Biz sənə xəbər verdiyimiz elçilərin bəzilərini vəhy nazil etmə, tərəfdarlar və dərəcələr baxımından digərlərindən üstün etdik. Allah onlardan Musa - aleyhissəlam - kimi bəzisi ilə danışmış və Muhamməd (sallallahu aleyhi və səlləm) kimi bəzisini isə yüksək dərəcələrə qaldırmışdir, çünki Allah onu, bütün bəşəriyyətə peyğəmbər göndərmiş, peyğəmbərliyə onunla da xitam vermiş və ümmətini isə bütün ümmətlərdən üstün edilmişdir. Biz Məryəm oğlu İsaya onun peyğəmbərliyinə dəlalət edən: ölüləri dirildmək, anadangəlmə korları və cüzam xəstəliyinə tutulanları sağaldmaq kimi açıq-aydın möcüzələr verdik və Biz onu, Allahın əmrlərini yerinə yetirmək üçün Cəbrail - aleyhissəlam - ilə qüvvətləndirdik. Əgər Allah istəsəydi, peyğəmbərlərdən sonra gələnlər özlərinə açıq-aydın dəlillər gəldikdən sonra bir-biriləri ilə vuruşmazdılar. Lakin onlar ixtilaf etdilər və bu səbəbdən ayrılığa düşdülər. Onlardan kimisi Allaha iman gətirdi, kimisi də, kafir oldu. Əgər Allah onların vuruşmamasını istəsəydi, onlar bir-biriləri ilə vuruşmazdılar. Lakin Allah istədiyini edər. İstədiyini rəhməti və lütfü ilə imana yönəldir, istədiyini isə ədaləti və hikməti ilə haqq yoldan azdırır.
Ey Allaha iman gətirib Onun rəsuluna tabe olan kimsələr! Qiyamət günü gəlməmişdən öncə, sizə ruzi verdiyimiz müxtəlif növlü halal mallardan Allah yolunda xərcləyin! O gün inasan, ona fayda verən bir şeyi qazanması üçün alış-verişin etməsi mümkün olmaz, çətin vaxta yardım edən dost, köməyə gəlməz və Allahın istədiyi və Özünün razı qaldığı kimsələr müstəsna olmaqla heç bir vasitəçi, ondan heç bir zərəri uzaqlaşdıra yaxud ona bir xeyir verə bilməz. Kafirlər, Uca Allaha küfür etdikləri üçün həqiqi zalımdırlar.
Allahdan başqa ibadətə layiq olan heç bir ilah yoxdur, O, Diridir. Ölüm və naqislik olmayan kamil həyata sahibdir. O, Özünü idarə edən, heç bir məxluqata ehtiyacı olmayan əksinə bütün məxluqat, hər bir işində Ona möhtac olan Qəyyumudur. O, kamil həyata və qəyyumluğa sahib olduğu üçün Onu, nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa hamısı yalnız Ona məxsusdur. Onun izni və razılığı olmadan Onun yanında kimsə başqasına şəfaət edə bilər O, məxluqatın olub keçmiş, hələ baş verməmiş və gələcəkdə baş verəcək bütün işlərini bilir. Onlar Uca Allahın elmindən, yalnız Onun, insanlara bildirmək istədiyindən başqa heç bir şey bilməzlər. Onun Kürsüsü -Kürsü: Rəbbin iki ayağını qoyduğu yerdir- göylər və yerin geniş və əzəmətli olmasına rəğmən bütünlüklə əhatə edir. Bunları qoruyub saxlamaq Ona çətin yaxud da ağır gəlməz. O, zatı, qüdrəti və hökmüranlığı ilə Ucadır, mülkündə və sultanlığında ən böyükdür.
Kiminsə İslam dininə daxil olamsı üçün məcburiyyət yoxdur. Çünki bu din, haqq və açıq-aydın bir dindir elə buna görə də kiminsə bu dinə daxil olması üçün məcburiyyətə ehtiyac yoxdur. Artıq doğru yol azğınlıqdan aydın fərqlənir. Hər kim Allahdan başqa hər bir ibadət olunanları inkar edib tək Allaha iman gətirərsə, artıq o, Qiyamət günü nicat tapmaq üçün heç vaxt qırılmayan, ən möhkəm səbəb ilə dindən yapışmış olar. Allah qullarının dedikləri hər bir şeyi eşidəndir, etdikləri hər bir şeyi biləndir və onların etdikləri əməllərin müqabilini verəcəkdir.
التفاسير:
من فوائد الآيات في هذه الصفحة:
• أن الله تعالى قد فاضل بين رسله وأنبيائه، بعلمه وحكمته سبحانه.
• Uca Allah Öz elmi və hikməti ilə rəsullarını və peyğəmbərlərini dərəcə baxımından bəzilərini digərlərindən üstün etmişdir.
• إثبات صفة الكلام لله تعالى على ما يليق بجلاله، وأنه قد كلم بعض رسله كموسى ومحمد عليهما الصلاة والسلام.
• Uca Allahın calalına layiq şəkildə kəlam sifətinin isbatı. Çünki O, Musa - aleyhissəlam - və Muhamməd (aleyhiməs-salətu vəs-səlləm) kimi bəzi rəsullahı ilə danışmışdır.
• الإيمان والهدى والكفر والضلال كلها بمشيئة الله وتقديره، فله الحكمة البالغة، ولو شاء لهدى الخلق جميعًا.
• İman, doğru yol, küfür və zəlalət bunların hamısı Allahın istəyi və qədəri ilədir. O, böyük hikmət sahibidir. Əgər Allah istəsəydi bütün məxluqatı doğru yola yönəldərdi.
• آية الكرسي هي أعظم آية في كتاب الله، لما تضمنته من ربوبية الله وألوهيته وبيان أوصافه .
• Kürsü ayəsi özlüyündə Allahın Rəbbliyini, İlahlığını və İzzət və Calal sahibi olan Allahın vəsflərini bəyan etdiyi üçün bu ayə, Allahın kitabında ən əzəmətli ayə hesab edilir.
• اتباع الإسلام والدخول فيه يجب أن يكون عن رضًا وقَبول، فلا إكراه في دين الله تعالى.
• İslama tabe olub və bu dinə daxil olmaq, mütləq razılıq və qəbul edərək olması vacibdir. Uca Allahın dinində məcburiyyət yoxdur.
• الاستمساك بكتاب الله وسُنَّة رسوله أعظم وسيلة للسعادة في الدنيا، والفوز في الآخرة.
• Allahın kitabından və rəsulunun sünnəsindən yapışmaq, dünyada səadətə, axirətdə isə qurtuluşa nail olmaq üçün ən böyük vasitədir.