قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - ئەزەرچە تەرجىمىسى- ئەلىخان مۇسايۇۋ

بەت نومۇرى:close

external-link copy
34 : 4

ٱلرِّجَالُ قَوَّٰمُونَ عَلَى ٱلنِّسَآءِ بِمَا فَضَّلَ ٱللَّهُ بَعۡضَهُمۡ عَلَىٰ بَعۡضٖ وَبِمَآ أَنفَقُواْ مِنۡ أَمۡوَٰلِهِمۡۚ فَٱلصَّٰلِحَٰتُ قَٰنِتَٰتٌ حَٰفِظَٰتٞ لِّلۡغَيۡبِ بِمَا حَفِظَ ٱللَّهُۚ وَٱلَّٰتِي تَخَافُونَ نُشُوزَهُنَّ فَعِظُوهُنَّ وَٱهۡجُرُوهُنَّ فِي ٱلۡمَضَاجِعِ وَٱضۡرِبُوهُنَّۖ فَإِنۡ أَطَعۡنَكُمۡ فَلَا تَبۡغُواْ عَلَيۡهِنَّ سَبِيلًاۗ إِنَّ ٱللَّهَ كَانَ عَلِيّٗا كَبِيرٗا

Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər. Bu, Allahın insanlardan bəzilərini digərindən üstün etdiyinə və öz mallarından xərclədiklərinə görədir. Əməlisaleh qadınlar itaətkar olub, Allahın himayəsi sayəsində (ərlərinin namusunu və malını) gizlində də qoruyanlardır. Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, (bunun faydası olmadığı təqdirdə,) yataqda onları tərk edin, (bu da fayda verməzsə,) onları vurun! Əgər sizə itaət etsələr, onlara (əziyyət vermək üçün başqa) yol axtarmayın. Həqiqətən, Allah ucadır, böyükdür. info
التفاسير:

external-link copy
35 : 4

وَإِنۡ خِفۡتُمۡ شِقَاقَ بَيۡنِهِمَا فَٱبۡعَثُواْ حَكَمٗا مِّنۡ أَهۡلِهِۦ وَحَكَمٗا مِّنۡ أَهۡلِهَآ إِن يُرِيدَآ إِصۡلَٰحٗا يُوَفِّقِ ٱللَّهُ بَيۡنَهُمَآۗ إِنَّ ٱللَّهَ كَانَ عَلِيمًا خَبِيرٗا

Əgər ər-arvad arasında ixtilaf olacağından qorxsanız, o halda kişinin ailəsindən bir hakim və qadının ailəsindən də bir hakim göndərin. Əgər bu iki tərəf aranı düzəltmək istəyərsə, Allah onları barışdırar. Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır. info
التفاسير:

external-link copy
36 : 4

۞ وَٱعۡبُدُواْ ٱللَّهَ وَلَا تُشۡرِكُواْ بِهِۦ شَيۡـٔٗاۖ وَبِٱلۡوَٰلِدَيۡنِ إِحۡسَٰنٗا وَبِذِي ٱلۡقُرۡبَىٰ وَٱلۡيَتَٰمَىٰ وَٱلۡمَسَٰكِينِ وَٱلۡجَارِ ذِي ٱلۡقُرۡبَىٰ وَٱلۡجَارِ ٱلۡجُنُبِ وَٱلصَّاحِبِ بِٱلۡجَنۢبِ وَٱبۡنِ ٱلسَّبِيلِ وَمَا مَلَكَتۡ أَيۡمَٰنُكُمۡۗ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ مَن كَانَ مُخۡتَالٗا فَخُورًا

Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın! Valideynlərə, qohum-əqrəbaya, yetimlərə, miskinlərə, yaxın və uzaq qonum-qonşuya, yol yoldaşına, müsafirə və sahib olduğunuz (kölə və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah lovğalıq edənləri və özünü öyənləri sevməz. info
التفاسير:

external-link copy
37 : 4

ٱلَّذِينَ يَبۡخَلُونَ وَيَأۡمُرُونَ ٱلنَّاسَ بِٱلۡبُخۡلِ وَيَكۡتُمُونَ مَآ ءَاتَىٰهُمُ ٱللَّهُ مِن فَضۡلِهِۦۗ وَأَعۡتَدۡنَا لِلۡكَٰفِرِينَ عَذَابٗا مُّهِينٗا

O kəslər ki, xəsislik edir və insanları da xəsisliyə sövq etdirir və Allahın Öz lütfündən onlara verdiyini gizlədirlər. Biz kafirlər üçün alçaldıcı bir əzab hazırlamışıq. info
التفاسير: