Fassarar Ma'anonin Alqura'ni - Fassara da harshen Azarbaijanci na Taƙaitaccen Tafsirin AlƘur'ani mai girma.

Lambar shafi:close

external-link copy
82 : 7

وَمَا كَانَ جَوَابَ قَوۡمِهِۦٓ إِلَّآ أَن قَالُوٓاْ أَخۡرِجُوهُم مِّن قَرۡيَتِكُمۡۖ إِنَّهُمۡ أُنَاسٞ يَتَطَهَّرُونَ

Lut qövmündən bu çirkin işi edənlərə inkar etdikdə, onların haqqı inkar edərək Lut haqqında ca­va­bı belə olmuşdur: "Lutu və oun əhl-əyalını yurdunuzdan çıxa­rın. On­lar bizim etdiyimiz bu əməldən uzaq olmağa can atan adam­lardır, elə buna görə də onların bizim arasında qalması yol verilməzdir". info
التفاسير:

external-link copy
83 : 7

فَأَنجَيۡنَٰهُ وَأَهۡلَهُۥٓ إِلَّا ٱمۡرَأَتَهُۥ كَانَتۡ مِنَ ٱلۡغَٰبِرِينَ

Qövmünə Allahın əzabı gəlməzdən öncə Biz ona gecə vaxtı yaşadığı yurdundan çıxmağı əmr edərək onu və əhl-əyalını əzabdan xilas etdik. Yal­nız arvadından baş­qa. O, qövmü ilə birgə qalan­lardan ol­du və onlara baş verən müsibət onada baş verdi. info
التفاسير:

external-link copy
84 : 7

وَأَمۡطَرۡنَا عَلَيۡهِم مَّطَرٗاۖ فَٱنظُرۡ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلۡمُجۡرِمِينَ

Biz onun qövmünün üstünə çoxlu sayda palçıqdan olan daş­larla­­ ya­ğış yağdırdıq və həmin kəndin altını üstünə çevirdik. Ey Peyğəmbər! Bir düşün Lut peyğəmbərin gü­nah­kar­ qövmünün aqi­bəti necə oldu. Onların aqibəti həlak və daimi rəzillik oldu. info
التفاسير:

external-link copy
85 : 7

وَإِلَىٰ مَدۡيَنَ أَخَاهُمۡ شُعَيۡبٗاۚ قَالَ يَٰقَوۡمِ ٱعۡبُدُواْ ٱللَّهَ مَا لَكُم مِّنۡ إِلَٰهٍ غَيۡرُهُۥۖ قَدۡ جَآءَتۡكُم بَيِّنَةٞ مِّن رَّبِّكُمۡۖ فَأَوۡفُواْ ٱلۡكَيۡلَ وَٱلۡمِيزَانَ وَلَا تَبۡخَسُواْ ٱلنَّاسَ أَشۡيَآءَهُمۡ وَلَا تُفۡسِدُواْ فِي ٱلۡأَرۡضِ بَعۡدَ إِصۡلَٰحِهَاۚ ذَٰلِكُمۡ خَيۡرٞ لَّكُمۡ إِن كُنتُم مُّؤۡمِنِينَ

Biz Mədyən qəbiləsinə də qar­daşları Şueybi - aleyhissəlam - peyğəmbər göndərdik. Şueyb - aleyhissəlam - onlara de­di: "Ey qövmüm! Tək Allaha iba­dət edin. Sizin Ondan başqa ibadətə layiq olan haqq məbudunuz yox­dur. Artıq Allahdan sizə açıq-aydın bir dəlil və Rəbbimdən sizə gətirdiyimin doğru olduğunu təsdiq edən sübut gəldi. Elə isə ölçüdə və çəkidə naqislik etmədən insanların haqqını verin. Malın eybinə görə insanların haqqını kəsməyin və ya buna görə mal sahibini aldatmayın. Bundan öncə peyğəmbərlərin gəlişi ilə yer üzü islah olunduqdan sonra bir daha orada günahlar edərək fəsad törət­mə­yin. Əgər mö­min­si­nizsə, bu deyilənlər sizin üçün daha xeyir­li və daha faydalıdır. Çünki bu, sizi Allahın qadağan etdiyi günahları tərk etməyə və Onun əmrini yerinə yetirərək Allaha yaxınlaşdırmağa sövq edər". info
التفاسير:

external-link copy
86 : 7

وَلَا تَقۡعُدُواْ بِكُلِّ صِرَٰطٖ تُوعِدُونَ وَتَصُدُّونَ عَن سَبِيلِ ٱللَّهِ مَنۡ ءَامَنَ بِهِۦ وَتَبۡغُونَهَا عِوَجٗاۚ وَٱذۡكُرُوٓاْ إِذۡ كُنتُمۡ قَلِيلٗا فَكَثَّرَكُمۡۖ وَٱنظُرُواْ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلۡمُفۡسِدِينَ

Hər yolun başında otu­rub, yoldan ötən insanları hədələyib mallarını mənimsəməyin. İnsanların Allahın yoluna gəlməməsi üçün bu yolu onlara əyri göstərərək, Allahın dinini qəbul etmək istəyənləri dinindən sap­dır­mayın. Allaha şükür etməniz üçün Onun sizə bəxş etdiyi nemətlərini xatırlayın. Sayınız az idi­niz, O sizi çoxaltdı. Yer üzündə sizdən öncə fəsad tö­rə­dən­lərin aqi­bətlərinin necə olduğunu bir düşünün. Onların aqibəti, özlərinin məhv olması ilə sona çatdı. info
التفاسير:

external-link copy
87 : 7

وَإِن كَانَ طَآئِفَةٞ مِّنكُمۡ ءَامَنُواْ بِٱلَّذِيٓ أُرۡسِلۡتُ بِهِۦ وَطَآئِفَةٞ لَّمۡ يُؤۡمِنُواْ فَٱصۡبِرُواْ حَتَّىٰ يَحۡكُمَ ٱللَّهُ بَيۡنَنَاۚ وَهُوَ خَيۡرُ ٱلۡحَٰكِمِينَ

Əgər aranızdan olan bir camaat Rəbbimdən təbliğ etdiyimə inan­­mış, bir camaatınız isə buna inanma­mışsa, elə isə ey yalan hesab edən kimsələr! Allah aramızda hökm verə­nə­dək gözləyin. Çünki O, hökm verənlərin ən yaxşı­sı və ən ədalətlisidir. info
التفاسير:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• اللواط فاحشة تدلُّ على انتكاس الفطرة، وناسب أن يكون عقابهم من جنس عملهم فنكس الله عليهم قُراهم.
• livat (homoseksualizim) çox çirkin və murdar bir əməldir. Bu əməl, bu işi edən insanın fitrətinin mənfi cəhətə tam dəyişdiyinə dəlalət edir. Buna görə də bu işi edənin cəzası, əməlinə müvafiq olması daha münasibdir və elə bu baxımdan da Allah onların yaşadıqları kəndin altını üstünə çevirmişdir. info

• تقوم دعوة الأنبياء - ومنهم شعيب عليه السلام - على أصلين: تعظيم أمر الله: ويشمل الإقرار بالتوحيد وتصديق النبوة. والشفقة على خلق الله: ويشمل ترك البَخْس وترك الإفساد وكل أنواع الإيذاء.
• Peyğəmbərlərin, o cümlədən, Şueybin - aleyhissəlam - dəvəti iki əsas üzərində qurulmuşdur: 1- Allahın əmrinə təzimlə yanaşmaq. Bu əsas özlüyündə, Allahın tövhidini etiraf etməyi və peyğəmbərləri təsdiqləməyi əhatə edir. 2- Allahın qullarına qarşı şəfqətli olması. Bu əsas isə özlüyündə, yaxşı əməllərinin mükafatını əskiltməyi, yer üzündə fitnə-fəsad törətməyi və insanlara əziyyət verməkdən əl çəkməyi əhatə edir. info

• الإفساد في الأرض بعد الإصلاح جُرْم اجتماعي في حق الإنسانية؛ لأن صلاح الأرض بالعقيدة والأخلاق فيه خير للجميع، وإفساد الأرض عدوان على الناس.
• Yer üzü islah edildikdən sonra orada yenidən fitnə-fəsab törətmək insaniyyət haqqları baxımından cəmiyyətdə bütün insanlara qarşı törədilən günahdır. Çünki oranı sağlam əqidə və gözəl əxlaqla islah etmək bütün cəmiyyət üçün daha xeyirlidir. Yer üzündə fitə-fəsad yaratmaq isə insanlara qarşı düşmənçilikdir. info

• من أعظم الذنوب وأكبرها وأشدها وأفحشها أخذُ ما لا يحقُّ أخذه شرعًا من الوظائف المالية بالقهر والجبر؛ فإنه غصب وظلم وعسف على الناس وإذاعة للمنكر وعمل به ودوام عليه وإقرار له.
• Ən böyük, ən şiddətli və ən çirkin günahlardan biri də insanın şəri baxımdan ona halal olmadığı bir halda vəzifəsindən sui-istifadə edərək başqalarından zorla mal tələb etməsidir. Çünki bu, insanların malını qəsb etmək, onlara zülüm etmək, pis bir işi insanlar arasında yaymaq, buna daimi şəkildə əməl etmək və bu pis işi görüb inkar etməyib, susmaqdır. info