ُEy Peyğəmbər! Səndən əvvəlki peyğəmbərlərə vəhy etdiyimiz kimi sənə də vəhy etdik. Sən peyğəmbərlərin birincisi deyilsən. Biz Nuha və ondan sonra gələn peyğəmbərlərə, İbrahimə, onun iki oğlu: İsmailə və İshaqa, İshaqın oğlu Yəquba və əsbata (yəni Yəqubun - aleyhissəlam - nəslindən gələn, on iki bənu-İsrail qəbilələrindən olan peyğəmbərlərə) da vəhy etdik. Biz İsaya, Əyyuba, Yunusa, Haruna və Süleymana da vəhy etdik. Davuda da Kitabı - Zəburu verdik.
Biz elçilər göndərdik onların bir qisimi barəsində Quranda sənə xəbər verdik, göndərdiyimiz elə elçilər də var ki, Biz Quranda onlar barəsində isə sənə heç nə söyləmədik. Biz onların zikrini hikmət üçün tərk etdik. Allah Musaya hörmət əlaməti olaraq, onunla peyğəmbərlik haqqında həqiqi sözlə, vasitəsiz, pak və uca olan Allaha layiq şəkildə danışdı.
Biz onları Allaha iman gətirənlərə böyük savabla müjdə verən və Allahı inkar edənləri isə ağrıdıcı əzabla qorxudan elçilər göndərdik ki, insanların elçilər göndərildikdən sonra üzür gətirmək üçün Allaha qarşı bir bəhanəsi olmasın. Allah mülkündə qüdrətlidir, hökmündə isə hikmət sahibidir.
Ey Peyğəmbər! Əgər yəhudilər səni inkar edirlərsə, amma Allah, Qurandan sənə nazil etdilənin doğru olduğunu təsdiqləyir. Allah Quranı, Onun sevib razı qaldığı və sevməyib xoşlamadığı əməlləri qullarına bildirmək üçün Öz elmi ilə nazil etdi. Mələklər də Allahın şahidliyi ilə birgə sənin gətirdiyin Quranın doğruluğuna şahidlik edərlər. Şahid olaraq Allah yetər. Onun şahid olması, başqasının şahid olmasından kifayətdir.
Allaha və Onun rəsullarına küfr edən və küfrdə qalaraq öz nəfislərinə zülm edənlərı, küfrdə israr etdikləri müddətcə Allah onları əsla bağışlamaz və onları Allahın əzabından xilas edən doğru yola yönəltməz.
Ey insanlar! Artıq Muhəmməd peyğəmbər - sallallahu aleyhi və səlləm - sizə Uca Allahdan doğru yol və haqq din gətirdi. Elə isə ona gətirdiyinə iman edin, əgər belə etsəniz bu sizin üçün dünya və axirətdə daha xeyirli olar! Əgər Allaha küfr etsəniz, bilin ki, Allahın sizin iman etmənizə ehtiyacı yoxdur və küfür etməniz Allaha heç bir zərərdə verməz. Göylərdə, yerdə və onların arasında nə mülk varsa, hamısı Allaha məxsusdur. Allah kimin hidayətə layiq olduğunu bilib, onu hidayət yoluna müyəssər edər, hidayətə layiq olmayan kimsəni isə o yoldan uzaqlaşdırar. Allah, sözlərində, fellərində, şəri hökmlərində də və insanlar üçün təyin etdiyi qədərin də hikmət sahibidir.
التفاسير:
من فوائد الآيات في هذه الصفحة:
• إثبات النبوة والرسالة في شأن نوح وإبراهيم وغيرِهما مِن ذرياتهما ممن ذكرهم الله وممن لم يذكر أخبارهم لحكمة يعلمها سبحانه.
• Nuh, İbrahim onlardan və onların züriyyətindən başqa olan, Allahın adlarını bizə bildirdiyi və uca Allahın hikmət üçün onlar barədə bizə xəbər vermədiyi peyğəmbərlik və risalətin isbatı.
• إثبات صفة الكلام لله تعالى على وجه يليق بذاته وجلاله، فقد كلّم الله تعالى نبيه موسى عليه السلام.
• Uca Allahın zatına və cəlalına layiq bir şəkildə Allahın kəlam sifətinin isbatı. Uca Allah peyğəmbəri Musa - aleyhissəlam - ilə danışmışdır.
• تسلية النبي محمد عليه الصلاة والسلام ببيان أن الله تعالى يشهد على صدق دعواه في كونه نبيًّا، وكذلك تشهد الملائكة.
• Allah və həmçinin mələklərin, onun peyğəmbərlik iddasında doğru olduğuna şahidlik etməsi ilə Muhamməd peyğəmbərə - sallallahu aleyhi və səlləm - təskinli verməyin bəyanı.