Fassarar Ma'anonin Alqura'ni - Fassara da harshen Azarbaijanci na Taƙaitaccen Tafsirin AlƘur'ani mai girma.

Lambar shafi:close

external-link copy
150 : 7

وَلَمَّا رَجَعَ مُوسَىٰٓ إِلَىٰ قَوۡمِهِۦ غَضۡبَٰنَ أَسِفٗا قَالَ بِئۡسَمَا خَلَفۡتُمُونِي مِنۢ بَعۡدِيٓۖ أَعَجِلۡتُمۡ أَمۡرَ رَبِّكُمۡۖ وَأَلۡقَى ٱلۡأَلۡوَاحَ وَأَخَذَ بِرَأۡسِ أَخِيهِ يَجُرُّهُۥٓ إِلَيۡهِۚ قَالَ ٱبۡنَ أُمَّ إِنَّ ٱلۡقَوۡمَ ٱسۡتَضۡعَفُونِي وَكَادُواْ يَقۡتُلُونَنِي فَلَا تُشۡمِتۡ بِيَ ٱلۡأَعۡدَآءَ وَلَا تَجۡعَلۡنِي مَعَ ٱلۡقَوۡمِ ٱلظَّٰلِمِينَ

Musa Rəbbi ilə danışdıqdan sonra qövmünün buzova ibadət etdiklərinə görə qəzəbli və kədər­li halda öz qövmünün yanına qa­yıt­dığı zaman onlara dedi: "Ey Qövmüm! Sizi qoyub getdikdən son­ra məni gözləməkdən bezib, buzovu özünüzə məbud qəbul etməklə, sizi həlaka və bədbəxtçiliyə sürükləyən işlər görüb necə də pis bir hala düşdünüz?!" Musa ona üz vermiş qəzəb və hüznündən dolayı əlindəki löv­hə­ləri yerə atdı və qardaşı Harunun - aleyhissəlam -, onlarla birlikdə olarkən, onları buzova ibadət etdiklərinə mane olmadığı üçün onun ba­şın­dan və saqqalından yapışıb özünə tə­rəf çəkdi. Harun - aleyhissəlam - Musaya - aleyhissəlam - üzürxahlıq edib, könlünü almaq üçün ona dedi: "Ey ana­mın oğlu! Həqiqətən, camaat məni zəif hesab edib, məni rəzil etdilər və az qala ki, onlar məni öldürsünlər. Məni rüsvay et­məklə düşmən­lərimi sevindirmə. Mənə qəzəbləndiyinə görə məni Allahdan başqasına ibadət etməklə özlərinə zülüm edən za­lım­ qövümlə tay tut­ma". info
التفاسير:

external-link copy
151 : 7

قَالَ رَبِّ ٱغۡفِرۡ لِي وَلِأَخِي وَأَدۡخِلۡنَا فِي رَحۡمَتِكَۖ وَأَنتَ أَرۡحَمُ ٱلرَّٰحِمِينَ

Musa - aleyhissəlam - Rəbbinə dua edərək dedi: "Ey Rəb­bim! Məni və mənim qardaşımı ba­ğış­la, bizi Öz mərhəmətinə qo­vuşdur və o mərhəmət bizi hər bir tərəfdən bürüsün. Ey Rəbbimiz! Sən bizə rəhm edənlərin ən rəhm­li­sisən!" info
التفاسير:

external-link copy
152 : 7

إِنَّ ٱلَّذِينَ ٱتَّخَذُواْ ٱلۡعِجۡلَ سَيَنَالُهُمۡ غَضَبٞ مِّن رَّبِّهِمۡ وَذِلَّةٞ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَاۚ وَكَذَٰلِكَ نَجۡزِي ٱلۡمُفۡتَرِينَ

Həqiqətən, buzovu özlərinə ilah qəbul edib, ona ibadət edənlər Rəbbini qəzəbləndirdiklərinə və Onu lazımınca qiymətləndirmədiklərinə görə onlara Rəbbindən şiddətli bir qə­zəb və dünya həyatında alçalmaq üz verəcəkdir. Biz Allaha qarşı yalan iftira yaxan­ları be­lə bir cəza ilə cəzalandırırıq. info
التفاسير:

external-link copy
153 : 7

وَٱلَّذِينَ عَمِلُواْ ٱلسَّيِّـَٔاتِ ثُمَّ تَابُواْ مِنۢ بَعۡدِهَا وَءَامَنُوٓاْ إِنَّ رَبَّكَ مِنۢ بَعۡدِهَا لَغَفُورٞ رَّحِيمٞ

Allaha şərik qoşaraq və günah əməllər edərək pis işlər görüb sonra bu­nun ardından Allaha iman gətirib Ona tövbə edərək, etdikləri günahlardan əl çəkən kimsələrə gəlincə, Ey Peyğəmbər! şübhəsiz ki, Rəbbin, Ona tövbə etdikdən sonra şirkdən imana, günahdanda da itaətə qayıdan kimsələrin günahlarının üstün örtün, onları bağış­la­­yar və onlara rəhm edər. info
التفاسير:

external-link copy
154 : 7

وَلَمَّا سَكَتَ عَن مُّوسَى ٱلۡغَضَبُ أَخَذَ ٱلۡأَلۡوَاحَۖ وَفِي نُسۡخَتِهَا هُدٗى وَرَحۡمَةٞ لِّلَّذِينَ هُمۡ لِرَبِّهِمۡ يَرۡهَبُونَ

