Muhəmməd ancaq bir elçidir. Ondan əvvəl də, elçilər gəlib-getmişlər. Məgər o ölərsə və ya öldürülərsə, siz (dininizdən) gerimi dönəcəksiniz?! Kim geri dönərsə, Allaha heç bir şeylə zərər yetirməz. Allah şükür edənləri mükafatlandıracaqdır.
Allahın izni olmadan heç kəs ölümü dadmaz. (Əcəl) əzəldən müəyyən edilmiş bir yazıdır. Kim dünya mükafatını istəsə, ona bundan verərik. Kim də axirət mükafatını istəsə, ona da ondan verərik. Biz şükür edənləri mükafatlandıracağıq.
Neçə-neçə peyğəmbər (olmuşdur ki,) onlarla birlikdə bir çox dindarlar da vuruşmuşlar. Onlar Allah yolunda başlarına gələn (müsibətlərə) görə nə zəifləmiş, nə acizlik göstərmiş, nə də (düşmənə) boyun əymişlər. Allah səbir edənləri sevər.
Onların sözü ancaq: “Ey Rəbbimiz, günahlarımızı və əməllərimizdə həddi aşmağımızı bizə bağışla, qədəmlərimizi sabit et və kafir qövmə qələbə çalmaqda bizə yardım et!”– olmuşdur.