Bản dịch ý nghĩa nội dung Qur'an - 简易古兰经经注阿塞拜疆语版

external-link copy
47 : 27

قَالُواْ ٱطَّيَّرۡنَا بِكَ وَبِمَن مَّعَكَۚ قَالَ طَٰٓئِرُكُمۡ عِندَ ٱللَّهِۖ بَلۡ أَنتُمۡ قَوۡمٞ تُفۡتَنُونَ

Salehin qövmü haqqa qarşı inadkarlıq edərək ona belə dedi: "Biz sə­nin və sə­nin­lə birlikdə olan möminlərin üzündən uğur­suz­luğa uğra­dıq". Saleh - aleyhissəlam - onlara dedi: "Başınıza gələn sıxıntılar ucbatından sizə fərəc gətirmək üçün uçurtduğunuz quşların elmi Allah yanında­dır. Bu işdə Ona heç bir şey gizli qalmaz. Əksinə, siz, sizə verilən nemətlərlə və başınıza gələn müsibətlərlə sı­na­ğa çəkilən bir qövmsü­nüz". info
التفاسير:
Trong những bài học trích được của các câu Kinh trên trang này:
• الاستغفار من المعاصي سبب لرحمة الله.
• Günahlara görə Allahdan bağışlanma diləmək, Uca Allahın mərhəmətinə nail olmağa səbəbdir. info

• التشاؤم بالأشخاص والأشياء ليس من صفات المؤمنين.
• Şəxslərlə və əşyalarla bədbinlik etmə və onları uğursuzluğun səbəblərindən hesab etmək möminlərin sifətlərindən deyildir. info

• عاقبة التمالؤ على الشر والمكر بأهل الحق سيئة.
• Haqq əhlinə qarşı şər və hiylə əməllərə əl atıb və bunun üçün bir araya gəliməyin aqibəti çox pisdir. info

• إعلان المنكر أقبح من الاستتار به.
• Günahı insanların gözü qarşısında etmək, gizlində etməkdən daha pisdir. info

• الإنكار على أهل الفسوق والفجور واجب.
• Günah işləyən kimsələrə inkar etmək vacibdir. info