Kim yaxşı əməllər etməklə müvəqqəti dünya həyatını istəsə və axirət həyatına iman etməyib heç buna əhəmiyyət verməsə, dünya həyatında onun istədiyi kimi yox, yalnız Bizim onun üçün istədiyimiz nemətləri dərhal ona verərik. Nəhayət, Qiyamət günü onu, müvəqqəti dünya həyatını, əbədi axirət həyatından üstün tutduğuna görə qınanmış və Allahın rəhmətindən qovulmuş halda, hərarətindən əzab çəkəcəyi Cəhənnəm atəçinə daxil edərik.
Kim də yaxşı əməllər etməklə axirət həyatını istəyərək riyadan və şan-şöhrətdən uzaq olarsa və Allahın iman etməsini vacib etdiyi şeylərə iman edərsə, məhz bu vəsflərə sahib olan kimsələr Allah yanında əməlləri qəbul edilən kimsələrdir. Allah bu kimsələrin etdikləri yaxşı əməllərinin mükafatın onlara verəcəkdir.
Ey Peyğəmbər! Rəbbin, günahkar və sleh olan hər iki insan toplumuna Öz nemətlərini naqislik edilmədən kamil şəkildə əta edər. Rəbbinin əta etdiyi bu nemətlər dünyada ikən nə günahkara, nə də saleh bir kimsəyə qadağan edilməz.
Ey Peyğəmbər! İnsanların günahkar və ya saleh olmasından aslı olmayaraq dünyada ikən onların birini digərindən var-dövlət, cah-cəlal və san-şöhrət baxımından necə üstün etdyimizə bir fikir ver. Axirətdə verilən nemətlər isə dünya həyatında verilən nemətlərdən dərəcə baxımından daha fərqli və daha böyükdür. Elə isə qoy mömin kimsə, axirət nemətlərinə nail olmaq üçün daha çox həris olsun!
Ey İnsan! Özünə, Allahla yanaşı başqa məbud qəbul edib, ona ibadət etmə. Yoxsa Allah yanında qınanmış və saleh qullar yanında təriflənməyən, rəzil, alçaq hala düşən və başlı-başına buraxılmış bir vəziyyətdə qalarsan.
Ey İnsan! Rəbbin yalnız Ona ibadət etməyi, Ondan başqa heç bir məbuda ibadət etməməyi və ata-ana ilə, ələlxüsus da onların qocalıq vaxtında yaxşı davranmağı əmr etmişdir. Əgər ata-anadan hər hansı biri və ya hər ikisi sənin yanında qocalıq yaşına çatarsa, onlara, qəlblərini qıran bir söz belə demə, üstlərinə qışqırıb onlarla kobud, sərt və qaba rəftar etmə, əksinə, onlarla gözəl əxlaqla rəftar edib, onlara xoş, ürəyəyatan və yumşaq söz söylə!
Onların hər ikisinə rəhm və təvazökarlıq edərək: "Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib böyütdükləri üçün bu gün də Sən onlara mərhəmət et!" – de.
Ey İnsanlar! Rəbbiniz, Ona etdiyiniz ibadətləri, gördüyünüz saleh əməlləri və ata-anaya yaxşılıq edərkən qəlbinizdəki ixlası çox yaxşı bilir. Əgər etdiyiniz ibadətlərinizdə, ata-anaya və başqalarına qarşıolan rəftarınızda niyyətiniz yaxşı olarsa, bilin ki, həqiqətən də, Uca Allah, günah etdikdən sonra tövbə edib, Allaha tərəf qayıdanları bağışlayandır. Kim, Allahın və valideyinlərinin itaətdində yol verdiyi naqislikdən tövbə edərsə, Uca Allah onu bağışlayıb, əfv edər!
Ey Mömin! Qohuma, yoxsula, azüqəsi tükənib yarı yolda qalmış müsafirə haqqını ver. Allahın sənə bəxş etdiyi malı, Allaha asi olan şeylərə və ya israf edərək gərəksiz yerə sərf etmə!
Şübhəsiz ki, mallarını Allaha asi olan yerlərə sərf edib, israfçılıqla xərcləyənlər şeytanların qardaşlarıdır. Şeytan onlara, mallarını israf edərək xərcləmələrini əmr edər, onlarda şeytanın əmrinə boyun əyib malllarını şeytanın istədiyi kimi xərcləyərlər. Şeytan isə Rəbbinə qarşı çox nankor bir məxluqdur. O yalnız günah işlər görər və yalnız Rəbbini qəzəbləndirən şeyləri əmr edər.
التفاسير:
من فوائد الآيات في هذه الصفحة:
• ينبغي للإنسان أن يفعل ما يقدر عليه من الخير وينوي فعل ما لم يقدر عليه؛ ليُثاب على ذلك.
• İnsan, gücü yetən yaxşı əməllər etməli, gücü yetməyən əməllərin də savabına nail olması üçün onu etməyə niyyət etməsi gərəkdir.
• أن النعم في الدنيا لا ينبغي أن يُسْتَدل بها على رضا الله تعالى؛ لأنها قد تحصل لغير المؤمن، وتكون عاقبته المصير إلى عذاب الله.
• Uca Allahın bu dünyada kiməsə bol nemətlər bəxş etməsi heç də Allahın ondan razı olması anlamına gəlmir. Çünki bu nemətlər mömindən qeyrisinədə verilə bilər, sonda isə o, Allahın əzabına məruz qalmış kimsə olar.
• الإحسان إلى الوالدين فرض لازم واجب، وقد قرن الله شكرهما بشكره لعظيم فضلهما.
• Ata-anaya yaxşılıq etmək fərzdir. Onların övlad üzərinəki olan haqqlarının böyüklüyündən dolayı,uca Allah, ata-anaya şükür etməyi, Özünə şükür etməklə bir yerdə zikir etmişdir.
• يحرّم الإسلام التبذير، والتبذير إنفاق المال في غير حقه.
• İslam israfçılıq etməyi hamar buyurmuşdur. İsrafçılıq: malı gərəksiz və ya lazımsız yerə sərf etməkdir.