قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ ئازەربەيجانچە تەرجىمىسى

بەت نومۇرى:close

external-link copy
35 : 18

وَدَخَلَ جَنَّتَهُۥ وَهُوَ ظَالِمٞ لِّنَفۡسِهِۦ قَالَ مَآ أَظُنُّ أَن تَبِيدَ هَٰذِهِۦٓ أَبَدٗا

O kafir kişi, mömin olan kişi ilə birgə öz bağını ona göstərmək üçün küfr və təkəbbülük etməklə özünə zülm edərək ba­ğına daxil olub dedi: "Gördüyün bu bağın ərsəyə gəlib və daima belə bir halda qalması üçün əlimdən gələni etdiyimə görə, bunun nə vaxt­sa məhv ola bi­ləcəyini dü­şün­mürəm!" info
التفاسير:

external-link copy
36 : 18

وَمَآ أَظُنُّ ٱلسَّاعَةَ قَآئِمَةٗ وَلَئِن رُّدِدتُّ إِلَىٰ رَبِّي لَأَجِدَنَّ خَيۡرٗا مِّنۡهَا مُنقَلَبٗا

Qiyamət gününün gələcəyini də heç zənn etmi­rəm. Yaşadığımız bu dünya həyatı əbədi olan bir həyatdır. Öldükdən sonra təkrarən dirilib, Rəbbimin ya­nı­na qay­tarılmağı fərz etmiş olsam, təkrarən dirildiyimdən sonra qayıdacağım yerdə söz­süz ki, bundan daha gözəl bir bağım olacaq. Dünyada zəngin olan, öldükdən sonra yenidən dirildikdə də zəngin olar!" info
التفاسير:

external-link copy
37 : 18

قَالَ لَهُۥ صَاحِبُهُۥ وَهُوَ يُحَاوِرُهُۥٓ أَكَفَرۡتَ بِٱلَّذِي خَلَقَكَ مِن تُرَابٖ ثُمَّ مِن نُّطۡفَةٖ ثُمَّ سَوَّىٰكَ رَجُلٗا

Onunla söhbət edən mömin yol­daşı isə dedi: "Atan Adəmi torpaqdan, son­ra səni nütfədən yaratmış, daha sonra səni insan qiyafəsinə sal­mış, bütün əzalarının hər birini öz yerində, kamil şəkildə yaratmış Rəb­bi­nə küfr­mü edirsən?! Şübhəsiz ki, bütün bunları etməyə qadir olan, öldükdən sonra səni yenidən dilitməyə də qadirdir!" info
التفاسير:

external-link copy
38 : 18

لَّٰكِنَّا۠ هُوَ ٱللَّهُ رَبِّي وَلَآ أُشۡرِكُ بِرَبِّيٓ أَحَدٗا

Amma mən heç də sənin söylədiyin kimi söyləmirəm. Lakin uca Allah, bol-bol nemətləri ilə bizlərə lütf edən Rəb­bim­dir və mən Rəb­bi­mə ibadətdə heç kəsini Ona şə­rik qoşmaram! info
التفاسير:

external-link copy
39 : 18

وَلَوۡلَآ إِذۡ دَخَلۡتَ جَنَّتَكَ قُلۡتَ مَا شَآءَ ٱللَّهُ لَا قُوَّةَ إِلَّا بِٱللَّهِۚ إِن تَرَنِ أَنَا۠ أَقَلَّ مِنكَ مَالٗا وَوَلَدٗا

Məgər öz bağına girdiyin zaman: "Maşal­lah, bu, Uca Allahın istəyi ilə olmuşdur. Güc-qüv­vət yalnız Allaha məxsus­dur. İstədiyini edən ancaq Odur. O, güc-qüvvət və qüdrət sahibidir!" – deməli deyil­din­mi?! Əgər sən, var-dövlətcə və övladca məni özün­dən kasıb sayırsansa, yenə də belə söyləməli deyildin,
info
التفاسير:

external-link copy
40 : 18

فَعَسَىٰ رَبِّيٓ أَن يُؤۡتِيَنِ خَيۡرٗا مِّن جَنَّتِكَ وَيُرۡسِلَ عَلَيۡهَا حُسۡبَانٗا مِّنَ ٱلسَّمَآءِ فَتُصۡبِحَ صَعِيدٗا زَلَقًا

Uca Allahın mənə, sənin bağından daha yaxşısını vcerəcəyini, sənin bağına isə səmadan bir əzab göndərib oranı sürüşkən, ayaq basılması mümkün olmayan və heç bir şey bitməyən, qupquru olacağını düşünürəm. info
التفاسير:

external-link copy
41 : 18

أَوۡ يُصۡبِحَ مَآؤُهَا غَوۡرٗا فَلَن تَسۡتَطِيعَ لَهُۥ طَلَبٗا

Yaxud suyu tamamilə yerin dibinə çəkilib get­sin və heç bir vasitə ilə o suyu əldə edə bilməyəsən. Əgər bağın suyu olmazsa, o bağ dirçələ bilməz!" info
التفاسير:

external-link copy
42 : 18

وَأُحِيطَ بِثَمَرِهِۦ فَأَصۡبَحَ يُقَلِّبُ كَفَّيۡهِ عَلَىٰ مَآ أَنفَقَ فِيهَا وَهِيَ خَاوِيَةٌ عَلَىٰ عُرُوشِهَا وَيَقُولُ يَٰلَيۡتَنِي لَمۡ أُشۡرِكۡ بِرَبِّيٓ أَحَدٗا

Nəhayət, mömin kimsənin gözlədiyi əzab gəldi və beləcə, o kafir adamın bağındakı bütün məh­sulu bir anda yerlə yeksan oldu. O, ba­ğı­nı bəhrəli bir bağ olması üçün çəkdiyi bütün əziyyətin və ora qoy­duğu məsrəfin bir anda yox olmasından dolayı son dərəcə peşmançılıq və hüzn çək­ərək əllərini bir-birinə vurmağa baş­ladı, bağın çardağı uçulub dar­madağın və üzüm təhənglərinində yerə sərilmiş olduğunu gördükdə o belə dedi: "Kaş, mən tək olan Rəb­bimə iman edib və heç kəsi ibadətdə Ona şərik qoşma­yay­dım!" info
التفاسير:

external-link copy
43 : 18

وَلَمۡ تَكُن لَّهُۥ فِئَةٞ يَنصُرُونَهُۥ مِن دُونِ ٱللَّهِ وَمَا كَانَ مُنتَصِرًا

Bu kafirin başına gələn əzabı mane olacaq bir camaatı da yox idi. Halbuki vaxtı ilə o, öz camaatının çoxluğu ilə öyünüb, fəxr edirdi. O kafir insan, uca Allahın onun bağını həlak etməsinə əsla mane ola bilməzdi. info
التفاسير:

external-link copy
44 : 18

هُنَالِكَ ٱلۡوَلَٰيَةُ لِلَّهِ ٱلۡحَقِّۚ هُوَ خَيۡرٞ ثَوَابٗا وَخَيۡرٌ عُقۡبٗا

Belə məqamda yardım et­mək yalnız tək olan uca Allaha aiddir. Uca Allah, mömin olan qullarına ən yaxşı mükafat verən, onlar üçün savabı qat-qat artıqan və onlara ən gözəl aqibət nəsib edəndir. info
التفاسير:

external-link copy
45 : 18

وَٱضۡرِبۡ لَهُم مَّثَلَ ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا كَمَآءٍ أَنزَلۡنَٰهُ مِنَ ٱلسَّمَآءِ فَٱخۡتَلَطَ بِهِۦ نَبَاتُ ٱلۡأَرۡضِ فَأَصۡبَحَ هَشِيمٗا تَذۡرُوهُ ٱلرِّيَٰحُۗ وَكَانَ ٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ مُّقۡتَدِرًا

Ey Peyğəmbər! Dünya həyatına aldananlara belə bir məsəl çək. Bu dünya həyatının məsəli, tez bir zaman da yox olan göy­dən endirdiyimiz yağışa bən­zər ki, bu yağış suyu ilə yer­ üzündəki bitkilər ye­ti­şib, bəhrə verər, sonra parçalanıb çör-çöpə dönər və sonda küləklər onu sovu­rub uzaq bir yerlərə aparar, beləliklə də, yer əvvəlki halına dönər. Allah hə şeyə qadir­dir. Onu heç bir şey aciz edə bilməz. O, istədiyinə həyat verər və istədiyini də həlak edib, yox edər! info
التفاسير:
بۇ بەتتىكى ئايەتلەردىن ئېلىنغان مەزمۇنلار:
• على المؤمن ألا يستكين أمام عزة الغني الكافر، وعليه نصحه وإرشاده إلى الإيمان بالله، والإقرار بوحدانيته، وشكر نعمه وأفضاله عليه.
• Mömin kimsə zəngin olan kafir bir kimsənin qarşısında boyun əyməz. Lakin onu Allaha iman gətirməyə, Onun vəhdaniyyətini təsdiq etməyə, Allahın ona bəxş etdiyi nemətlərinə və ona olan lütfünə şükür etməyə dəvət eməlidir. info

• ينبغي لكل من أعجبه شيء من ماله أو ولده أن يضيف النعمة إلى مُولِيها ومُسْدِيها بأن يقول: ﴿ما شاءَ اللهُ لا قُوَّةَ إلَّا بِاللهِ﴾.
• İnsan mal-dövlətində və ya oğul-uşağında xoşladığı bir şey gördükdə bütün bu nemətləri ona bəxş edən uca Allaha nisbət etməsi və: "Maşallah, qüvvət və qüdrət yalnız Allaha məxsusdur" – deməlidir. info

• إذا أراد الله بعبد خيرًا عجل له العقوبة في الدنيا.
• Əgər Allah bir quluna xeyir nəsib etmək istərsə, onun mükafatını axirətə saxlamaz, əksinə, elə bu dünyada verər. info

• جواز الدعاء بتلف مال من كان ماله سبب طغيانه وكفره وخسرانه.
• Mal-dövləti tüğyan, küfr etməsinə və azğınlığına səbəb olan kimsənin, mal-dövlətinin məhv olması üçün dua etməyin caiz olması. info