Vertaling van de betekenissen Edele Qur'an - Azerbeidzjaanse vertaling - Ali Khan Musayev

Pagina nummer: 111:106 close

external-link copy
24 : 5

قَالُواْ يَٰمُوسَىٰٓ إِنَّا لَن نَّدۡخُلَهَآ أَبَدٗا مَّا دَامُواْ فِيهَا فَٱذۡهَبۡ أَنتَ وَرَبُّكَ فَقَٰتِلَآ إِنَّا هَٰهُنَا قَٰعِدُونَ

Onlar dedilər: “Ey Musa! Onlar orada olduqları müddətcə biz əsla ora girməyəcəyik. Odur ki, sən get Rəbbinlə birlikdə (onlara qarşı) vuruş. Biz isə burada oturacağıq”. info
التفاسير:

external-link copy
25 : 5

قَالَ رَبِّ إِنِّي لَآ أَمۡلِكُ إِلَّا نَفۡسِي وَأَخِيۖ فَٱفۡرُقۡ بَيۡنَنَا وَبَيۡنَ ٱلۡقَوۡمِ ٱلۡفَٰسِقِينَ

O, dedi: “Ey Rəbbim! Mən yalnız özümə və qardaşıma hökm edə bilərəm. Odur ki, Sən bizi bu günahkar tayfadan ayır!” info
التفاسير:

external-link copy
26 : 5

قَالَ فَإِنَّهَا مُحَرَّمَةٌ عَلَيۡهِمۡۛ أَرۡبَعِينَ سَنَةٗۛ يَتِيهُونَ فِي ٱلۡأَرۡضِۚ فَلَا تَأۡسَ عَلَى ٱلۡقَوۡمِ ٱلۡفَٰسِقِينَ

Allah (belə) buyurdu: “Elə isə o yer onlara qırx il müddətinə haram edildi. Onlar yer üzündə çaşqın halda gəzib dolaşacaqlar. Sən isə günahkar tayfa üçün heyifsilənmə”. info
التفاسير:

external-link copy
27 : 5

۞ وَٱتۡلُ عَلَيۡهِمۡ نَبَأَ ٱبۡنَيۡ ءَادَمَ بِٱلۡحَقِّ إِذۡ قَرَّبَا قُرۡبَانٗا فَتُقُبِّلَ مِنۡ أَحَدِهِمَا وَلَمۡ يُتَقَبَّلۡ مِنَ ٱلۡأٓخَرِ قَالَ لَأَقۡتُلَنَّكَۖ قَالَ إِنَّمَا يَتَقَبَّلُ ٱللَّهُ مِنَ ٱلۡمُتَّقِينَ

Onlara Adəmin iki oğlunun əhvalatını gerçək olaraq danış. O zaman ikisi də qurban vermiş, onların birindən qəbul edilmiş, digərindən isə qəbul edilməmişdi. (Qurbanı qəbul olmayan qardaş öz qardaşına) demişdi: “Səni mütləq öldürəcəyəm!” (Qardaşı da ona belə) demişdi: “Allah (saleh əməlləri) yalnız müttəqilərdən qəbul edər! info
التفاسير:

external-link copy
28 : 5

لَئِنۢ بَسَطتَ إِلَيَّ يَدَكَ لِتَقۡتُلَنِي مَآ أَنَا۠ بِبَاسِطٖ يَدِيَ إِلَيۡكَ لِأَقۡتُلَكَۖ إِنِّيٓ أَخَافُ ٱللَّهَ رَبَّ ٱلۡعَٰلَمِينَ

Sən məni öldürmək üçün əlini mənə uzatsan da, mən səni öldürmək üçün əlimi sənə uzadan deyiləm. Çünki mən aləmlərin Rəbbi (olan) Allahdan qorxuram. info
التفاسير:

external-link copy
29 : 5

إِنِّيٓ أُرِيدُ أَن تَبُوٓأَ بِإِثۡمِي وَإِثۡمِكَ فَتَكُونَ مِنۡ أَصۡحَٰبِ ٱلنَّارِۚ وَذَٰلِكَ جَزَٰٓؤُاْ ٱلظَّٰلِمِينَ

Mən istəyirəm ki, sən həm mənim günahımı, həm də öz günahını üzərinə götürəsən və Cəhənnəm əhlindən olasan. Zalımların cəzası budur”. info
التفاسير:

external-link copy
30 : 5

فَطَوَّعَتۡ لَهُۥ نَفۡسُهُۥ قَتۡلَ أَخِيهِ فَقَتَلَهُۥ فَأَصۡبَحَ مِنَ ٱلۡخَٰسِرِينَ

Nəhayət, nəfsi onu qardaşını qətlə yetirməyə sövq etdi və onu öldürdü, beləliklə də, ziyana uğrayanlardan oldu. info
التفاسير:

external-link copy
31 : 5

فَبَعَثَ ٱللَّهُ غُرَابٗا يَبۡحَثُ فِي ٱلۡأَرۡضِ لِيُرِيَهُۥ كَيۡفَ يُوَٰرِي سَوۡءَةَ أَخِيهِۚ قَالَ يَٰوَيۡلَتَىٰٓ أَعَجَزۡتُ أَنۡ أَكُونَ مِثۡلَ هَٰذَا ٱلۡغُرَابِ فَأُوَٰرِيَ سَوۡءَةَ أَخِيۖ فَأَصۡبَحَ مِنَ ٱلنَّٰدِمِينَ

Allah, qardaşının cəsədini necə basdırmağı ona göstərmək üçün yeri eşən bir qarğa göndərdi. O dedi: “Vay halıma! Yəni mən qardaşımın cəsədini basdırmaqda, bu qarğa qədər olmaqdan da acizəm?” Beləliklə o, peşmançılıq çəkənlərdən oldu. info
التفاسير: