Bản dịch ý nghĩa nội dung Qur'an - 简易古兰经经注阿塞拜疆语版

əl-Bələd

Trong những ý nghĩa của chương Kinh:
بيان افتقار الإنسان وكبده وسبل نجاته.
İnsanın ehtiyac və çətinlik içində olmasının, üstəlik, bundan qurtulmağı yolunun bəyan edilməsi. info

external-link copy
1 : 90

لَآ أُقۡسِمُ بِهَٰذَا ٱلۡبَلَدِ

Allah toxunulmaz şəhərə - çox möhtərəm Məkkəyə and içir. info
التفاسير:

external-link copy
2 : 90

وَأَنتَ حِلُّۢ بِهَٰذَا ٱلۡبَلَدِ

Ey Peyğəmbər! Sənin bu şəhərdə gördüyün işlər - öldürülməyə layiq olan kimsəni öldürməyin, əsir götürülməyə layiq olan kimsəni də, əsir götürməyin sənə halal sayılır. info
التفاسير:

external-link copy
3 : 90

وَوَالِدٖ وَمَا وَلَدَ

Uca Allah, həmçinin, bəşər valideyninə və ondan törəyən övladlara and içir. info
التفاسير:

external-link copy
4 : 90

لَقَدۡ خَلَقۡنَا ٱلۡإِنسَٰنَ فِي كَبَدٍ

Doğrusu Biz insanı, dünyada çəkdiyi çətinliklər səbəbindən onu məşəqqətlər içində xəlq etdik. info
التفاسير:

external-link copy
5 : 90

أَيَحۡسَبُ أَن لَّن يَقۡدِرَ عَلَيۡهِ أَحَدٞ

Yoxsa insan günah işlətdiyi zaman heç kimsənin hətta onu yaradan Rəbbinin ona gücü çatmayacağını və ondan intiqam almayacağını güman edir?! info
التفاسير:

external-link copy
6 : 90

يَقُولُ أَهۡلَكۡتُ مَالٗا لُّبَدًا

O deyər: "Mən saysız-hesabsız çoxlu mal-dövlət xərcləmişəm". info
التفاسير:

external-link copy
7 : 90

أَيَحۡسَبُ أَن لَّمۡ يَرَهُۥٓ أَحَدٌ

Yoxsa bu lovğa adam Allahın onu görmədiyini, bu mal-dövlətə görə onu haqq-hesaba çəkməyəcəyini - onu haradan qazandığını və nəyə xərclədiyini soruşmayacağını güman edir?! info
التفاسير:

external-link copy
8 : 90

أَلَمۡ نَجۡعَل لَّهُۥ عَيۡنَيۡنِ

Məgər Biz ona görən iki göz vermədikmi?! info
التفاسير:

external-link copy
9 : 90

وَلِسَانٗا وَشَفَتَيۡنِ

Həmçinin, sayəsində danışdığı bir dil və iki dodaq vermədikmi?! info
التفاسير:

external-link copy
10 : 90

وَهَدَيۡنَٰهُ ٱلنَّجۡدَيۡنِ

Biz ona haqq və batil yolu göstərmədikmi?! info
التفاسير:

external-link copy
11 : 90

فَلَا ٱقۡتَحَمَ ٱلۡعَقَبَةَ

O kimsədən, onu Cənnətdən ayıran sərt yoxuşu aşıb keşməsi üçün səy göstərməsi tələb olunur. info
التفاسير:

external-link copy
12 : 90

وَمَآ أَدۡرَىٰكَ مَا ٱلۡعَقَبَةُ

Ey Peyğəmbər! Sən nə bilirsən onun üstündən aşıb Cənnətə girmək istədiyi sərt yoxuş nədir?! info
التفاسير:

external-link copy
13 : 90

فَكُّ رَقَبَةٍ

Bu, kişi və ya qadın olmasından aslı olmayaraq bir kölə azad etməkdir. info
التفاسير:

external-link copy
14 : 90

أَوۡ إِطۡعَٰمٞ فِي يَوۡمٖ ذِي مَسۡغَبَةٖ

Yaxud yeməyin az tapıldığı aclıq günündə ehtiyacı olan kimsəyə yemək verməkdir. info
التفاسير:

external-link copy
15 : 90

يَتِيمٗا ذَا مَقۡرَبَةٍ

Özü də, qohumluğu çatan, atasını itirmiş bir uşağa, info
التفاسير:

external-link copy
16 : 90

أَوۡ مِسۡكِينٗا ذَا مَتۡرَبَةٖ

Yaxud heç bir şeyi olmayan fəqirə. info
التفاسير:

external-link copy
17 : 90

ثُمَّ كَانَ مِنَ ٱلَّذِينَ ءَامَنُواْ وَتَوَاصَوۡاْ بِٱلصَّبۡرِ وَتَوَاصَوۡاْ بِٱلۡمَرۡحَمَةِ

Sonra isə Allaha iman gətirənlərdən, (Allaha) itaət etməkdə, asiliklərdən çəkinməkdə və müsibətlərə səbir etməkdə bir-birinə səbirli olmağı tövsiyə edənlərdən və bir-birinə Allahın qullarına mərhəmət göstərməyi tövsiyə edənlərdən olmaqdır. info
التفاسير:

external-link copy
18 : 90

أُوْلَٰٓئِكَ أَصۡحَٰبُ ٱلۡمَيۡمَنَةِ

Bu xislətləri özündə cəm edən kimsələr - məhz onlar sağ tərəf sahibləridir. info
التفاسير:
Trong những bài học trích được của các câu Kinh trên trang này:
• عتق الرقاب، وإطعام المحتاجين في وقت الشدة، والإيمان بالله، والتواصي بالصبر والرحمة: من أسباب دخول الجنة.
Kölə azad etmək, ehtiyaclı olan kəslərə çətin vaxtda yemək vermək, Allaha iman gətirmək, bir-birinə səbirli olmağı və bir-birinə mərhəmət göstərməyi tövsiyə etmək, Cənnətə girmək üçün səbəblərdir. info

• من دلائل النبوة إخباره أن مكة ستكون حلالًا له ساعة من نهار.
Uca Allahın, vaxtı çatanda günün bir hissəsində Məkkəni Muhəmmədə (səllallahu aleyhi və səlləm) halal ediləcəyi barədə xəbər verməsi, peyğəmbərlik möcüzələrindəndir. info

• لما ضيق الله طرق الرق وسع طرق العتق، فجعل الإعتاق من القربات والكفارات.
Allah kölə etmə yollarını daraltdıqda, kölə azad etmə yollarını genişləndirdi, beləliklə də, kölə azad etməyi, Allaha yaxınlaşdıran və günahları silib aparan əməllərdən biri etdi. info

external-link copy
19 : 90

وَٱلَّذِينَ كَفَرُواْ بِـَٔايَٰتِنَا هُمۡ أَصۡحَٰبُ ٱلۡمَشۡـَٔمَةِ

Rəsulumuza nazil etdiyimiz ayələrə küfr edən kimsələr - məhz onlar sol tərəf sahibləridir. info
التفاسير:

external-link copy
20 : 90

عَلَيۡهِمۡ نَارٞ مُّؤۡصَدَةُۢ

Qiyamət günü onları hər tərəfdən əhatə edən, içində əzab çəkəcəkləri od gözləyir. info
التفاسير:
Trong những bài học trích được của các câu Kinh trên trang này:
• أهمية تزكية النفس وتطهيرها.
Nəfsi təmizə çıxarmağın və onu günahlardan təmizləməyin əhəmiyyəti. info

• المتعاونون على المعصية شركاء في الإثم.
Asilik etməkdə əlbir olan kimsələrin qazanılan günaha şərik olması. info

• الذنوب سبب للعقوبات الدنيوية.
Günahlar insanın hələ dünyada ikən cəzalandırılmasına səbəbdir. info

• كلٌّ ميسر لما خلق له فمنهم مطيع ومنهم عاصٍ.
Hər kəs nə üçün yaranmışsa, ona da müyəssər edilər. Kimisi itaətkar, kimisi də asi olar. info