Vertaling van de betekenissen Edele Qur'an - Azerbeidzjaanse vertaling - Ali Khan Musayev

Pagina nummer:close

external-link copy
13 : 36

وَٱضۡرِبۡ لَهُم مَّثَلًا أَصۡحَٰبَ ٱلۡقَرۡيَةِ إِذۡ جَآءَهَا ٱلۡمُرۡسَلُونَ

Sən onlara o şəhər sakinlərini misal çək. O zaman ki, onlara elçilər gəlmişdi. info
التفاسير:

external-link copy
14 : 36

إِذۡ أَرۡسَلۡنَآ إِلَيۡهِمُ ٱثۡنَيۡنِ فَكَذَّبُوهُمَا فَعَزَّزۡنَا بِثَالِثٖ فَقَالُوٓاْ إِنَّآ إِلَيۡكُم مُّرۡسَلُونَ

O zaman onlara iki nəfər (elçi) göndərdik, amma onlar ikisini də yalançı saydılar. Biz də (elçilərimizi) üçüncüsü ilə qüvvətləndirdik. (Bu elçilər:) “Həqiqətən, biz sizə göndərilmiş elçilərik”– dedilər. info
التفاسير:

external-link copy
15 : 36

قَالُواْ مَآ أَنتُمۡ إِلَّا بَشَرٞ مِّثۡلُنَا وَمَآ أَنزَلَ ٱلرَّحۡمَٰنُ مِن شَيۡءٍ إِنۡ أَنتُمۡ إِلَّا تَكۡذِبُونَ

Onlar dedilər: “Siz də bizim kimi bir insansınız. Rəhman sizə heç bir şey nazil etməmişdir. Siz ancaq yalan danışırsınız”. info
التفاسير:

external-link copy
16 : 36

قَالُواْ رَبُّنَا يَعۡلَمُ إِنَّآ إِلَيۡكُمۡ لَمُرۡسَلُونَ

(Elçilər) dedilər: “Rəbbimiz bilir ki, biz, həqiqətən də, sizə göndərilmiş elçilərik. info
التفاسير:

external-link copy
17 : 36

وَمَا عَلَيۡنَآ إِلَّا ٱلۡبَلَٰغُ ٱلۡمُبِينُ

Bizim üzərimizə düşən (vəhy olunanı) aşkar təbliğ etməkdir”. info
التفاسير:

external-link copy
18 : 36

قَالُوٓاْ إِنَّا تَطَيَّرۡنَا بِكُمۡۖ لَئِن لَّمۡ تَنتَهُواْ لَنَرۡجُمَنَّكُمۡ وَلَيَمَسَّنَّكُم مِّنَّا عَذَابٌ أَلِيمٞ

Onlar dedilər: “Biz sizdə uğursuzluq gördük. Əgər (dəvətinizə) son qoymasanız, sizi mütləq daşqalaq edəcəyik və bizdən sizə mütləq şiddətli bir əzab toxunacaqdır”. info
التفاسير:

external-link copy
19 : 36

قَالُواْ طَٰٓئِرُكُم مَّعَكُمۡ أَئِن ذُكِّرۡتُمۚ بَلۡ أَنتُمۡ قَوۡمٞ مُّسۡرِفُونَ

(Elçilər) dedilər: “Sizin uğursuzluğunuz öz ucbatınızdandır. Yoxsa sizə edilən öyüd-nəsihəti (bəd əlamət sayırsınız)?! Xeyr, siz həddi aşmış bir qövmsünüz”. info
التفاسير:

external-link copy
20 : 36

وَجَآءَ مِنۡ أَقۡصَا ٱلۡمَدِينَةِ رَجُلٞ يَسۡعَىٰ قَالَ يَٰقَوۡمِ ٱتَّبِعُواْ ٱلۡمُرۡسَلِينَ

Şəhərin ən ucqar yerindən (Həbib bin Musa ən-Nəccar adlı) bir kişi tələsik gəlib dedi: “Ey qövmüm, elçilərə tabe olun! info
التفاسير:

external-link copy
21 : 36

ٱتَّبِعُواْ مَن لَّا يَسۡـَٔلُكُمۡ أَجۡرٗا وَهُم مُّهۡتَدُونَ

Sizdən heç bir mükafat istəməyən, özləri də doğru yolda olan kəslərə tabe olun! info
التفاسير:

external-link copy
22 : 36

وَمَالِيَ لَآ أَعۡبُدُ ٱلَّذِي فَطَرَنِي وَإِلَيۡهِ تُرۡجَعُونَ

Mən nə üçün məni yaradana və hüzuruna qaytarılacağınız Allaha ibadət etməyim?! info
التفاسير:

external-link copy
23 : 36

ءَأَتَّخِذُ مِن دُونِهِۦٓ ءَالِهَةً إِن يُرِدۡنِ ٱلرَّحۡمَٰنُ بِضُرّٖ لَّا تُغۡنِ عَنِّي شَفَٰعَتُهُمۡ شَيۡـٔٗا وَلَا يُنقِذُونِ

Mən heç Ondan başqa ilahlar qəbul edərəmmi?! Əgər Rəhman mənə bir zərər yetirmək istəsə, onların şəfaəti mənə heç bir fayda verməz və onlar məni xilas edə bilməzlər. info
التفاسير:

external-link copy
24 : 36

إِنِّيٓ إِذٗا لَّفِي ضَلَٰلٖ مُّبِينٍ

Belə olacağı təqdirdə mən açıq-aydın azğınlığa düşmüş olaram. info
التفاسير:

external-link copy
25 : 36

إِنِّيٓ ءَامَنتُ بِرَبِّكُمۡ فَٱسۡمَعُونِ

Həqiqətən, mən sizin Rəbbinizə iman gətirdim. Mənə qulaq asın!” info
التفاسير:

external-link copy
26 : 36

قِيلَ ٱدۡخُلِ ٱلۡجَنَّةَۖ قَالَ يَٰلَيۡتَ قَوۡمِي يَعۡلَمُونَ

(Şəhər sakinləri bu kişini öldürdükdən sonra) ona: “Cənnətə daxil ol!”– deyildi. O dedi: “Kaş qövmüm biləydi ki, info
التفاسير:

external-link copy
27 : 36

بِمَا غَفَرَ لِي رَبِّي وَجَعَلَنِي مِنَ ٱلۡمُكۡرَمِينَ

Rəbbim məni bağışladı və məni hörmətli kimsələrdən etdi”. info
التفاسير: