Allahın özlərinə əmr etdiyi ibadətləri yerinə yetirib, qadağan etdiyi haramlardan uzaq duraraq yaxşı iş görənlər üçün ən yaxşı mükafat, Cənnət mükafatı və bundan da üstünü - Allaha baxmaq vardır. Onların üzünü nə bir qubar, nə də bir zillət, nə də ki, rəzalət bürüyər. Bu yaxşı əməl sahibləri Cənnət sakinləridirlər və onlar orada əbədi qalacaqlar.
Allah, küfr və asiliklər edərək pis işlər görənlərə axirətdə, etdikləri pisliyin cəzasını yalnız onun misli qədər verər. Onların üzlərini zillət və rəzalət bürüyər. Allah onlara əzab göndərdiyi zaman Allahın əzabından onları qoruya biləcək bir kimsə tapılmaz. Cəhənnəm atəşinin şiddətli hərarətindən və tüstüsündən onların üzləri sanki zülmət gecənin parçalarına bürünər. Belə sifətlərə sahib olan kimsələr Cəhənnəm sakinləridir və onlar orada əbədi qalacaqlar.
Ey Peyğəmbər! Biz Qiyamət günü bütün məxluqatın hamısını bir yerə toplayacaq, sonra da dünyada ikən Allaha şərik qoşan müşriklərə: "Ey müşriklər! Siz də, dünyada ikən Allahı qoyub Ona şərik qoşaraq ibadət etdiyiniz şərikləriniz də öz yerinizdə qalın!" – deyəcəyik. Biz məhz o gün ibadət edənlərlə, ibadət edilənlərin arasını ayıracağıq. O zaman ibadət edilənlər, onlara ibadət edənlərdən uzaq duraraq belə deyəcəklər: "Siz dünyada bizə ibadət etmirdiniz".
Bu zaman Allahdn başqa ibadət etdikləri bütləri onlardan uzaq duraraq onlara: "Allaha şahiddir. Onun şahid olması bizə kifayət edər. Biz sizin, bizə ibadət etmənizə razı olmadıq, bizə ibadət etmənizidə əmr etmədik və heç sizin bizə ibadət etmənizidə hiss etmədik" – deyəcəklər.
Allah əzəmətli məhşər günü hər kəsə dünya həyatında törətdiklərini xəbər verəcəkdir. Müşriklər isə haqq-hesaba çəkilmək üçün Haqq olan Rəbbinin hüzuruna qaytarılacaq, onlara şəfaətçi olacağını iddia etdikləri bütləri isə onlardan uzaqlaşacaqlar.
Ey Peyğəmbər! Allaha şərik qoşan o müşriklərə de: "Göydən yağmur endirərək sizə ruzi verən kimdir? Yerdən birki və yaxud yerin altındakı sərvətləri üzə çıxararaq sizə yerdən ruzi verən kimdir? Nütfədən insan, yumurtadan da quş çıxardığı kimi, ölüdən diri, canlıdan nütfə, quşdan da yumurta çıxardığı kimi, ölüdən diri çıxaran kimidir? Göyləri, yeri idarə edib və onların arasında olan bütün məxluqatın işlərini yoluna qoyan kimdir?" Onlar sənə: "Bütün bunların hamısını edən: "O, Allahdır!" – deyəcəklər: Ey Peyğəmbər! Elə isə onlara de: "Məgər siz bunu anlamırsınız? Belə olduğu təqdirdə, Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinərək Ondan qorxmayacaqsınızmı?!
Ey insanlar! Bunların hamısını edən, sizi yaradan, işlərinizi yoluna qoyan Haqq olan Allahdır. Haqqı bildikdən sonra ondan uzaq düşüb, zəlalətə yönəlməkdən başqa nə ola bilər?! Axı, bu açıq-aydın haqqı görüb, sonra necə onu qəbul etmirsiniz?!
Ey Peyğəmbər! Allahın həqiqi Rəbb olduğu beləcə isbat edildiyi kimi, inadkarlıq edib, Allahın itaətindən çıxmış kimsələrin iman gətirməyəcəkləri üçün, Rəbbinin əzəldən yazdığı hökmü onlara belə vacib oldu.
التفاسير:
من فوائد الآيات في هذه الصفحة:
• أعظم نعيم يُرَغَّب به المؤمن هو النظر إلى وجه الله تعالى.
• Mömini yaxşı əməllər etməyə rəğbətləndirən ən əzəmətli nemət, Uca Allahın üzünə baxmaqdır.
• بيان قدرة الله، وأنه على كل شيء قدير.
• Allahın qüdrətinin və Onun hər bir şeyə qadir olmasının bəyanı.
• التوحيد في الربوبية والإشراك في الإلهية باطل، فلا بد من توحيدهما معًا.
• Rübubiyyə tövhidini qəbul edib, üluhiyyə tövhidində Allaha şərik qoşmaq batildir. Allaha həm rübubiyyə, həm də üluhiyyə tövhidini bir yerə cəm edərək ibadət etmək vacibdir.
• إذا قضى الله بعدم إيمان قوم بسبب معاصيهم فإنهم لا يؤمنون.
• Əgər Allah bir gövmə günahları səbəbindən onların iman gətirməyəcəyinə hökm verərsə, onlar əsla iman gətirməzlər.