التفاسير:
من فوائد الآيات في هذه الصفحة:
• لا تقسم الأموال بين الورثة حتى يقضى ما على الميت من دين، ويخرج منها وصيته التي لا يجوز أن تتجاوز ثلث ماله.
• Miras malı, ölən şəxsin borcun ödənildikən və etdiyi vəsiyyət, malın üçdə birindən çox olmamaq şərti ilə yerinə yetirildikdən sonra varislər arasında bölünməlidir.
• التحذير من التهاون في قسمة المواريث؛ لأنها عهد الله ووصيته لعباده المؤمنين؛ فلا يجوز تركها أو التهاون فيها.
• Miras bölgüsünə səhlənkar yanaşmaqdan çəkinmək. Çünki bu, Allahın mömin qullarına əhdi və tövsiyısidir. Bu bölgünü tərk etmək yaxud buna səhlənkar yanaşmaq caiz deyil.
• من علامات الإيمان امتثال أوامر الله، وتعظيم نواهيه، والوقوف عند حدوده.
• Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinmək və Onun hədlərini aşmamaq imanın əlamətlərindəndir.
• من عدل الله تعالى وحكمته أن من أطاعه وعده بأعظم الثواب، ومن عصاه وتعدى حدوده توعده بأعظم العقاب.
• Allahın Ona itaət edən kimsəyə böyük savab, asilik edib, Onun hədlərini aşan kimsəyə isə böyük əzab verəcəyinə vəd etməsi, Uca Allahın ədalətindən və hikmətindəndir.