قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - ئەزەرچە تەرجىمىسى- ئەلىخان مۇسايۇۋ

بەت نومۇرى:close

external-link copy
128 : 4

وَإِنِ ٱمۡرَأَةٌ خَافَتۡ مِنۢ بَعۡلِهَا نُشُوزًا أَوۡ إِعۡرَاضٗا فَلَا جُنَاحَ عَلَيۡهِمَآ أَن يُصۡلِحَا بَيۡنَهُمَا صُلۡحٗاۚ وَٱلصُّلۡحُ خَيۡرٞۗ وَأُحۡضِرَتِ ٱلۡأَنفُسُ ٱلشُّحَّۚ وَإِن تُحۡسِنُواْ وَتَتَّقُواْ فَإِنَّ ٱللَّهَ كَانَ بِمَا تَعۡمَلُونَ خَبِيرٗا

Əgər bir qadın öz ərinin kobud rəftarından, yaxud (ondan) üz döndərməsindən qorxarsa, (ər-arvadın) öz aralarında anlaşmasında onlara günah gəlməz. Aranı düzəltmək daha xeyirlidir. Doğrusu, nəfslər xəsisliyə meyillidir. Əgər (qadınlarla) yaxşı davranıb (Allahdan) qorxsanız, şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır. info
التفاسير:

external-link copy
129 : 4

وَلَن تَسۡتَطِيعُوٓاْ أَن تَعۡدِلُواْ بَيۡنَ ٱلنِّسَآءِ وَلَوۡ حَرَصۡتُمۡۖ فَلَا تَمِيلُواْ كُلَّ ٱلۡمَيۡلِ فَتَذَرُوهَا كَٱلۡمُعَلَّقَةِۚ وَإِن تُصۡلِحُواْ وَتَتَّقُواْ فَإِنَّ ٱللَّهَ كَانَ غَفُورٗا رَّحِيمٗا

Siz nə qədər çalışsanız da, (yenə də) qadınlar arasında ədalətlə davrana bilməzsiniz. Elə isə (birinə) tamamilə meyl edib, digərini asılı vəziyyətdə qalmış kimi buraxmayın. Əgər (özünüzü) düzəldib (Allahdan) qorxsanız, şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir. info
التفاسير:

external-link copy
130 : 4

وَإِن يَتَفَرَّقَا يُغۡنِ ٱللَّهُ كُلّٗا مِّن سَعَتِهِۦۚ وَكَانَ ٱللَّهُ وَٰسِعًا حَكِيمٗا

Əgər (ər-arvad bir-birindən) ayrılsalar, Allah hər birini Öz lütfü ilə zəngin edər. Allah geniş lütf və hikmət sahibidir. info
التفاسير:

external-link copy
131 : 4

وَلِلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۗ وَلَقَدۡ وَصَّيۡنَا ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ مِن قَبۡلِكُمۡ وَإِيَّاكُمۡ أَنِ ٱتَّقُواْ ٱللَّهَۚ وَإِن تَكۡفُرُواْ فَإِنَّ لِلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۚ وَكَانَ ٱللَّهُ غَنِيًّا حَمِيدٗا

Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Biz sizdən əvvəl Kitab verilənlərə də, sizə də: “Allahdan qorxun!” – deyə buyurduq. Əgər küfr etsəniz, (bilin ki,) göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Allah zəngindir, tərifəlayiqdir. info
التفاسير:

external-link copy
132 : 4

وَلِلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۚ وَكَفَىٰ بِٱللَّهِ وَكِيلًا

Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Vəkil olaraq Allah yetər. info
التفاسير:

external-link copy
133 : 4

إِن يَشَأۡ يُذۡهِبۡكُمۡ أَيُّهَا ٱلنَّاسُ وَيَأۡتِ بِـَٔاخَرِينَۚ وَكَانَ ٱللَّهُ عَلَىٰ ذَٰلِكَ قَدِيرٗا

Ey insanlar! Əgər (Allah) istəsə, sizi yox edib (yerinizə) başqalarını gətirər. Allah buna qadirdir. info
التفاسير:

external-link copy
134 : 4

مَّن كَانَ يُرِيدُ ثَوَابَ ٱلدُّنۡيَا فَعِندَ ٱللَّهِ ثَوَابُ ٱلدُّنۡيَا وَٱلۡأٓخِرَةِۚ وَكَانَ ٱللَّهُ سَمِيعَۢا بَصِيرٗا

Kim dünya mükafatını istərsə, (bilsin ki,) dünya və axirət mükafatı Allah yanındadır. Allah eşidəndir, görəndir. info
التفاسير: