Müşriklərə üz verən quraqlıq və çətinlikdən sonra yağış, bərəkət və ya bolluq daddırdığımız zaman onlar ayələrimizə istehza edib, təkzib edərlər. Ey Peyğəmbər: O müşriklərə de: "Allah daha tez hiylə quran və sizə tez bir zamanda əzab verməyə qadir olandır". Şübhəsiz ki, onların əməllərini yazan mələklər qurduqları hiylələrin hamısını, heç bir naqislik edilmədən əməl dəftərlərinə yazırlar. Axı bu Allaha necə gizli qala bilər?! Allah onların qurduqları hiyləyərinə görə cəzalarını verəcəkdir.
Ey İnsanlar! Sizi quruda ayaqlarınız yaxud miniyiniz üzərində gəzdirən və dənizdə gəmilərlə hərəkət etdirən Allahdır. Siz dənizdə ikən gəmilərdə olduğunuz, gəmilər də içindəkiləri xoş bir küləklə üzüb getdiyi və onlar bu xoş küləyin əsməsinə sevindikləri zaman birdən güclü külək əsib dənizdə fırtına qopar və dalğalar hər yandan onların üstünə gələr. Dalğaların onları bürüyüb həlak edəcəyini yəqin etdikdə isə, tək Allaha, Ona heç bir şeyi şərik qoşmadan, ixlasla yalvarıb-yaxarıb deyərlər: "Əgər bizi təhlükəli bəladan xilas etsən, biz mütləq, bizə bəxş etdiyin nemətlərə görə sənə şükür edənlərdən olarıq".
Allah onların dualarına cavab verib, düşdükləri təhlükədən xilas etdikdə isə onlar yer üzündə küfr, asilik və günahlar edərlər. Ey insanlar! Ayılın, bilin ki, etdiyiniz günahlar yalnız sizin öz əleyhinizədir. Sizin günahlar etməniz, Allaha heç bir zərər verməz. Siz günahlar etməklə bu fani dünya həyatında zövq alırsınız. Sonra isə Qiyamət günü dönüşünüz yalnız Bizə olacaq, Biz dünyada ikən etdiyiniz günahları sizə xəbər verəcək və hər bir kəsin əməlinin mükafatını verəcəyik.
Zövq aldığınız bünya həyatının qısa bir müddətdə sürətlə fani olmasının misalı göydən düşən yağışın misalına bənzəyir ki, onun sayəsində insanların yediyi meyvə yaxud dənli bitkilərə və heyvanların yediyi otlara qatışar. Nəhayət, yer öz bərbəzəyinə bürünüb, rəngarəng bitkiləri ilə gözəl görsəndiyi və sakinləri onun məhsulunu yığmağa qadir olduqlarını güman etdikləri zaman onların məhv olması əmrimiz yerə yetişər. Biz onu məhsulunu, sanki yaxın bir vaxtda ağaclar və bitkilərlə göz oxşayan məhsulun olmamış kimi bir hala gətirərik. Biz sizə bünya həyatının qısa bir müddətdə sürətlə fani olmasının bəyan etdiyimiz kimi, dəlillərimizi də düşünüb ibrət alan bir qövm üçün beləcə izah edirik!
Allah bütün bəndələrini, hər bir qəm-qüssədən uzaq, müsibətdən salamat və heç bir zaman ölüm olmauan əmin-amanlıq yurduna – Cənnətə çağırır. Allah bəndələrindən kimi istəyirsə, bu əmin-amanlıq yurduna aparan İslam dininə müvəffəq edir!
التفاسير:
من فوائد الآيات في هذه الصفحة:
• الله أسرع مكرًا بمن مكر بعباده المؤمنين.
• Allah, Onun mömin bəndələrinə hiylə işlədənlərə qarşı tez bir zamanda tədbir görəndir.
• بغي الإنسان عائد على نفسه ولا يضر إلا نفسه.
• İnsanın günahlar etməsi öz əleyhinədir O, bununla yalnız özünə zərər verə bilər.
• بيان حقيقة الدنيا في سرعة انقضائها وزوالها، وما فيها من النعيم فهو فانٍ.
• Dünya və orada olan nemətlərin qısa bir müddət ərzində sürətlə fani olmasının bəyan etməklə, dünya həyatının həqiqətini ortaya qoymaq.
• الجنة هي مستقر المؤمن؛ لما فيها من النعيم والسلامة من المصائب والهموم.
• Cənnət mömin kimsənin qərar tutacağı son mənzildir. Cənnət, hər bir qəm-qüssədən uzaq, içərisində əmin-amalıq və bol-bol nemətlər olan bir yerdir.