Fassarar Ma'anonin Alqura'ni - Fassara da harshen Azarbaijanci na Taƙaitaccen Tafsirin AlƘur'ani mai girma.

Lambar shafi:close

external-link copy
160 : 7

وَقَطَّعۡنَٰهُمُ ٱثۡنَتَيۡ عَشۡرَةَ أَسۡبَاطًا أُمَمٗاۚ وَأَوۡحَيۡنَآ إِلَىٰ مُوسَىٰٓ إِذِ ٱسۡتَسۡقَىٰهُ قَوۡمُهُۥٓ أَنِ ٱضۡرِب بِّعَصَاكَ ٱلۡحَجَرَۖ فَٱنۢبَجَسَتۡ مِنۡهُ ٱثۡنَتَا عَشۡرَةَ عَيۡنٗاۖ قَدۡ عَلِمَ كُلُّ أُنَاسٖ مَّشۡرَبَهُمۡۚ وَظَلَّلۡنَا عَلَيۡهِمُ ٱلۡغَمَٰمَ وَأَنزَلۡنَا عَلَيۡهِمُ ٱلۡمَنَّ وَٱلسَّلۡوَىٰۖ كُلُواْ مِن طَيِّبَٰتِ مَا رَزَقۡنَٰكُمۡۚ وَمَا ظَلَمُونَا وَلَٰكِن كَانُوٓاْ أَنفُسَهُمۡ يَظۡلِمُونَ

Biz İsrail oğulların on iki qəbiləyə böldük. Qövmü Mu­sadan - aleyhissəlam - Allahın onlara yağış yağdırması üçün Ona dua etməsini tələb etdiyi zaman, Biz ona: "Ey Musa! Əsanla daşa vur!" – deyə vəhy etdik. Musa - aleyhissəlam - da əsası ilə daşa vurdu, elə bu zaman onların on iki qəbilələrinin sayı qədər daşdan on iki bulaq qay­nayıb çıxdı. Hər qəbilə özü­nün ona xas olan su içəcəyi ye­ri bildi. Həmən bulaqdan başqa qəbilədən olan kimsə su içə bilməzdi. Biz on­la­rın üstünə buludla kölgə sal­dıq, onlar yer üzündə seyr edikdə o buludlarda onların üzərində onlarla birgə seyr edər, dayandıqları zaman üzərindəki o buludlarda dayanardı. Biz onlara bal kimi şirin olan şərab və bil­dirçinə oxşar, əti dadlı kiçik quş nemətlərimizdən ruzi endir­dik, özlərinə də: "Sizə ruzi olaraq ver­di­yi­miz pak şey­lər­­dən yeyin!"– de­dik. On­lar etdikləri günahlarla, nemətlərə küfür etməklə və onlara verilən nemətlərə layiqincə şükür etmədiklərinə görə bizə qarşı deyil, lakin Allahın əmrlərinə müxalif olub, Onun nemətlərinə nankorluq etdikləri üçün özlərini həlaka sürüklədiklərinə görə yalnız özləri öz­lə­ri­nə zülm etdilər. info
التفاسير:

external-link copy
161 : 7

وَإِذۡ قِيلَ لَهُمُ ٱسۡكُنُواْ هَٰذِهِ ٱلۡقَرۡيَةَ وَكُلُواْ مِنۡهَا حَيۡثُ شِئۡتُمۡ وَقُولُواْ حِطَّةٞ وَٱدۡخُلُواْ ٱلۡبَابَ سُجَّدٗا نَّغۡفِرۡ لَكُمۡ خَطِيٓـَٰٔتِكُمۡۚ سَنَزِيدُ ٱلۡمُحۡسِنِينَ

Ey Peyğəmbər! Bir zaman Allahın İsrail oğullarına: "Beytülmüqəddəsə daxil olun, ora­da olan meyvələrdən, istədiyiniz yerlərdə və istədiyiniz qədər ye­yin, "Ey Rəbbimiz! Xətalarımızı bağış­la!" – deyin və qapıdan Rəbbinizə rüku və səcdə edə­rək daxil olun, əgər belə etsəniz gü­nah­larınızdan keçərik" – dediyini xatırla. Biz yaxşı işlər görən­lərin dünya və axirət mükafat­larını ar­tı­ra­rıq. info
التفاسير:

external-link copy
162 : 7

فَبَدَّلَ ٱلَّذِينَ ظَلَمُواْ مِنۡهُمۡ قَوۡلًا غَيۡرَ ٱلَّذِي قِيلَ لَهُمۡ فَأَرۡسَلۡنَا عَلَيۡهِمۡ رِجۡزٗا مِّنَ ٱلسَّمَآءِ بِمَا كَانُواْ يَظۡلِمُونَ

Onlardan özlərinə zülm edənlər onlara əmr olunan sözü dəyişib, Allahdan bağışlanma istəmək əvəzinə: "Sünbülün üstündəki buğda"– dedilər. Onlara əmr olunan əməli də başqa bir əməllə dəyişib, (şəhərə) Allaha təslim olub, boyunlarını əyərək daxil olmaq əvəzinə, əksinə, yanları üstə sürünə-sürünə daxil oldular. Biz də onların etdikləri zülmə görə onların üzərinə göydən şiddətli əzab göndərdik.
info
التفاسير:

external-link copy
163 : 7

وَسۡـَٔلۡهُمۡ عَنِ ٱلۡقَرۡيَةِ ٱلَّتِي كَانَتۡ حَاضِرَةَ ٱلۡبَحۡرِ إِذۡ يَعۡدُونَ فِي ٱلسَّبۡتِ إِذۡ تَأۡتِيهِمۡ حِيتَانُهُمۡ يَوۡمَ سَبۡتِهِمۡ شُرَّعٗا وَيَوۡمَ لَا يَسۡبِتُونَ لَا تَأۡتِيهِمۡۚ كَذَٰلِكَ نَبۡلُوهُم بِمَا كَانُواْ يَفۡسُقُونَ

Ey Peyğəmbər! Yəhudilərədən dənizə yaxın kəntdə yaşayan ata-babaları barədə Allahın onlara necə əzab verdiyini onlara xatıriatmaq üçün xə­bər al! O vaxt on­lar şənbə gü­nü ov etmək üçün qoyulmuş qadağanı po­zub, Allahın hüdudlarını aşaraq o günü ov edirdilər. Belə ki, Allah onları, şən­bə günü balıq­ları dənizin üzə çıxararaq onla­rın ya­nı­na axışıb gəlməsi, şən­bədən başqa gün­lərdə isə onlara tə­rəf gəl­məməsi ilə imtahana çəkdi. Allah onların etdikləri günahlara və Onun itaətində çıxdıqlarına görə belə bir imtahana çəkmişdi. Onlar balıq ovlamaq üçün torlarını qoyub, quyularını qazıyaraq hiyləgərliyə əl atdılar. Beləliklə də, altıncı gün balıqlar tora düşürdü, bazar günü isə o balıqları tordan çıxarıb yeyirdilər. info
التفاسير:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• الجحود والكفران سبب في الحرمان من النعم.
• Allahı inkar və Ona qarşı küfür etmək nemətlərdən məhrum olmağa səbəbdir. info

• من أسباب حلول العقاب ونزول العذاب التحايل على الشرع؛ لأنه ظلم وتجاوز لحدود الله.
• Şəriətə qarşı hiyləğərliyə əl atmaq əzabın nazil olmasının səbəbləribdən biridir. Çünki hiyləğərlik zülüm və Allahın hüdudları aşmaqdır. info