قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - ئەزەرچە تەرجىمىسى- ئەلىخان مۇسايۇۋ

بەت نومۇرى:close

external-link copy
114 : 4

۞ لَّا خَيۡرَ فِي كَثِيرٖ مِّن نَّجۡوَىٰهُمۡ إِلَّا مَنۡ أَمَرَ بِصَدَقَةٍ أَوۡ مَعۡرُوفٍ أَوۡ إِصۡلَٰحِۭ بَيۡنَ ٱلنَّاسِۚ وَمَن يَفۡعَلۡ ذَٰلِكَ ٱبۡتِغَآءَ مَرۡضَاتِ ٱللَّهِ فَسَوۡفَ نُؤۡتِيهِ أَجۡرًا عَظِيمٗا

Onların pıçıdaşmalarının çoxunda xeyir yoxdur. Sədəqə verməyi, yaxud yaxşılıq etməyi və ya insanların arasında sülh yaratmağı əmr edən şəxsin pıçıldaması isə müstəsnadır. Kim bunu Allahın razılığını qazanmaq üçün edərsə, Biz ona böyük mükafat verərik. info
التفاسير:

external-link copy
115 : 4

وَمَن يُشَاقِقِ ٱلرَّسُولَ مِنۢ بَعۡدِ مَا تَبَيَّنَ لَهُ ٱلۡهُدَىٰ وَيَتَّبِعۡ غَيۡرَ سَبِيلِ ٱلۡمُؤۡمِنِينَ نُوَلِّهِۦ مَا تَوَلَّىٰ وَنُصۡلِهِۦ جَهَنَّمَۖ وَسَآءَتۡ مَصِيرًا

Hər kəs özünə doğru yol bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxıb möminlərin yolundan başqa bir yolla gedərsə, onu üz tutduğu yola yönəldər və Cəhənnəmə giriftar edərik. Ora nə pis dönüş yeridir. info
التفاسير:

external-link copy
116 : 4

إِنَّ ٱللَّهَ لَا يَغۡفِرُ أَن يُشۡرَكَ بِهِۦ وَيَغۡفِرُ مَا دُونَ ذَٰلِكَ لِمَن يَشَآءُۚ وَمَن يُشۡرِكۡ بِٱللَّهِ فَقَدۡ ضَلَّ ضَلَٰلَۢا بَعِيدًا

Allah Ona şərik qoşulmasını əsla bağışlamaz. Bundan başqa günahları isə istədiyi kimsəyə bağışlar. Allaha şərik qoşan kəs, əlbəttə ki, dərin bir azğınlığa düşmüşdür. info
التفاسير:

external-link copy
117 : 4

إِن يَدۡعُونَ مِن دُونِهِۦٓ إِلَّآ إِنَٰثٗا وَإِن يَدۡعُونَ إِلَّا شَيۡطَٰنٗا مَّرِيدٗا

Onlar Allahı qoyub, yalnız qadın (adlarını daşıyan) bütlərə dua edir və yalnız üsyankar şeytana sitayiş edirlər. info
التفاسير:

external-link copy
118 : 4

لَّعَنَهُ ٱللَّهُۘ وَقَالَ لَأَتَّخِذَنَّ مِنۡ عِبَادِكَ نَصِيبٗا مَّفۡرُوضٗا

Allah onu (şeytanı) lənətlədi. O isə dedi: “Mən Sənin qullarından müəyyən bir qismini mütləq ələ alacağam. info
التفاسير:

external-link copy
119 : 4

وَلَأُضِلَّنَّهُمۡ وَلَأُمَنِّيَنَّهُمۡ وَلَأٓمُرَنَّهُمۡ فَلَيُبَتِّكُنَّ ءَاذَانَ ٱلۡأَنۡعَٰمِ وَلَأٓمُرَنَّهُمۡ فَلَيُغَيِّرُنَّ خَلۡقَ ٱللَّهِۚ وَمَن يَتَّخِذِ ٱلشَّيۡطَٰنَ وَلِيّٗا مِّن دُونِ ٱللَّهِ فَقَدۡ خَسِرَ خُسۡرَانٗا مُّبِينٗا

Onları mütləq (doğru yoldan) azdıracaq və xülyalara salacağam, onlara heyvanların qulaqlarını kəsməyi buyuracaq və Allahın yaratdıqlarına dəyişiklik etməyi əmr edəcəyəm”. Allahı qoyub şeytanı özünə dost tutan kəs açıq-aşkar ziyana uğramışdır. info
التفاسير:

external-link copy
120 : 4

يَعِدُهُمۡ وَيُمَنِّيهِمۡۖ وَمَا يَعِدُهُمُ ٱلشَّيۡطَٰنُ إِلَّا غُرُورًا

(Şeytan) onlara vədlər verir və onları xülyalara salır. Halbuki şeytanın onlara verdiyi vədlər aldatmaqdan başqa bir şey deyildir. info
التفاسير:

external-link copy
121 : 4

أُوْلَٰٓئِكَ مَأۡوَىٰهُمۡ جَهَنَّمُ وَلَا يَجِدُونَ عَنۡهَا مَحِيصٗا

Onların gedəcəkləri yer Cəhənnəmdir. Onlar oradan xilas olmağa bir yol tapa bilməzlər. info
التفاسير: