Həqiqətən, göylərin və yerin və onların arasında olan təəccüblü məxluqların yaradılmasında, gecə ilə gündüzün bir-birini ardınca əvəz etməsində, içərisində: yemək, paltar, ticarət malları və s. insanlar üçün mənfəətli şeylər olan gəmilərin dəniz sularında üzməsində, Allahın göydən yağmur yağdıraraq yer üzünü yenidən dirildib orada bitki bitirməsində, müxtəlif növ məxluqatın yer üzünün hər bir tərəfinə yaymasında, küləklərin bir tərəfdən başqa bir tərəfə istiqamətini dəyişməsində və göylə yer arasında ram edilmiş buludların bir səmtdən başqa səmtə döndərilməsində başa düşən, ağıl sahibləri üçün Allahın təkliyinə dəlalət edən açıq-aydın əlamətlər vardır.
Uca Allahın varlığına dəlalət edən bu açıq-aydın ayətlərin olmasına baxmayaraq insanlardan elələri də vardır ki, Allahdan qeyrilərini özlərinə ilah qəbul edib, onları uca Allaha tay tutur və onları da Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allaha olan sevgisi, onların Allahdan qeyrilərinə ibadət ediklərinə olan sevgisindən daha güclüdür. Çünki möminlər heç bir şeyi Allaha şərik qoşmaz və Allahı daima, xoş və çətin vaxtlarında da sevərlər. Amma onlar isə öz ilahlarını yalnız xoş vaxtlarında sevərlər, çətin vaxtlarında isə ancaq Allaha dua edərlər. Kaş ki, Allaha şərik qoşmaq və günah işlər görməklə özlərinə zülm edən kimsələr axirətdə onlara olan əzabı gördükləri zaman bütün qüvvətin yalnız tək Allaha məxsus olduğunu və Allahın, Ona asi olanlara qarşı şiddətli əzab verdiyini görəydilər. Əgər onlar bunu görsəydilər heç vaxt Allaha şərik qoşmazdılar.
Belə ki, onlar Qiyamət gününün şiddətətli əzabını gördükdə, tabe olunmuş başçılar onlara tabe olan zəyif kimsələrdən uzaqlaşacaqlar və elə bu zaman onlar aralarındakı hər bir nicat əlaqələri kəsiləcəkdir.
Zəif və başçılarına tabe olan kimsələr deyəcəklər: "Kaş, bizim dünyaya bir daha dönüməyə imkanımız olaydı, indi başçılrımız bizdən uzaqlaşdıqları kimi, biz də onlardan uzaqlaşardıq". Allah Qiyamət günü onlara şiddətli əzabı göstərdiyi kimi, onların batil üzərində başçılarına tabe olduqlarını sonda peşmançılıq və hüzündən başqa bir şey olmadığını göstərəcəkdir və onlar cəhənnəm odundan əbədiyyən çıxa bilməzlər.
Ey insanlar! Yer üzündəki əti pak olan heyvanlardan, yerin bitirdiyi bitki və ağacların meyvəsindən, həmçinin, halal yolla qazanılan təmiz qidalardan yeyin və sizi Allahın yolundan azdıran şeytanın yolu ilə getməyin! Həqiqətən, o, sizə düşmənçilik bəlli olan, sizin açıq-açığına düşməninizdir. Heç bir ağıllı insana ona əziyət verməyə və onu Allahın yolundan azdırmağa həris düşməninin ardınca getmək caiz deyildir.
Çünki şeytan sizə yalnız günah işlər görməyi və Allahın dinindən Allahın yaxud da ki, peyğəmbərlərin xəbər vermədiy bilmədiyiniz şeyləri söyləməyi əmr edər.
التفاسير:
من فوائد الآيات في هذه الصفحة:
• المؤمنون بالله حقًّا هم أعظم الخلق محبة لله؛ لأنهم يطيعونه على كل حال في السراء والضراء، ولا يشركون معه أحدًا.
• Allaha həqiqi iman edən möminlər Allaha ən çox məhəbbət bəsləyən kimsələrdir, çünki onlar, Allaha çətin və xoş vaxtlarında da tabe olurlar və Ona heç bir şeyi şərik qoşmazlar.
• في يوم القيامة تنقطع كل الروابط، ويَبْرَأُ كل خليل من خليله، ولا يبقى إلا ما كان خالصًا لله تعالى.
• Qiyamət günü dünyada ikən insanlar arasında olan bütün əlaqələr kəsiləcək, hər bir dost dostundan uzaq duracaq ancaq Allah üçün xalis dost olan kimsələr qalacaq.
• التحذير من كيد الشيطان لتنوع أساليبه وخفائها وقربها من مشتهيات النفس.
• Şeytanın insanı azdırması üçün yollarının çoxlu, bu yolların cizli və nəfsə xoş gələn olduğu üçün onu şeytanın hiyləsindən çəkinirmək.