Müşrəklər dedilər: "Bu mal-qara və əkinlər haramdır. Onlar öz iddialarına və iftiralarına əsasən, bunları bizim istədiklərimiz bütlərə xidmət edən kişilərdən başqa kiminsə yeməsi qadağandır. Bu mal-qaranın bəzisinin minilməsi haram edilmiş, minilməyən və üzərində yük daşınılmayan heyvanlardır. Bunlar: Bəhira, saibə və hami heyvanlarıdır. Bu heyvanları da kəsərkən üstündə Allahın adını çəkərək deyil, yalnız bütlərinin adını çəkərək kəsirlər. Onlar bunların hamısını yalandan Allaha iftira ataraq bunun Allahdan olduğunu iddia edirlər. Allahda onları atdıqları bu iftiralarına görə cəzalandıracaqdır.
Onlar: "Bu saibə və bəhirə heyvanlarının qarınlarındakı balalar diri doğulduğu təqdirdə kişilərimizə halal, qadınlarımıza isə haramdır, əgər o balalar ölü doğularsa, kişilərimiz və qadınlarımız ona şərikdirlər"– deyirlər. Allah onları bu sözlərinə görə onlara layiqli cəza verəcəkdir. Həqiqətən, Allah, şəri hökmlərində, işlərində, qullarının idarə etməkdə hikmət sahibidir və qullarından xəbərdardır.
Ağılsızlıqları və cahillikləri üzündən öz övladlarını öldürən və Allaha iftira ataraq Allahın onlara ruzi olaraq verdiyi heyvanları haram edənlər həlak oldular. Onlar doğru yoldan azdılar və bu yola yönəlmədilər.
Yer üzünə sərilmiş, talvar üzərində olan və talvarsız öz gövdəsi üzərində duran bostanları, dadları və zahiri görünüşü müxtəlif meyvəli xurma və dənli bitkiləri, yarpaqları bir-birinə bənzəyən, dadları isə bir-birindən fərqli olan zeytunu və narı yaradan pak olan Allahdır. Ey İnsanlar! Bar verdiyi zaman onların meyvəsindən yeyin, yığım günü onun zəkatını verin, lakin yedikdə və xərclədikdə şəri hüdudları aşmayın. Allah bu və digər işlərdə Onun hüdudlarını aşanları sevməz, əksinə belə kimsələrə qəzəblənər. Bunların hamısını yaradan, bu nemətləri qullarına halal edən Allahdır. Müşriklərin bunları haram etməyə heç bir haqqı yoxdur.
Böyük dəvə kimi üstündə yük daşımaqa yararlı olan və kiçik dəvə yaxud qoyun kimi üstündə yük daşımağa yararlı olmayan heyvanları da sizin üçün yaradan Odur. Ey İnsanlar! Allahın sizə halal etdiyi bu ruzilərdən yeyin, müşriklərin etdiyi kimi, Allahın haram etdiyini halal və halal etdiyini isə haram edərək şeytanın addım izləri ilə getməyin! Ey İnsanlar! Şübhəsiz ki, şeytan, sizdən Allaha asi olmanızı istəyən, ədavəti sizə açıq-aşkar olan düşməninizdir.
التفاسير:
من فوائد الآيات في هذه الصفحة:
• ذم الله المشركين بسبع صفات هي : الخسران والسفاهة وعدم العلم وتحريم ما رزقهم الله والافتراء على الله والضلال وعدم الاهتداء؛ فهذه أمور سبعة، وكل واحد منها سبب تام في حصول الذم.
• Allahın müşrikləri yeddi sifətlə məzəmmət etməsi. Həmən sifətlər bunlardır: Ziyana uğramaq, səfehlik, elmsizlik, Allahın ruzilərini haramlaşdırmaq, Allaha iftira yaxmaq, azğınlıq, doğru yoldan uzaq düşmək. Bu yeddi sifətdən hər hansı biri, məzəmmətə düçar olmaq üçün yetərlidir.
• الأهواء سبب تحريم ما أحل الله وتحليل ما حرم الله.
• İnsanın nəfsi istəkləri Allahın halal etdiyini haram etməyə və haram etdiyini isə halal etməyə səbəbdir.
• وجوب الزكاة في الزروع والثمار عند حصادها، مع جواز الأكل منها قبل إخراج زكاتها، ولا يُحْسَب من الزكاة.
• Yığım vaxtı dənli bitkilərin və meyvələrin (xurmanın) zəkatını verməyin vacibliyi. Bununla yanaşı həmən məhsuldan zəkat çıxarmazdan əvvəl yemək caizdir və yeyilən dənli bitki və meyvə zəkatdan hesab edilmir.
• التمتع بالطيبات مع عدم الإسراف ومجاوزة الحد في الأكل والإنفاق.
• Yedikdə və xərclədikdə həddi aşmadan və israfa yol yermədən təmiz qidalardan zövq almaqın icazəli olması.