Onlardan aldığımız möhkəm əhdi pozduqları, Allahın ayələrinə küfr etmələri, peyğəmbərləri haqsız yerə öldürməyə cürət etmələri və Muhəmmədə - sallallahu aleyhi və səlləm: "Qəlblərimiz qapalıdır, sənin dediyinə anlamırıq!"– demələri səbəbindən onları rəhmərimizdən qovduq. Amma həqiqət heç də onların dediyi kimi deyildir, əksinə, Allah onların qəlblərinə möhür vurmuş və o qəlblərə xeyir yetişməz. Elə buna görə də onların az bir qismi onlara fayda verməyəcək dərəcədə olduqca az inanırlar.
Biz bir də onların fəxr edərək yalandan: "Biz Allahın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük!"– dediklərinə görə lənətə düçar etdik. Halbuki onu, idda etdikləri kimi nə öldürdülər, nə də çarmıxa çəkdilər. Lakin onlar, Allah İsanın - aleyhissəlam - oxşarlığını verdiyi bir kişini öldürüb, çarmıxa çəkdilər və beləliklə də öldürülənin İsa - aleyhissəlam - olduğunu zənn etdilər. İsanı öldürdüklərini iddia edən yəhudilərin və İsanı onlara təslim edən nəsranilərin hər ikisi də onun ölmü barəsində çaşqınlıq və şəkk-şübhə içindədirlər. Bu haqda onların heç bir bilgisi yoxdur. Onlar yalnız zənnə qapanırlar. Zənn isə əsla həqiqət ola bilməz. Onlar əsla İsanı öldürdürmədilər və onu asmadılar.
Əksinə, Allah İsanı onların hiyləsindən qorumuş və onu cismi və ruhu ilə Özünə tərəf qaldırmışdır. Allah Öz mülkündə qüdrətlidir, heç kimsə Onu məğlub edə bilməz, Allah gördüyü işində, verdiyi hökmündə və şəri əhkamlarında hikmət sahibidir.
Kitab əhlindən elə kimsə yoxdur ki, öz ölümündən əvvəl dünyanın axırı İsanın - aleyhissəlam - səmadan yerə yendiyi vaxt ona iman gətirməsin. Qiyamət günü isə İsa - aleyhissəlam - onların əməllərinin hansının şəriətə müvafiq, hansının da müxalif olduğuna şahidlik edəcəkdir.
Yəhudilərin etdikləri zülm səbəbindən, özlərini və başqalarını Allahın yolundan döndərdiklərinə görə onlara daha öncə halal edilmiş bəzi pak təamları və dırnaqlı heyvanların hamısını haram etdik. İnək və qoyunun bellərindəki yağlar müstəsna olmaqla, onların piylərini də yəhudilərə haram buyurduq. Beləliklə də insanları xeyirdən döndərmək onların təbiətinə çevdildi.
Allah onlara sələmi qadağan etdikdən sonra yenə də sələm aldıqlarına və şəri haqqı olmadan insanların mallarını mənimsədiklərinə görə belə etdik. Biz onlardan olan kafirlər üçün ağrılı-acılı bir əzab hazırlamışıq.
Ey Peyğəmbər! Lakin yəhudilərdən elmdə sabit və qüvvətli olanlar və möminlər Allahın Qurandan sənə nazil etdiyinə və səndən öncə olan elçilərə, Tövrat və İncil kimi nazil edilən kitablara iman gətirir, namaz qılır, mallarının zəkat verir, Allahın tək İlah olduğunu, Onun heç bir şəriki olmadığını və Axirət gününə inanırlar. Biz, bu sifətlərə sahib olan kimsələrə böyük savab verəcəyik.
التفاسير:
من فوائد الآيات في هذه الصفحة:
• عاقبة الكفر الختم على القلوب، والختم عليها سبب لحرمانها من الفهم.
Küfrün nəticəsi olaraq qəlbə möhür vurulur. Qəlbin möhürlənməsi isə haqqı başa düşməkdən məhrum olmağa səbəbdir.
• بيان عداوة اليهود لنبي الله عيسى عليه السلام، حتى إنهم وصلوا لمرحلة محاولة قتله.
• Yəhudilərin, Allahın peyğəmbəri İsaya - aleyhissəlam - qarşı olan ədavətin bəyanı. Hətta onlar İsanı qətlə yetirmək üçün səydə göstərdilər.
• بيان جهل النصارى وحيرتهم في مسألة الصلب، وتعاملهم فيها بالظنون الفاسدة.
• Nəsranilərin cəhalliyinin və onların xaç barədə çaşqınlıq içərsində, həm də yalnış fikirlərdə olmalarının bəyanı.
• بيان فضل العلم، فإن من أهل الكتاب من هو متمكن في العلم حتى أدى به تمكنه هذا للإيمان بالنبي محمد صلى الله عليه وسلم.
• Elmin fəzilətinin bəyanı. Çünki Kitab əhlindən elmdə elə qüvvətli olan kimsələr vardır ki, hətta onların elmi onları, Muhəmməd peyğımbərə - sallallahu aleyhi və səlləm - iman gətirməyə vadar etmişdir.