Musanın - aleyhissəlam - qəzəbi sakit­lə­şdikdə, qəzəbləndiyinə görə əlindən yerə atdığı löv­hələri yerdən götürdü. Bu lövhələrdə, hidayət yolunu zəlalətdən ayırd edən, haqqa yönəldən doğru yol və Rəbbinin əzabından qorxub, çəkinənlər üçün mər­həmət var idi. info
التفاسير:

external-link copy
155 : 7

وَٱخۡتَارَ مُوسَىٰ قَوۡمَهُۥ سَبۡعِينَ رَجُلٗا لِّمِيقَٰتِنَاۖ فَلَمَّآ أَخَذَتۡهُمُ ٱلرَّجۡفَةُ قَالَ رَبِّ لَوۡ شِئۡتَ أَهۡلَكۡتَهُم مِّن قَبۡلُ وَإِيَّٰيَۖ أَتُهۡلِكُنَا بِمَا فَعَلَ ٱلسُّفَهَآءُ مِنَّآۖ إِنۡ هِيَ إِلَّا فِتۡنَتُكَ تُضِلُّ بِهَا مَن تَشَآءُ وَتَهۡدِي مَن تَشَآءُۖ أَنتَ وَلِيُّنَا فَٱغۡفِرۡ لَنَا وَٱرۡحَمۡنَاۖ وَأَنتَ خَيۡرُ ٱلۡغَٰفِرِينَ

Musa, onlardan buzova ibadət edən səfehlərin etdiyi əmələ görə Rəbbindən bağışlanma diləmək üçün qövmündən yetmiş hörmətli ki­şi seçdi. Allah onların gəlişi üçün müəyyən vaxt təyin etdi. On­lar təyin edilmiş vaxtda gəldikdə, Allaha qarşı özlərində cürət tapıb, Musadan - aleyhissəlam - Allahın onlara gözlə görünməsini tələb etdilər. Elə bu zaman onları zəl­zə­lə yaxala­dı və zəlzələnin dəhşətindən bayılmaqlar və beləliklə də onlar məhv oldular. Musa - aleyhissəlam - bunu gördükdə, Rəbbinə yalvararaq dedi: "Ey Rəb­bim! Əgər is­tə­səydin, bura gəlməzdən əvvəl on­ları da və məni də onlarla birgə məhv edərdin. Özü­müz­dən olan ağıldan kəmlərin etdik­lərinə görə bizi həlakmı edəcək­sən? Qövmümün buzova ibadət etməsi, yalnız Sə­nin istədiyin kimsəni azdırmaq və istədiyinidə doğru yola yönəltmək üçün olan sınağdan başqa bir şey deyildi. Sən bizim himayə­çi­mizsən! Bi­zim günahlarımızı bağışla və bizə Öz geniş rəhmətinlə rəhm et! Axı Sən günahı ba­ğış­la­yanla­rın və əfv edənlərin ən yax­şısı­san! info
التفاسير:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• في الآيات دليل على أن الخطأ في الاجتهاد مع وضوح الأدلة لا يعذر فيه صاحبه عند إجراء الأحكام عليه، وهو ما يسميه الفقهاء بالتأويل البعيد.
• Bu ayələrdə, dəlillər aydın olduqdan sonra ictihad edərkən xətaya yol verilərsə, bu xəta ictihada əsasən hökm verildiyi zaman, xəta edən ictihad sahibinin üzürlü hesab edilməməsinə dair dəlil vardır. Buna Fəqihlərin dilində, uzaq təvil deyilir. info

• من آداب الدعاء البدء بالنفس، حيث بدأ موسى عليه السلام دعاءه فطلب المغفرة لنفسه تأدُّبًا مع الله فيما ظهر عليه من الغضب، ثم طلب المغفرة لأخيه فيما عسى أن يكون قد ظهر منه من تفريط أو تساهل في رَدْع عَبَدة العجل عن ذلك.
• Dua edərkən insanın birinci öz üçün dua etməsi, dua etmək ədəblərdən biridir. Çünki Musa -Əleyhis-salam- qəzəbləndiyinə görə Allahla ədəbli olmaq baxımından dua etdikdə ən birinci öz üçün Allahdan bağışlanma istədi bunda sonra isə qövmü buzova ibadət etdiyi an, bəlkədə ola bilsin ki, qardaşı bu işdə onlara qarşı hardasa səhlənkar yanaşdığına görə Allahdan onu bağışlamasını istədi. info

• التحذير من الغضب وسلطته على عقل الشخص؛ ولذلك نسب الله للغضب فعل السكوت كأنه هو الآمر والناهي.
• Qəzəbdən və qəzəbin insan ağlına hökmranlıq etmək dərəcəsinə çatmasından çəkindirmək. Buna görə də Allah, Musanın qəzəbləndikdən sonra sakit durmasını ona nisbət etmişdir. Sanki əmr edən də, qadağan edən də elə özüdür. info

• ضرورة التوقي من غضب الله، وخوف بطشه، فانظر إلى مقام موسى عليه السلام عند ربه، وانظر خشيته من غضب ربه.
• Allahın qəzəbindən və əzabından qorxmağın zəruriliyi. Bunun üçün Musanın -Əleyhis-salam- Allah qatındakı məqamına və onun Rəbinin qəzəbindən qorxmasına baxmaq kifayət edər. info