Қуръони Карим маъноларининг таржимаси - Озарийча таржима

Бет рақами:close

external-link copy
84 : 26

وَٱجۡعَل لِّي لِسَانَ صِدۡقٖ فِي ٱلۡأٓخِرِينَ

Sonra gələnlər arasında (həmişə yad edilim deyə) mənə yaxşı ad qismət elə! info
التفاسير:

external-link copy
85 : 26

وَٱجۡعَلۡنِي مِن وَرَثَةِ جَنَّةِ ٱلنَّعِيمِ

Məni Nəim cənnətinin varislərindən et! info
التفاسير:

external-link copy
86 : 26

وَٱغۡفِرۡ لِأَبِيٓ إِنَّهُۥ كَانَ مِنَ ٱلضَّآلِّينَ

Atamı bağışla! Çünki o, azmışlardandır. info
التفاسير:

external-link copy
87 : 26

وَلَا تُخۡزِنِي يَوۡمَ يُبۡعَثُونَ

(İnsanların) dirildiləcəyi gün məni rüsvay etmə! info
التفاسير:

external-link copy
88 : 26

يَوۡمَ لَا يَنفَعُ مَالٞ وَلَا بَنُونَ

O gün, nə var-dövlət, nə də oğul-uşaq fayda verər. info
التفاسير:

external-link copy
89 : 26

إِلَّا مَنۡ أَتَى ٱللَّهَ بِقَلۡبٖ سَلِيمٖ

Ancaq sağlam bir qəlblə Allahın hüzuruna gələnlərdən başqa!” info
التفاسير:

external-link copy
90 : 26

وَأُزۡلِفَتِ ٱلۡجَنَّةُ لِلۡمُتَّقِينَ

(O gün) Cənnət müttəqilərə yaxınlaşdırılar. info
التفاسير:

external-link copy
91 : 26

وَبُرِّزَتِ ٱلۡجَحِيمُ لِلۡغَاوِينَ

Cəhənnəm də azğınlara göstərilər. info
التفاسير:

external-link copy
92 : 26

وَقِيلَ لَهُمۡ أَيۡنَ مَا كُنتُمۡ تَعۡبُدُونَ

Onlara deyilər: “Hanı sizin ibadət etdikləriniz – info
التفاسير:

external-link copy
93 : 26

مِن دُونِ ٱللَّهِ هَلۡ يَنصُرُونَكُمۡ أَوۡ يَنتَصِرُونَ

Allahdan başqa (pənah apardıqlarınız?) Onlar sizə kömək edə bilərlərmi, yaxud özlərinə köməkləri dəyə bilərmi?” info
التفاسير:

external-link copy
94 : 26

فَكُبۡكِبُواْ فِيهَا هُمۡ وَٱلۡغَاوُۥنَ

Onlar azğınlarla birlikdə (Cəhənnəmə) atılarlar, info
التفاسير:

external-link copy
95 : 26

وَجُنُودُ إِبۡلِيسَ أَجۡمَعُونَ

İblisin bütün əsgərləri də, (həmçinin). info
التفاسير:

external-link copy
96 : 26

قَالُواْ وَهُمۡ فِيهَا يَخۡتَصِمُونَ

Onlar orada höcətləşərək deyərlər: info
التفاسير:

external-link copy
97 : 26

تَٱللَّهِ إِن كُنَّا لَفِي ضَلَٰلٖ مُّبِينٍ

“Allaha and olsun ki, biz açıq-aydın azğınlıq içində idik – info
التفاسير:

external-link copy
98 : 26

إِذۡ نُسَوِّيكُم بِرَبِّ ٱلۡعَٰلَمِينَ

o vaxt ki, biz sizi aləmlərin Rəbbinə tay tuturduq. info
التفاسير:

external-link copy
99 : 26

وَمَآ أَضَلَّنَآ إِلَّا ٱلۡمُجۡرِمُونَ

Bizi ancaq günahkarlar azdırdı. info
التفاسير:

external-link copy
100 : 26

فَمَا لَنَا مِن شَٰفِعِينَ

İndi isə bizim nə şəfaətçilərimiz, info
التفاسير:

external-link copy
101 : 26

وَلَا صَدِيقٍ حَمِيمٖ

nə də (bizə) canıyanan bir dostumuz var! info
التفاسير:

external-link copy
102 : 26

فَلَوۡ أَنَّ لَنَا كَرَّةٗ فَنَكُونَ مِنَ ٱلۡمُؤۡمِنِينَ

Bir də (dünyaya) qayıda bilsəydik, möminlərdən olardıq!” info
التفاسير:

external-link copy
103 : 26

إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗۖ وَمَا كَانَ أَكۡثَرُهُم مُّؤۡمِنِينَ

Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti iman gətirmədi. info
التفاسير:

external-link copy
104 : 26

وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ

Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir. info
التفاسير:

external-link copy
105 : 26

كَذَّبَتۡ قَوۡمُ نُوحٍ ٱلۡمُرۡسَلِينَ

Nuh qövmü də elçiləri yalançı saydı. info
التفاسير:

external-link copy
106 : 26

إِذۡ قَالَ لَهُمۡ أَخُوهُمۡ نُوحٌ أَلَا تَتَّقُونَ

O vaxt qardaşları Nuh onlara dedi: “Məgər qorxmursunuz? info
التفاسير:

external-link copy
107 : 26

إِنِّي لَكُمۡ رَسُولٌ أَمِينٞ

Həqiqətən, mən sizin üçün etibar olunan bir elçiyəm. info
التفاسير:

external-link copy
108 : 26

فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ

Allahdan qorxun və mənə itaət edin. info
التفاسير:

external-link copy
109 : 26

وَمَآ أَسۡـَٔلُكُمۡ عَلَيۡهِ مِنۡ أَجۡرٍۖ إِنۡ أَجۡرِيَ إِلَّا عَلَىٰ رَبِّ ٱلۡعَٰلَمِينَ

Bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir. info
التفاسير:

external-link copy
110 : 26

فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ

Allahdan qorxun və mənə itaət edin!” info
التفاسير:

external-link copy
111 : 26

۞ قَالُوٓاْ أَنُؤۡمِنُ لَكَ وَٱتَّبَعَكَ ٱلۡأَرۡذَلُونَ

Onlar: “Sənə ən rəzil kimsələr tabe olduğu halda biz sənə inanarıqmı?”– dedilər. info
التفاسير: