Kilniojo Korano reikšmių vertimas - Vertimas į azerbaidžaniečių k. - Ali Khan Musaiev

Puslapio numeris:close

external-link copy
141 : 3

وَلِيُمَحِّصَ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُواْ وَيَمۡحَقَ ٱلۡكَٰفِرِينَ

(Bunu, həm də) Allah möminləri təmizə çıxarsın və kafirləri məhv etsin (deyə belə etdik). info
التفاسير:

external-link copy
142 : 3

أَمۡ حَسِبۡتُمۡ أَن تَدۡخُلُواْ ٱلۡجَنَّةَ وَلَمَّا يَعۡلَمِ ٱللَّهُ ٱلَّذِينَ جَٰهَدُواْ مِنكُمۡ وَيَعۡلَمَ ٱلصَّٰبِرِينَ

Yoxsa Allah içərinizdən cihad edənləri və səbir edənləri ayırd etmədən Cənnətə daxil olacağınızımı güman edirsiniz?! info
التفاسير:

external-link copy
143 : 3

وَلَقَدۡ كُنتُمۡ تَمَنَّوۡنَ ٱلۡمَوۡتَ مِن قَبۡلِ أَن تَلۡقَوۡهُ فَقَدۡ رَأَيۡتُمُوهُ وَأَنتُمۡ تَنظُرُونَ

Siz (düşmənlə) qarşılaşmadan öncə, (Allah yolunda) ölməyi arzulayırdınız. İndi isə siz onu gördüyünüz halda baxıb durursunuz. info
التفاسير:

external-link copy
144 : 3

وَمَا مُحَمَّدٌ إِلَّا رَسُولٞ قَدۡ خَلَتۡ مِن قَبۡلِهِ ٱلرُّسُلُۚ أَفَإِيْن مَّاتَ أَوۡ قُتِلَ ٱنقَلَبۡتُمۡ عَلَىٰٓ أَعۡقَٰبِكُمۡۚ وَمَن يَنقَلِبۡ عَلَىٰ عَقِبَيۡهِ فَلَن يَضُرَّ ٱللَّهَ شَيۡـٔٗاۚ وَسَيَجۡزِي ٱللَّهُ ٱلشَّٰكِرِينَ

Muhəmməd ancaq bir elçidir. Ondan əvvəl də, elçilər gəlib-getmişlər. Məgər o ölərsə və ya öldürülərsə, siz (dininizdən) gerimi dönəcəksiniz?! Kim geri dönərsə, Allaha heç bir şeylə zərər yetirməz. Allah şükür edənləri mükafatlandıracaqdır. info
التفاسير:

external-link copy
145 : 3

وَمَا كَانَ لِنَفۡسٍ أَن تَمُوتَ إِلَّا بِإِذۡنِ ٱللَّهِ كِتَٰبٗا مُّؤَجَّلٗاۗ وَمَن يُرِدۡ ثَوَابَ ٱلدُّنۡيَا نُؤۡتِهِۦ مِنۡهَا وَمَن يُرِدۡ ثَوَابَ ٱلۡأٓخِرَةِ نُؤۡتِهِۦ مِنۡهَاۚ وَسَنَجۡزِي ٱلشَّٰكِرِينَ

Allahın izni olmadan heç kəs ölümü dadmaz. (Əcəl) əzəldən müəyyən edilmiş bir yazıdır. Kim dünya mükafatını istəsə, ona bundan verərik. Kim də axirət mükafatını istəsə, ona da ondan verərik. Biz şükür edənləri mükafatlandıracağıq. info
التفاسير:

external-link copy
146 : 3

وَكَأَيِّن مِّن نَّبِيّٖ قَٰتَلَ مَعَهُۥ رِبِّيُّونَ كَثِيرٞ فَمَا وَهَنُواْ لِمَآ أَصَابَهُمۡ فِي سَبِيلِ ٱللَّهِ وَمَا ضَعُفُواْ وَمَا ٱسۡتَكَانُواْۗ وَٱللَّهُ يُحِبُّ ٱلصَّٰبِرِينَ

Neçə-neçə peyğəmbər (olmuşdur ki,) onlarla birlikdə bir çox dindarlar da vuruşmuşlar. Onlar Allah yolunda başlarına gələn (müsibətlərə) görə nə zəifləmiş, nə acizlik göstərmiş, nə də (düşmənə) boyun əymişlər. Allah səbir edənləri sevər. info
التفاسير:

external-link copy
147 : 3

وَمَا كَانَ قَوۡلَهُمۡ إِلَّآ أَن قَالُواْ رَبَّنَا ٱغۡفِرۡ لَنَا ذُنُوبَنَا وَإِسۡرَافَنَا فِيٓ أَمۡرِنَا وَثَبِّتۡ أَقۡدَامَنَا وَٱنصُرۡنَا عَلَى ٱلۡقَوۡمِ ٱلۡكَٰفِرِينَ

Onların sözü ancaq: “Ey Rəbbimiz, günahlarımızı və əməllərimizdə həddi aşmağımızı bizə bağışla, qədəmlərimizi sabit et və kafir qövmə qələbə çalmaqda bizə yardım et!”– olmuşdur. info
التفاسير:

external-link copy
148 : 3

فَـَٔاتَىٰهُمُ ٱللَّهُ ثَوَابَ ٱلدُّنۡيَا وَحُسۡنَ ثَوَابِ ٱلۡأٓخِرَةِۗ وَٱللَّهُ يُحِبُّ ٱلۡمُحۡسِنِينَ

Beləcə, Allah onlara həm dünya mükafatını, həm də axirət mükafatının ən gözəlini verdi. Allah yaxşılıq edənləri sevər. info
التفاسير: