ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាអាហ្ស៊ែរី

លេខ​ទំព័រ:close

external-link copy
253 : 2

۞ تِلۡكَ ٱلرُّسُلُ فَضَّلۡنَا بَعۡضَهُمۡ عَلَىٰ بَعۡضٖۘ مِّنۡهُم مَّن كَلَّمَ ٱللَّهُۖ وَرَفَعَ بَعۡضَهُمۡ دَرَجَٰتٖۚ وَءَاتَيۡنَا عِيسَى ٱبۡنَ مَرۡيَمَ ٱلۡبَيِّنَٰتِ وَأَيَّدۡنَٰهُ بِرُوحِ ٱلۡقُدُسِۗ وَلَوۡ شَآءَ ٱللَّهُ مَا ٱقۡتَتَلَ ٱلَّذِينَ مِنۢ بَعۡدِهِم مِّنۢ بَعۡدِ مَا جَآءَتۡهُمُ ٱلۡبَيِّنَٰتُ وَلَٰكِنِ ٱخۡتَلَفُواْ فَمِنۡهُم مَّنۡ ءَامَنَ وَمِنۡهُم مَّن كَفَرَۚ وَلَوۡ شَآءَ ٱللَّهُ مَا ٱقۡتَتَلُواْ وَلَٰكِنَّ ٱللَّهَ يَفۡعَلُ مَا يُرِيدُ

Biz sənə xəbər verdiyimiz elçilərin bəzilərini vəhy nazil etmə, tərəfdarlar və dərəcələr baxımından di­gərlə­rindən üstün etdik. Allah on­lar­dan Musa - aleyhissəlam - kimi bəzisi ilə danış­mış və Muhamməd (sallallahu aleyhi və səlləm) kimi bəzisini isə yüksək dərəcələrə qaldırmışdir, çünki Allah onu, bütün bəşəriyyətə peyğəmbər göndərmiş, peyğəmbərliyə onunla da xitam vermiş və ümmətini isə bütün ümmətlərdən üstün edilmişdir. Biz Məryəm oğlu İsaya onun peyğəmbərliyinə dəlalət edən: ölüləri dirildmək, anadangəlmə korları və cüzam xəstəliyinə tutulanları sağaldmaq kimi açıq-ay­dın möcüzələr ver­dik və Biz onu, Allahın əmrlərini yerinə yetirmək üçün Cəb­rail - aleyhissəlam - ilə qüvvətlən­dir­dik. Əgər Allah istəsəydi, peyğəmbərlərdən son­ra gə­lən­lər özlərinə açıq-aydın dəlil­lər gəl­dikdən sonra bir-bi­ri­ləri ilə vuruşmaz­dılar. La­kin onlar ixti­laf et­dilər və bu səbəbdən ayrılığa düşdülər. Onlar­dan ki­mi­si Allaha iman gətirdi, kimisi də, kafir oldu. Əgər Allah onların vuruşmamasını istə­səy­di, onlar bir-biriləri ilə vu­ruş­maz­­dılar. La­kin Allah istə­di­yini edər. İstədiyini rəhməti və lütfü ilə imana yönəldir, istədiyini isə ədaləti və hikməti ilə haqq yoldan azdırır. info
التفاسير:

external-link copy
254 : 2

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ أَنفِقُواْ مِمَّا رَزَقۡنَٰكُم مِّن قَبۡلِ أَن يَأۡتِيَ يَوۡمٞ لَّا بَيۡعٞ فِيهِ وَلَا خُلَّةٞ وَلَا شَفَٰعَةٞۗ وَٱلۡكَٰفِرُونَ هُمُ ٱلظَّٰلِمُونَ

Ey Allaha iman gətirib Onun rəsuluna tabe olan kimsələr! Qiyamət günü gəlməmişdən ön­cə, sizə ru­zi verdiyimiz müxtəlif növlü halal mallardan Allah yo­lunda xərcləyin! O gün inasan, ona fayda verən bir şeyi qazanması üçün alış-verişin etməsi mümkün olmaz, çətin vaxta yardım edən dost, köməyə gəlməz və Allahın istədiyi və Özünün razı qaldığı kimsələr müstəsna olmaqla heç bir vasitəçi, ondan heç bir zərəri uzaqlaşdıra yaxud ona bir xeyir verə bilməz. Kafir­lər, Uca Allaha küfür etdikləri üçün həqiqi za­lımdırlar. info
التفاسير:

external-link copy
255 : 2

ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّا هُوَ ٱلۡحَيُّ ٱلۡقَيُّومُۚ لَا تَأۡخُذُهُۥ سِنَةٞ وَلَا نَوۡمٞۚ لَّهُۥ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۗ مَن ذَا ٱلَّذِي يَشۡفَعُ عِندَهُۥٓ إِلَّا بِإِذۡنِهِۦۚ يَعۡلَمُ مَا بَيۡنَ أَيۡدِيهِمۡ وَمَا خَلۡفَهُمۡۖ وَلَا يُحِيطُونَ بِشَيۡءٖ مِّنۡ عِلۡمِهِۦٓ إِلَّا بِمَا شَآءَۚ وَسِعَ كُرۡسِيُّهُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَۖ وَلَا يَـُٔودُهُۥ حِفۡظُهُمَاۚ وَهُوَ ٱلۡعَلِيُّ ٱلۡعَظِيمُ

Allahdan başqa ibadətə layiq olan heç bir ilah yoxdur, O, Diridir. Ölüm və naqislik olmayan kamil həyata sahibdir. O, Özünü idarə edən, heç bir məxluqata ehtiyacı olmayan əksinə bütün məxluqat, hər bir işində Ona möhtac olan Qəyyumudur. O, kamil həyata və qəyyumluğa sahib olduğu üçün Onu, nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa hamısı yalnız Ona məxsusdur. Onun izni və razılığı olmadan Onun yanında kimsə başqasına şəfaət edə bilər O, məxluqatın olub keçmiş, hələ baş verməmiş və gələcəkdə baş verəcək bütün işlərini bilir. Onlar Uca Allahın elmindən, yalnız Onun, insanlara bildirmək istədiyindən başqa heç bir şey bilməzlər. Onun Kürsüsü -Kürsü: Rəbbin iki ayağını qoyduğu yerdir- göylər və yerin geniş və əzəmətli olmasına rəğmən bütünlüklə əhatə edir. Bunları qoruyub saxlamaq Ona çətin yaxud da ağır gəlməz. O, zatı, qüdrəti və hökmüranlığı ilə Ucadır, mülkündə və sultanlığında ən böyükdür. info
التفاسير:

external-link copy
256 : 2

لَآ إِكۡرَاهَ فِي ٱلدِّينِۖ قَد تَّبَيَّنَ ٱلرُّشۡدُ مِنَ ٱلۡغَيِّۚ فَمَن يَكۡفُرۡ بِٱلطَّٰغُوتِ وَيُؤۡمِنۢ بِٱللَّهِ فَقَدِ ٱسۡتَمۡسَكَ بِٱلۡعُرۡوَةِ ٱلۡوُثۡقَىٰ لَا ٱنفِصَامَ لَهَاۗ وَٱللَّهُ سَمِيعٌ عَلِيمٌ

Kiminsə İslam dininə daxil olamsı üçün məcburiyyət yox­dur. Çünki bu din, haqq və açıq-aydın bir dindir elə buna görə də kiminsə bu dinə daxil olması üçün məcburiyyətə ehtiyac yoxdur. Ar­tıq doğru yol azğınlıq­dan ay­dın fərqlə­nir. Hər kim Allahdan başqa hər bir ibadət olunanları inkar edib tək Allaha iman gətirərsə, artıq o, Qiyamət günü nicat tapmaq üçün heç vaxt qırılmayan, ən möhkəm səbəb ilə dindən yapış­mış olar. Allah qullarının dedikləri hər bir şeyi eşi­dəndir, etdikləri hər bir şeyi bi­ləndir və onların etdikləri əməllərin müqabilini verəcəkdir. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• أن الله تعالى قد فاضل بين رسله وأنبيائه، بعلمه وحكمته سبحانه.
• Uca Allah Öz elmi və hikməti ilə rəsullarını və peyğəmbərlərini dərəcə baxımından bəzilərini digərlərindən üstün etmişdir. info

• إثبات صفة الكلام لله تعالى على ما يليق بجلاله، وأنه قد كلم بعض رسله كموسى ومحمد عليهما الصلاة والسلام.
• Uca Allahın calalına layiq şəkildə kəlam sifətinin isbatı. Çünki O, Musa - aleyhissəlam - və Muhamməd (aleyhiməs-salətu vəs-səlləm) kimi bəzi rəsullahı ilə danışmışdır. info

• الإيمان والهدى والكفر والضلال كلها بمشيئة الله وتقديره، فله الحكمة البالغة، ولو شاء لهدى الخلق جميعًا.
• İman, doğru yol, küfür və zəlalət bunların hamısı Allahın istəyi və qədəri ilədir. O, böyük hikmət sahibidir. Əgər Allah istəsəydi bütün məxluqatı doğru yola yönəldərdi. info

• آية الكرسي هي أعظم آية في كتاب الله، لما تضمنته من ربوبية الله وألوهيته وبيان أوصافه .
• Kürsü ayəsi özlüyündə Allahın Rəbbliyini, İlahlığını və İzzət və Calal sahibi olan Allahın vəsflərini bəyan etdiyi üçün bu ayə, Allahın kitabında ən əzəmətli ayə hesab edilir. info

• اتباع الإسلام والدخول فيه يجب أن يكون عن رضًا وقَبول، فلا إكراه في دين الله تعالى.
• İslama tabe olub və bu dinə daxil olmaq, mütləq razılıq və qəbul edərək olması vacibdir. Uca Allahın dinində məcburiyyət yoxdur. info

• الاستمساك بكتاب الله وسُنَّة رسوله أعظم وسيلة للسعادة في الدنيا، والفوز في الآخرة.
• Allahın kitabından və rəsulunun sünnəsindən yapışmaq, dünyada səadətə, axirətdə isə qurtuluşa nail olmaq üçün ən böyük vasitədir. info