Қуръони Карим маъноларининг таржимаси - Қуръон Каримнинг мухтасар тафсирининг озарбайжонча таржимаси

Бет рақами: 100:77 close

external-link copy
141 : 4

ٱلَّذِينَ يَتَرَبَّصُونَ بِكُمۡ فَإِن كَانَ لَكُمۡ فَتۡحٞ مِّنَ ٱللَّهِ قَالُوٓاْ أَلَمۡ نَكُن مَّعَكُمۡ وَإِن كَانَ لِلۡكَٰفِرِينَ نَصِيبٞ قَالُوٓاْ أَلَمۡ نَسۡتَحۡوِذۡ عَلَيۡكُمۡ وَنَمۡنَعۡكُم مِّنَ ٱلۡمُؤۡمِنِينَۚ فَٱللَّهُ يَحۡكُمُ بَيۡنَكُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِۚ وَلَن يَجۡعَلَ ٱللَّهُ لِلۡكَٰفِرِينَ عَلَى ٱلۡمُؤۡمِنِينَ سَبِيلًا

Sizə xeyir və şərin toxunmasını gözləyən münafiqlər, Allah­dan sizə bir zəfər gəl­dik­də və ya siz qənimət əldə etdikdə, o qənimətdən əldə etmək üçün sizə: "Məgər biz sizinlə de­yil­dik­mi, sizin şahid olduğunuza bizdə şahid olmadıqmı?"– deyər, ka­fir­lə­r qalib gəldikdə isə onlara: "Məgər biz sizə yardım etmədikmi, si­zi mö­min­lər­dən qoruyub, qeydinizə qalmadıqmı?”– söy­lə­yər­lər. Allah Qi­ya­mət gü­­nü sizin hamınızın arasında hökm verə­cəkdir. Möminləri Cənnətə daxil etməklə mükafatlandıracaq, münafiqləri isə Cəhənnəmin ən aşağı təbəqəsinə giriftar etməklə cəzalandıracaqdır. Allah Qiyamət günü Öz lütfü ilə kafir­lərə mö­minlərin əleyhinə əsla bir dəlil verməyə­cək­, əksinə, möminlər imanlarına sadiq qalaraq şəriətə əməl etdikcə, Uca Allah gözəl aqibəti möminlər üçün edəcəkdir.
info
التفاسير:

external-link copy
142 : 4

إِنَّ ٱلۡمُنَٰفِقِينَ يُخَٰدِعُونَ ٱللَّهَ وَهُوَ خَٰدِعُهُمۡ وَإِذَا قَامُوٓاْ إِلَى ٱلصَّلَوٰةِ قَامُواْ كُسَالَىٰ يُرَآءُونَ ٱلنَّاسَ وَلَا يَذۡكُرُونَ ٱللَّهَ إِلَّا قَلِيلٗا

Həqiqətən, münafiqlər İslamda olduqlarını göstərib, qəlblərindəki küfrü gizlədərək Alla­hı aldatmağa çalışırlar. Hal­buki Allah onları aldadır. Çünki Allah onların küfrlərini bildiyi halda canlarını qorumuş və axirətdə onlar üçün şiddətli əzab hazırlamışdır. Onlar namaza durarkən, namaza nifrət edərək, tənbəl halda və namazı xalisla Allah üçün deyil, yalnız özlərini möminlərə göstərmək üçün qal­xarlar, möminləri gördükdə isə Allahı olduqca az yad edərlər.
info
التفاسير:

external-link copy
143 : 4

مُّذَبۡذَبِينَ بَيۡنَ ذَٰلِكَ لَآ إِلَىٰ هَٰٓؤُلَآءِ وَلَآ إِلَىٰ هَٰٓؤُلَآءِۚ وَمَن يُضۡلِلِ ٱللَّهُ فَلَن تَجِدَ لَهُۥ سَبِيلٗا

Bu münafiqlər çaşqınlıq içərisində tə­rəddüd edirlər, onlar nə zahirdə və nə batində möminlərlə birgədirlər, nə də ki, kafirlərlə. Əksinə, zahirləri möminlərlə birgə olsada, qəlbləri isə kafirlərlə birgədir. Ey Peyğəmbər! Alla­hın az­dır­dığı kəs üçün zəlalətdən hidayətə heç bir yol tapa bilməzsən. info
التفاسير:

external-link copy
144 : 4

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَتَّخِذُواْ ٱلۡكَٰفِرِينَ أَوۡلِيَآءَ مِن دُونِ ٱلۡمُؤۡمِنِينَۚ أَتُرِيدُونَ أَن تَجۡعَلُواْ لِلَّهِ عَلَيۡكُمۡ سُلۡطَٰنٗا مُّبِينًا

Ey Allaha iman gətirib Onun Rəsuluna tabe olan kimsələr! Möminləri qoyub kafirləri özünüzə yaxın dost tutmayın. Yoxsa siz bu əməlinizlə əzaba layiq olduğunuza dair, Allaha öz əleyhinizə açıq-aydın bir dəlil verməkmi istəyirsiniz? info
التفاسير:

external-link copy
145 : 4

إِنَّ ٱلۡمُنَٰفِقِينَ فِي ٱلدَّرۡكِ ٱلۡأَسۡفَلِ مِنَ ٱلنَّارِ وَلَن تَجِدَ لَهُمۡ نَصِيرًا

Şübhəsiz ki, Allah, münafiqləri Qiyamət günü Cəhənnəmin ən alt təbəqəsində edəcəkdir. Sən on­lar üçün onları əzabdan qoruyan heç bir yardımçı tapa bilməzsən. info
التفاسير:

external-link copy
146 : 4

إِلَّا ٱلَّذِينَ تَابُواْ وَأَصۡلَحُواْ وَٱعۡتَصَمُواْ بِٱللَّهِ وَأَخۡلَصُواْ دِينَهُمۡ لِلَّهِ فَأُوْلَٰٓئِكَ مَعَ ٱلۡمُؤۡمِنِينَۖ وَسَوۡفَ يُؤۡتِ ٱللَّهُ ٱلۡمُؤۡمِنِينَ أَجۡرًا عَظِيمٗا

Münafiqlikdən tövbə edib Allaha qayıdanlar, qəlblərini islah edənlər, Allahın əhdindən ya­pı­şanlar və öz əməlini riyakarlıq etmədən yalnız Allah üçün edənlər is­tis­na­dır. Məhz bu sifətlərə sahib olan kisələr dünyada və axirətdə möminlərlə bərabərdirlər. Allah mö­minlərə böyük savab verə­cəkdir. info
التفاسير:

external-link copy
147 : 4

مَّا يَفۡعَلُ ٱللَّهُ بِعَذَابِكُمۡ إِن شَكَرۡتُمۡ وَءَامَنتُمۡۚ وَكَانَ ٱللَّهُ شَاكِرًا عَلِيمٗا

Əgər Allaha şükür edib Ona iman gə­­tir­sə­niz, Allahın sizə əzab versinə heç bir ehtiyacı yoxdur, O, yaxşılıq edəndir, rəhmlidir! Allah sizə yalnız günahlarınız üzündən əzab verər. Əgər əməlinizi düzəltsəniz, sizə bəxş etdiyi nemətlərinə şükür edib, Allaha aşkarda və gizlində iman etsəniz O, sizə heç vaxt əzab verməz. Allah, Onun nemətlərini etiraf edən kimsəyə çoxlu savab bəxş edər və ona şükrün əvəzini verər. Allah məxluqatın imanını bi­lən­dir və O, hər bir kəsə əməlinin əvəzini verəcəkdir info
التفاسير:
Ушбу саҳифадаги оят фойдаларидан:
• بيان صفات المنافقين، ومنها: حرصهم على حظ أنفسهم سواء كان مع المؤمنين أو مع الكافرين.
• Münafiqlərin sifətlərinin bəyanı. Bu sifətlərdən biri də: onların, möminlər yaxud kafirlərlə birgə olmasından aslı olmayaraq şəxsi mənafelərinə həris olmaları. info

• أعظم صفات المنافقين تَذَبْذُبُهم وحيرتهم واضطرابهم، فلا هم مع المؤمنين حقًّا ولا مع الكافرين.
• Münafiqlərin ən böyük sifətləri: tərəddüd etmələri, heyrət və çaşqınlıq içərisində olmalarıdır. Onlar nə həqiqi möminlərlə birgə deyillər, nə də ki, kafirlərlə. info

• النهي الشديد عن اتخاذ الكافرين أولياء من دون المؤمنين.
• Möminləri qoyub kafirləri dost tutmağın şiddətli qadağan olması. info

• أعظم ما يتقي به المرء عذاب الله تعالى في الآخرة هو الإيمان والعمل الصالح.
• İnsanı axirətdə Uca Allahın əzabından qoruyan ən başlıca ami: iman və saleh əməldir. info