Vertaling van de betekenissen Edele Qur'an - Azerbeidzjaanse vertaling - Ali Khan Musayev

Pagina nummer:close

external-link copy
71 : 36

أَوَلَمۡ يَرَوۡاْ أَنَّا خَلَقۡنَا لَهُم مِّمَّا عَمِلَتۡ أَيۡدِينَآ أَنۡعَٰمٗا فَهُمۡ لَهَا مَٰلِكُونَ

Məgər onlar görmürlər ki, Biz onlar üçün, sahib olduqları heyvanları Öz əllərimizlə yaratmışıq?! info
التفاسير:

external-link copy
72 : 36

وَذَلَّلۡنَٰهَا لَهُمۡ فَمِنۡهَا رَكُوبُهُمۡ وَمِنۡهَا يَأۡكُلُونَ

Biz bunları (heyvanları) onların ixtiyarına verdik. Onların bəzisini minir, bəzisini də yeyirlər. info
التفاسير:

external-link copy
73 : 36

وَلَهُمۡ فِيهَا مَنَٰفِعُ وَمَشَارِبُۚ أَفَلَا يَشۡكُرُونَ

Bunlarda (bu heyvanlarda) onlar üçün (başqa) mənfəətlər və içiləcək süd də vardır. Yenə də şükür etməyəcəklərmi?! info
التفاسير:

external-link copy
74 : 36

وَٱتَّخَذُواْ مِن دُونِ ٱللَّهِ ءَالِهَةٗ لَّعَلَّهُمۡ يُنصَرُونَ

(Müşriklər) Allahdan başqa ilahlar qəbul etdilər ki, bəlkə özlərinə bir kömək olsun. info
التفاسير:

external-link copy
75 : 36

لَا يَسۡتَطِيعُونَ نَصۡرَهُمۡ وَهُمۡ لَهُمۡ جُندٞ مُّحۡضَرُونَ

(O ilahlar) onlara heç bir kömək edə bilməzlər. Halbuki özləri onlar üçün (onları qorumağa) hazır durmuş əsgərlərdir. info
التفاسير:

external-link copy
76 : 36

فَلَا يَحۡزُنكَ قَوۡلُهُمۡۘ إِنَّا نَعۡلَمُ مَا يُسِرُّونَ وَمَا يُعۡلِنُونَ

Onların sözü (bütlər bizim ilahlarımızdır yaxud sən peyğəmbər deyilsən) səni kədərləndirməsin. Şübhəsiz ki, Biz onların gizli saxladıqlarını və aşkar etdiklərini bilirik. info
التفاسير:

external-link copy
77 : 36

أَوَلَمۡ يَرَ ٱلۡإِنسَٰنُ أَنَّا خَلَقۡنَٰهُ مِن نُّطۡفَةٖ فَإِذَا هُوَ خَصِيمٞ مُّبِينٞ

Məgər insan onu nütfədən yaratdığımızı görmür? Budur, o indi açıq-aşkar mübahisə edir. info
التفاسير:

external-link copy
78 : 36

وَضَرَبَ لَنَا مَثَلٗا وَنَسِيَ خَلۡقَهُۥۖ قَالَ مَن يُحۡيِ ٱلۡعِظَٰمَ وَهِيَ رَمِيمٞ

O Bizə bir məsəl çəkdi, lakin öz yaradılışını unutdu. O: “Çürümüş sümükləri kim dirildə bilər?”– dedi. info
التفاسير:

external-link copy
79 : 36

قُلۡ يُحۡيِيهَا ٱلَّذِيٓ أَنشَأَهَآ أَوَّلَ مَرَّةٖۖ وَهُوَ بِكُلِّ خَلۡقٍ عَلِيمٌ

De: “Onları ilk dəfə yaradan (Allah) dirildəcəkdir. O, hər bir məxluqu yaxşı tanıyandır. info
التفاسير:

external-link copy
80 : 36

ٱلَّذِي جَعَلَ لَكُم مِّنَ ٱلشَّجَرِ ٱلۡأَخۡضَرِ نَارٗا فَإِذَآ أَنتُم مِّنۡهُ تُوقِدُونَ

O sizin üçün yaşıl ağacdan od əmələ gətirdi. Budur, siz indi ondan od yandırırsınız”. info
التفاسير:

external-link copy
81 : 36

أَوَلَيۡسَ ٱلَّذِي خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ بِقَٰدِرٍ عَلَىٰٓ أَن يَخۡلُقَ مِثۡلَهُمۚ بَلَىٰ وَهُوَ ٱلۡخَلَّٰقُ ٱلۡعَلِيمُ

Göyləri və yeri xəlq edən Allah onlar kimisini xəlq etməyə qadir deyilmi?! Əlbəttə ki, (hər şeyi) xəlq edən və (hər şeyi) bilən Odur. info
التفاسير:

external-link copy
82 : 36

إِنَّمَآ أَمۡرُهُۥٓ إِذَآ أَرَادَ شَيۡـًٔا أَن يَقُولَ لَهُۥ كُن فَيَكُونُ

O, bir şeyi (yaratmaq) istədikdə ona: “Ol!” deyər, o da olar. info
التفاسير:

external-link copy
83 : 36

فَسُبۡحَٰنَ ٱلَّذِي بِيَدِهِۦ مَلَكُوتُ كُلِّ شَيۡءٖ وَإِلَيۡهِ تُرۡجَعُونَ

Əlində hər şeyin hökmü olan (Allah) pak və müqəddəsdir. Siz ancaq Onun hüzuruna qaytarılacaqsınız. info
التفاسير: