Əzabı öz gözləri ilə gördükləri an, Yunusun qövmü müstəsna olmaqla, özlərinə elçilərimizi göndərdiyimiz diyarlardan hər hansı bir diyar azabı görmədən öncə qəbul olunan iman gətirib imanı özünə fayda verən bir diyar əhli olmadı. Yunusun qövmü həqiqi iman gətirəndə onlardan dünya həyatında zilləti və rüsvayçılıq əzabını sovuşdurduq və onlara əcəlləri çatana qədər fani nemətlərdən faydalanmaq imkanı verdik.
Ey Peyğəmbər! Əgər Rəbbin yer üzündə olanların hamısının iman etməsini istəsəydi, bu zaman onlar hamısı iman gətirərdi. Lakin Allah müəyyən bir hikmətə görə bunu istəmədi. O, istədiyini Öz ədaləti ilə azdırır və istədiyini də Öz lütfü ilə doğru yola yönəldir. İnsanların iman etmələri üçün onları buna məcbur etmək sənin başardığın bir iş deyil. Onları imana müvəffəq etmək yalnız Allahın əlində olan bir işdir.
Allahın icazəsi olmadan kimsə öz istəyi ilə iman gətirə bilməz. Çünki iman gətirmək yalnız Allahın icazəsi ilə olur. Sən onlara görə özünü üzüb həlak etmə. Allah əzabı və rüsvayçılığı Onun dəlillərini, əmrlərini və qadağalarını anlamayanların üzərinə edər.
Ey Peyğəmbər! Səndən Allahın ayələri barədə soruşan müşriklərə de: "Göylərdə və yerdə Allahın təkliyinə və qüdrətinə dəlalət edən ayələri bir düşünün! Küfr əməllərdə israr etdikləri üçün iman gətirməyə hazır olmayan kimsələrə ayələrin, dəlillərin və elçilərin göndərilməsi heç bir fayda verməz.
Yoxsa ayələri yalan sayan bu kimsələr, Allahın, yalan sayan əvvəlki ümmətlərə göndərmiş əzabının bənzərini onlarında göndərməyinimi gözləyirlər? Ey Peyğəmbər! Onlara de: "Elə isə, Allahın əzabını gözləyin! Şübhəsiz ki, mən də sizinlə birlikdə Rəbbimin mənə verdiyi vədin gəlməsini gözləyənlərdənəm".
Sonra ayələrimizi yalan sayan kimsələrə əzabımızı göndərər, elçilərimizi və onlarla birgə Allaha iman gətirən möminləri o əzabdan xilas edərik və beləliklə də, iman gətirən kimsələrə qövmlərinə göndərilən əzab onlara toxunmaz. Biz o elçiləri və onlarla birgə iman gətirən möminləri əzabdan xilas etdiyimiz kimi, Allahın elçisi Muhəmmədi (sallallahu aleyhi və səlləm) və ona iman gətirən mömiləri də əzabdan xilas etmək Bizim üzərimizdə vacib olan haqqdır.
Ey Peyğəmbər! De: "Ey insanlar! Əgər siz, mənim sizi dəvət etdiyim tövhid dinimə, şəkk-şübhə edirsinizsə, bilin ki, məndə sizin dininizin batil bir din olduğuna yəğinliklə əminəm, dininizə əsla tabe olmaram və mən sizin Allahdan başqa ibadət etdiklərinizə ibadət etmərəm. Lakin mən, canınızı alacaq tək Allaha ibadət edirəm. Allah mənə, ixlasla Ona ibadət edən möminlərdən olmağı əmr etmişdir".
Ey Peyğəmbər! Allahı qoyub, sənə nə fayda, nə də zərər verə bilən tanrılara və bütlərə yalvarma. Əgər sən onlara ibadət etsən, sözsüz ki, Allahın və onların haqqını tapdalayaraq həddi aşan zalımlardan olarsan!
التفاسير:
من فوائد الآيات في هذه الصفحة:
• الإيمان هو السبب في رفعة صاحبه إلى الدرجات العلى والتمتع في الحياة الدنيا.
• İman, insanın yüksən dərəcələrə nail olmasına və dünya həyatından dünya nemətlərindən səmərəli istifadə etməsinə səbəbdir.
• ليس في مقدور أحد حمل أحد على الإيمان؛ لأن هذا عائد لمشيئة الله وحده.
• Kimsə bir insana imanı sevdirməyə qadir deyil. Çünki bu, yalnız Uca Allahın istəyinə bağlı olan bir işdir.
• لا تنفع الآيات والنذر من أصر على الكفر وداوم عليه.
• Küfr əməllərdə israr edib və bu əməlləri tərk etməyən kimsəyə, ayələrin və ya peyğəmbərlərin gəlməsi heç bir fayda verməz.
• وجوب الاستقامة على الدين الحق، والبعد كل البعد عن الشرك والأديان الباطلة.
• Haqq din üzərində sabit qalmağın, Allaha şərik qoşmaqdan və batil dinlərdən uzaq olmağın vacibliyi.