Ata, ana, qardaş və əmilər kimi yaxın qohumların qoyub getdikləri malın az və ya çox olmasından aslı olmayaraq kişilərə pay vardır, cahiliyyə dövründə qadın və uşaqları mirasdan məhrum etdiklərinin əksi olaraq bu kimsələrin qoyub getdikləri maldan qadınlara da pay vardır. Bu pay, Uca Allah tərəfindən miqdarı bəyan edilmiş vacib bir haqqdır.
Əgər miras bölgüsü vaxtı orada, mirasdan payı olmayan qohumlar, yetimlər və fəqirlər iştirak edərlərsə, miras bölünməzdən əvvəl könülünüzü xoş edəcək qədər o maldan onlara da bir şey verin. Bu mal sizə heç bir məşəqqətsiz gəldiyi bir halda, onların həmin malda nəfsi qalmışdır. Miras malından onlara verdiyiniz zaman özlərinə onları sevindirəcək xoş söz söyləyin.
Özləri öldükdən sonra zəif övladlar qoyub gedəcəkləri təqdirdə onların yetim qalmasından qorxan kəslər, Allah onlara öz övladlarına necə qayğı göstərirdilərsə, ölümündən sonra da övladlarına elə bir qayğı göstərən hami müvəffəq edənə qədər, qoy himayəsi altında olan yetimlərə zülüm etməkdən qorxsunlar və vəsiyyətində iştirak etdiyi kimsənin övladlarına yaxşı rəftarda olub, döğru söz söyləyərək vəsiyyətində özündən sonra miras sahiblərinə zülüm etməkdən çəkinsin və vəsiyyət etməkdən də vaz keçərək özünü xeyirdən məhrum etməsin.
Şübhəsiz ki, yetimlərin mallarını onlara zülm və düşmənçilik edərək mənimsəyənlər öz qarınlarına ancaq atəş dolu od doldururlar və beləcə, Qiyamət günü Cəhənnəm alovu onları yandırıb-yaxacaqdır.
Allah sizdən övladlarınızın miras payı barədə sizdən əhd alaraq əmr edir ki, miras onların arasında bir kişiyə iki qadının payı qədər pay verilərək bölünməlidir. Əgər ölən şəxsin oğlu yoxdursa və övladlar iki və ya ikidən artıq sayda qadındırsa, vəfat edənin qoyub getdiyi malın üçdə iki hissəsi onlara çatır. Əgər təkcə bir qadındırsa, mirasın yarısı ona çatır. Ölənin istər kişi istər qadın övladı olduğu təqdirdə, onun ata-anasının hər birinə, qoyub getdiyi malın altıda bir hissəsi çatır. Əgər onun istər kişi istər qadın övladı yoxdursa, varisi də ancaq ata-anasıdırsa, onun anasına mirasının üçdə bir hissəsi, mirasın qalan hissəsi isə atasına çatır. Əgər ölənin iki və ya daha çox, doğma və ya ögey qardaşları və ya bacıları varsa, onun anasına fərz olaraq mirasın altıda bir hissəsi, mirasın qalan bütün hissəsi isə atanın payına çatır. Bu zaman qardaşların mirasdan payı yoxdur. Bu bölgü ölənin vəsiyyəti yerinə yetirildikdən və borcu ödənildikdən sonra aparılır. Lakin bu vəsiyyətə, malın üçdə birinidən artıq olmaması şərti ilə əməl olunur. Valideynlərinizdən və övladlarınızdan hansının dünya və axirətdə fayda baxımından sizə daha yaxın olduğunu bilmədiyiniz üçün uca Allah miras bölgüsünü bu qayda üzərində etmişdir. Bəzən ölən şəxs varislərdən bəzisinin ona daha yaxın olduğunu zənn edib, malının hamısın ona bağışlayır yaxud başqa bir varisinin ona uzaq olduğunu zənn edib, onu miras payından məhrum edir, amma hal-vəziyyət həqiqətdə isə tam əksinədir. Bunların hanısından xəbəri olan, Ona heç bir şeyi gizli qalmayan yalnız tək Allahdır. Elə məhz bu baxımdan da Allah mirası varislər arasında yuxarıda qeyd edildiyi qayda üzrə Özü bölmüş və bu bölgünü qullarına fərz buyurmuş. Həqiqətən, Allah hər şeyi biləndir, qullarının əməllərindən Ona heç bir şey gizli qalmaz, şəri hökmlərində və idarə etməsində hikmət sahibidir.
التفاسير:
من فوائد الآيات في هذه الصفحة:
• دلت أحكام المواريث على أن الشريعة أعطت الرجال والنساء حقوقهم مراعية العدل بينهم وتحقيق المصلحة بينهم.
• Miras əhkamları, şəriətin kişi və qadın hüquqlarını onlar arasında ədalətlə və onların mənfətinə uyğun olaraq verdiyinə dəlalət edir.
• التغليظ الشديد في حرمة أموال اليتامى، والنهي عن التعدي عليها، وعن تضييعها على أي وجه كان.
• Yetim malınını yeməyin haram olması, onlara qarşı haqsızlıq etməkdən və onları cəmiyyətdə qayğısız buraxmaqdan çəkindirmək.
• لما كان المال من أكثر أسباب النزاع بين الناس تولى الله تعالى قسمته في أحكام المواريث.
• Mal-dövlət insanlara arasında ən çox mübahisəyə səbəb olduğuna görə, Uca Allah mirasın bölünməsini Öz öhdəliyinə götürmüşdür.