Ey Peyğəmbər! Səndən atası və övladı olmayıb vəfat etmiş kimsənin mirası barəsində soruşurlar. De: "Allah bunun hökmünü sizə bəyan edəcəkdir. Atası və övladı olmayan şəxs öldükdə onun doğma yaxud atabir bacısı varsa, qoyub getdiyi malın yarısı fərz olaraq bacıya çatır. Əgər onunla birgə mirasdan, Allahın fərz etdiyi müəyyən miras payı alan adam yoxdursa, doğma yaxud atabir qardaşı tasiblə (yəni: mirasdan müəyyən payları olmayıb, mirasdan təqdirsiz mala) varis olurlar. Əgər onunla birgə Allahın fərz etdiyi müəyyən miras payı alan adam varsa, o, mirasdan payını aldıqdan sonra, yerdə qalan mal ona çatır. Əgər doğma yaxud atabir bacıların sayı iki və ya ikidən çox olarsa, iki bacı yaxud ikidən çox olan bacıların hamısına, qoyub getdiyi malın fərz olaraq üçdə iki hissəsi onlara çatır. Əgər varislər kişi və qadın olmaqla, doğma yaxud atabir qardaş və bacılardırsa, "Kişiyə iki qadının payı qədər pay düşür" qaydasına əsasən onların hamısı mala tasiblə, belə ki, kişinin payı, qadının payından bir dəfə çox olmaqla varis olurlar. Allah, atası və övladı olmayıb vəfat etmiş kimsənin miras hökmünü və bunda başqa miras barəsində olan hökmləri sizə bəyan edir ki, haqq yoldan sapmayasınız. Allah hər şeyi bilir və Ona heç bir şey gizlin qalmaz.
التفاسير:
من فوائد الآيات في هذه الصفحة:
• عناية الله بجميع أحوال الورثة في تقسيم الميراث عليهم.
• Mirası varislər arasında bölgüsü zamanı, bütün varisləri nəzərə alaraq Allahın qayğı göstərməsi.
• الأصل هو حِلُّ الأكل من كل بهيمة الأنعام، سوى ما خصه الدليل بالتحريم، أو ما كان صيدًا يعرض للمحرم في حجه أو عمرته.
• Dəvə, inək və qoyun heyvanlarının ətindən yeməyin əsli, yalnız dəlil gələrək haram edilən yaxud həcc və ya ümrə ehramında olan kimsə üçün ov edilmiş heyvanlar müstəsna olmaqla halaldır.
• النهي عن استحلال المحرَّمات، ومنها: محظورات الإحرام، والصيد في الحرم، والقتال في الأشهر الحُرُم، واستحلال الهدي بغصب ونحوه، أو مَنْع وصوله إلى محله.
• İhramda ikən edilməsi qadağan olan əməllər, haram olan hüdudlar daxilində ov etmək, haram aylarda döyüşmək, qəsb və s. yollarla qurbanığı özünə halal görmək yaxud qurbanı göndərilən yerə çatmasına mane olmaq kimi haram olan əməlləri halallaşdırmağın qadağan edilməsi.