Vertaling van de betekenissen Edele Qur'an - Azerbeidzjaanse vertaling - Ali Khan Musayev

Pagina nummer:close

external-link copy
55 : 36

إِنَّ أَصۡحَٰبَ ٱلۡجَنَّةِ ٱلۡيَوۡمَ فِي شُغُلٖ فَٰكِهُونَ

O gün Cənnət əhli nemətlər içində kef çəkməklə məşğul olacaqlar. info
التفاسير:

external-link copy
56 : 36

هُمۡ وَأَزۡوَٰجُهُمۡ فِي ظِلَٰلٍ عَلَى ٱلۡأَرَآئِكِ مُتَّكِـُٔونَ

Onlar zövcələri ilə birlikdə kölgəliklərdə taxtlara söykənəcəklər. info
التفاسير:

external-link copy
57 : 36

لَهُمۡ فِيهَا فَٰكِهَةٞ وَلَهُم مَّا يَدَّعُونَ

Onlar üçün orada meyvələr və istədikləri hər şey vardır. info
التفاسير:

external-link copy
58 : 36

سَلَٰمٞ قَوۡلٗا مِّن رَّبّٖ رَّحِيمٖ

Onlara Mərhəmətli Rəbbdən bir söz olaraq “Salam” vardır. info
التفاسير:

external-link copy
59 : 36

وَٱمۡتَٰزُواْ ٱلۡيَوۡمَ أَيُّهَا ٱلۡمُجۡرِمُونَ

(Qiyamət günü kafirlərə:) "Ey günahkarlar! Bu gün (möminlərdən) ayrılın!"– (deyiləcəkdir). info
التفاسير:

external-link copy
60 : 36

۞ أَلَمۡ أَعۡهَدۡ إِلَيۡكُمۡ يَٰبَنِيٓ ءَادَمَ أَن لَّا تَعۡبُدُواْ ٱلشَّيۡطَٰنَۖ إِنَّهُۥ لَكُمۡ عَدُوّٞ مُّبِينٞ

Ey Adəm övladları! Məgər Mən sizə buyurmadımmı ki, şeytana ibadət etməyin, o sizin açıq-aydın düşməninizdir, info
التفاسير:

external-link copy
61 : 36

وَأَنِ ٱعۡبُدُونِيۚ هَٰذَا صِرَٰطٞ مُّسۡتَقِيمٞ

Mənə ibadət edin! Doğru yol budur. info
التفاسير:

external-link copy
62 : 36

وَلَقَدۡ أَضَلَّ مِنكُمۡ جِبِلّٗا كَثِيرًاۖ أَفَلَمۡ تَكُونُواْ تَعۡقِلُونَ

Artıq (şeytan) içərinizdən bir çoxlarını yoldan çıxartmışdır. Məgər dərk etmirdiniz?! info
التفاسير:

external-link copy
63 : 36

هَٰذِهِۦ جَهَنَّمُ ٱلَّتِي كُنتُمۡ تُوعَدُونَ

Bu, sizə vəd edilmiş Cəhənnəmdir. info
التفاسير:

external-link copy
64 : 36

ٱصۡلَوۡهَا ٱلۡيَوۡمَ بِمَا كُنتُمۡ تَكۡفُرُونَ

Küfür etdiyinizə görə bu gün orada yanın! info
التفاسير:

external-link copy
65 : 36

ٱلۡيَوۡمَ نَخۡتِمُ عَلَىٰٓ أَفۡوَٰهِهِمۡ وَتُكَلِّمُنَآ أَيۡدِيهِمۡ وَتَشۡهَدُ أَرۡجُلُهُم بِمَا كَانُواْ يَكۡسِبُونَ

Bu gün onların ağızlarına möhür vurarıq. Qazandıqları (günahlar) barəsində onların əlləri Bizimlə danışar, ayaqları da şəhadət verər. info
التفاسير:

external-link copy
66 : 36

وَلَوۡ نَشَآءُ لَطَمَسۡنَا عَلَىٰٓ أَعۡيُنِهِمۡ فَٱسۡتَبَقُواْ ٱلصِّرَٰطَ فَأَنَّىٰ يُبۡصِرُونَ

Əgər istəsəydik, onların gözlərini kor edərdik. O zaman onlar (düz) yolla getməyə çalışardılar. Amma necə görə bilərdilər?! info
التفاسير:

external-link copy
67 : 36

وَلَوۡ نَشَآءُ لَمَسَخۡنَٰهُمۡ عَلَىٰ مَكَانَتِهِمۡ فَمَا ٱسۡتَطَٰعُواْ مُضِيّٗا وَلَا يَرۡجِعُونَ

Əgər istəsəydik, onları yerlərindəcə elə hala salardıq ki, nə irəli, nə də geri gedə bilərdilər. info
التفاسير:

external-link copy
68 : 36

وَمَن نُّعَمِّرۡهُ نُنَكِّسۡهُ فِي ٱلۡخَلۡقِۚ أَفَلَا يَعۡقِلُونَ

Kimə uzun ömür veririksə, onu xilqətcə tərsinə çeviririk. Məgər başa düşmürlər?! info
التفاسير:

external-link copy
69 : 36

وَمَا عَلَّمۡنَٰهُ ٱلشِّعۡرَ وَمَا يَنۢبَغِي لَهُۥٓۚ إِنۡ هُوَ إِلَّا ذِكۡرٞ وَقُرۡءَانٞ مُّبِينٞ

Biz Ona (Muhammədə) şeir öyrətmədik, bu ona heç yaraşmaz da. Bu ancaq öyüd-nəsihət və aydın Qurandır ki, info
التفاسير:

external-link copy
70 : 36

لِّيُنذِرَ مَن كَانَ حَيّٗا وَيَحِقَّ ٱلۡقَوۡلُ عَلَى ٱلۡكَٰفِرِينَ

diri olanları xəbərdar etsin və kafirlər barəsindəki söz gerçəkləşsin. info
التفاسير: