Kitabdan özlərinə bir pay verilmiş kəsləri görmədinmi? Onlar, aralarında hökm verməsi üçün Allahın Kitabına dəvət olunurlar. Sonra onlardan bir dəstə üz çevirib (geri) dönür.
(Baş verəcəyinə) şübhə edilməyən bir gündə onları topladığımız və hər kəsə qazandığının əvəzi ödəniləcəyi, özlərinə də, heç bir haqsızlıq edilməyəcəyi zaman (onların halı) necə olacaq?
De: “Ey mülkün sahibi olan Allahım! Sən mülkü istədiyin kəsə verir, istədiyindən də, onu geri alırsan; istədiyin kimsəni ucaldır, istədiyini də, alçaldırsan. Xeyir (yalnız) Sənin Əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən.
Möminlər möminləri qoyub kafirləri dost tutmasınlar! Bunu edən kəs (bilsin ki,) Allah ilə onun heç bir əlaqəsi yoxdur. Ancaq kafirlərdən gələ biləcək təhlükədən qorxmanız istisnadır. Allah sizi Özündən çəkindirir (Öz əzabı ilə qorxudur). Dönüş də (ancaq) Allahadır.