Yatdığınız zaman ruhlarınızı müvəqqəti olaraq alan, gündüzlər isə nələr etdiyinizi bilən Allahdır. Siz yuxuda ikən ruhlarınızı aldıqdan sonra O, sizi səhərlər oyadır ki, Allah yanında müəyyən olunmuş həyatınızın sonu gəlib çatana qədər əməllər edəsiniz. Sonra isə Qiyamət günü qəbirlərinizdən dirilərək dönüşünüz tək Ona olacaq. Sonra O, dünya həyatında nə etdikləriniz barədə sizə bildirəcək və etdiyiniz əməllərin mükafatını sizə verəcəkdir.
Allah Öz qulları üzərində yenilməz qüvvət sahibidir və onları zəlil etməyə qadirdir. O, qullarından hər bir baxımdan ucadır. Hər bir şey Ona boyun əymişdir. Pak və uca olan Allah cəlalına layiq şəkildə Öz qulları üzərindədir. Ey İnsanlar! O sizə ölüm mələyi və onun köməkçiləri ruhunuzu alıb əcəliniz sona çatana qədər əməllərinizi yazan hörmətli mələklər göndərir və onlar əmr olunduqları işdə heç bir səhvə yol verməzlər.
Sonra ruhları alınmış kimsələrin hamısı əməllərinin əvəzini almaq üçün özlərinin həqiqi himayədarı olan Allaha qaytarılacaqlar. Ədalətli hökm yalnız Ona məxsusdur və O, sizin saydıqlarınızın ən tez sayanı və əməllərinizi ən tez haqq-hesab çəkəndir.
Ey Peyğəmbər! Müşriklərə de: "Gizlində və aşkarda, zəlil bir halda yalvararaq tək Ona dua edib: "Ey Rəbbimiz! Əgər bizi bu təhlükədən qurtarsan, bizə olan bu nemətinə görə Sənə şükür əlaməti olaraq əsla Səndən başqasına ibadət etmərik" – deyə yalvardığınız zaman sizi qurunun və dənizin zülmətlərindən xilas edib, təhlükədən kim sovuşdurdu?"
Ey Peyğəmbər! Onlara de: "Sizi ondan və bütün başqa sıxıntılardan Allah xilas edir. Bundan sonra isə siz xoş vaxtlarında yenə də Ona şərik qoşursunuz. Sizcə bundan da daha böyük zülm nə ola bilər ki?!"
Ey Peyğəmbər! Onlara de: "Allah üstünüzə daş, ildırım, tufan kimi və ya altınızdan zəlzələ və ya yerə batırmaq kimi sizə əzab göndərməyə yaxud qəlblərinizi bir-birinizə qarşı çevirib və sonda hər biriniz öz istəyinin ardınca gedərək sizi bir-birinizlə vuruşdurmağa qadirdir". Ey Peyğəmbər! Gör biz onlara dəlilləri necə bir-bir bəyan edirik ki, bəlkə sənin gətirdiyinin haqq, özlərində olanın isə batil olduğunu anlasınlar.
Sənin qövmün bu Quranın, həqiqətən də, Allah tərəfindən olmasına heç bir şübhə olmadığı bir təqdirdə onu yalan saydı. Ey Peyğəmbər! Onlara de: "Mən sizi qorumağa müvəkkil deyiləm, mən yalnız sizi şiddətli əzab barədə xəbərdar edənəm".
Hər bir xəbərin zamanı çatıb gerçəkləşəcəyi müəyyən vaxtı vardır, bu xəbərlərdən biri də sizin sonunuzun və aqibətinizin necə olacağı xəbəridir. Siz onu Qiyamət günü qəbirlərinizdən dirildiyiniz zaman biləcəksiniz.
Ey Peyğəmbər! Ayələrimizi məsxərəyə qoyan və istehza edən müşrikləri gördüyün zaman, ayələrimizə istehza etməkdən başqa söhbətə keçənə qədər onlardan uzaq dur. Əgər şeytan bunu sənə unutdurub onlarla birgə otursan, xatırladıqdan sonra isə dərhal o məclisi tərk et və həddi aşan kimsələrlə birgə oturma.
التفاسير:
من فوائد الآيات في هذه الصفحة:
• إثبات أن النومَ موتٌ، وأن الأرواح تُقْبض فيه، ثم تُرَد عند الاستيقاظ.
• Yuxunun ölüm olmasının, insan yatarkən ruhun bədəni tərk etməsinin və yuxudan ayıldıqda isə bədənə qayıtmasının isbatı.
• الاستدلال على استحقاق الله تعالى للألوهية بدليل الفطرة، فإن أهل الكفر يؤمنون بالله تعالى ويرجعون لفطرتهم عند الاضطرار والوقوع في المهالك، فيسألون الله تعالى وحده.
• Fitri dəlillərlə Uca Allahın ilahlığa layiq olduğuna dəlil göstərmək. Çünki kafirlər qəlblərində Uca Allaha inanır və həyatın çətin və təhlükəli anlarında öz fitrətlərinə qayıdıb tək Uca Allahdan yardım diləyirlər.
• إلزام المشركين بمقتضى سلوكهم، وإقامة الدليل على انقلاب فطرتهم، بكونهم يستغيثون بالله وحده في البحر عند الشدة، ويشركون به حين يسلمهم وينجيهم إلى البر.
• Müşriklərin dənizdə ikən təhlükə anında Allahdan yardım diləmələrini və nəhayət, Allah onları bu sıxıntıdan xilas edib quruya çıxartdıqdan sonra Ona şərik qoşmalarını əsas tutaraq, fitrətlərinin dəyişdiyini dəlil gətirmək və əməllərinin öz əxlaqlarına uyğun olduğunu göstərmək.
• عدم جواز الجلوس في مجالس أهل الباطل واللغو، ومفارقتُهم، وعدم العودة لهم إلا في حال إقلاعهم عن ذلك.
• Batil əhlinin məclislərində oturmağın icazəli olmaması və onlar başqa söhbətə keçməyincə onlardan ayrılmaq və onların yanına bir daha qayıtmamaq.