Қуръони Карим маъноларининг таржимаси - Озарийча таржима

Бет рақами:close

external-link copy
40 : 26

لَعَلَّنَا نَتَّبِعُ ٱلسَّحَرَةَ إِن كَانُواْ هُمُ ٱلۡغَٰلِبِينَ

Əgər sehrbazlar qalib gəlsələr, ola bilsin ki, biz də onlara tabe olaq”. info
التفاسير:

external-link copy
41 : 26

فَلَمَّا جَآءَ ٱلسَّحَرَةُ قَالُواْ لِفِرۡعَوۡنَ أَئِنَّ لَنَا لَأَجۡرًا إِن كُنَّا نَحۡنُ ٱلۡغَٰلِبِينَ

Sehrbazlar gələn kimi Firona: “Əgər qalib gəlsək, bizə bir mükafat veriləcəkmi?”– dedilər. info
التفاسير:

external-link copy
42 : 26

قَالَ نَعَمۡ وَإِنَّكُمۡ إِذٗا لَّمِنَ ٱلۡمُقَرَّبِينَ

(Firon) dedi: “Bəli! Belə olacağı təqdirdə sizi (özümə) yaxın adamlardan edəcəyəm”. info
التفاسير:

external-link copy
43 : 26

قَالَ لَهُم مُّوسَىٰٓ أَلۡقُواْ مَآ أَنتُم مُّلۡقُونَ

Musa onlara: “Nə atacaqsınızsa, atın!”– dedi. info
التفاسير:

external-link copy
44 : 26

فَأَلۡقَوۡاْ حِبَالَهُمۡ وَعِصِيَّهُمۡ وَقَالُواْ بِعِزَّةِ فِرۡعَوۡنَ إِنَّا لَنَحۡنُ ٱلۡغَٰلِبُونَ

Onlar iplərini və əsalarını (yerə) atıb: “Fironun qüdrətinə and olsun ki, biz qalib gələcəyik!”– dedilər. info
التفاسير:

external-link copy
45 : 26

فَأَلۡقَىٰ مُوسَىٰ عَصَاهُ فَإِذَا هِيَ تَلۡقَفُ مَا يَأۡفِكُونَ

Musa əsasını (yerə) atdı və əsa onların uydurduqları şeyləri uddu. info
التفاسير:

external-link copy
46 : 26

فَأُلۡقِيَ ٱلسَّحَرَةُ سَٰجِدِينَ

Sehrbazlar səcdəyə qapandılar info
التفاسير:

external-link copy
47 : 26

قَالُوٓاْ ءَامَنَّا بِرَبِّ ٱلۡعَٰلَمِينَ

və dedilər: “Biz aləmlərin Rəbbinə iman gətirdik – info
التفاسير:

external-link copy
48 : 26

رَبِّ مُوسَىٰ وَهَٰرُونَ

Musanın və Harunun Rəbbinə!” info
التفاسير:

external-link copy
49 : 26

قَالَ ءَامَنتُمۡ لَهُۥ قَبۡلَ أَنۡ ءَاذَنَ لَكُمۡۖ إِنَّهُۥ لَكَبِيرُكُمُ ٱلَّذِي عَلَّمَكُمُ ٱلسِّحۡرَ فَلَسَوۡفَ تَعۡلَمُونَۚ لَأُقَطِّعَنَّ أَيۡدِيَكُمۡ وَأَرۡجُلَكُم مِّنۡ خِلَٰفٖ وَلَأُصَلِّبَنَّكُمۡ أَجۡمَعِينَ

(Firon) dedi: “Mən sizə izin verməmişdən əvvəl siz ona imanmı gətirdiniz? Şübhəsiz ki, o sizə sehr öyrədən böyüyünüzdür. Tezliklə biləcəksiniz! Mütləq sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirib hamınızı çarmıxa çəkdirəcəyəm”. info
التفاسير:

external-link copy
50 : 26

قَالُواْ لَا ضَيۡرَۖ إِنَّآ إِلَىٰ رَبِّنَا مُنقَلِبُونَ

Onlar dedilər: “Zərər yox, biz (onsuz da) öz Rəbbimizə qayıdacağıq. info
التفاسير:

external-link copy
51 : 26

إِنَّا نَطۡمَعُ أَن يَغۡفِرَ لَنَا رَبُّنَا خَطَٰيَٰنَآ أَن كُنَّآ أَوَّلَ ٱلۡمُؤۡمِنِينَ

Biz (Firon xalqı arasından) ilk iman gətirənlər olduğumuza görə Rəbbimizdən günahlarımızı bağışlayacağını umuruq”. info
التفاسير:

external-link copy
52 : 26

۞ وَأَوۡحَيۡنَآ إِلَىٰ مُوسَىٰٓ أَنۡ أَسۡرِ بِعِبَادِيٓ إِنَّكُم مُّتَّبَعُونَ

Biz Musaya: “Qullarımla birlikdə gecə yola çıx. Çünki siz təqib olunacaqsınız”– (deyə) vəhy etdik. info
التفاسير:

external-link copy
53 : 26

فَأَرۡسَلَ فِرۡعَوۡنُ فِي ٱلۡمَدَآئِنِ حَٰشِرِينَ

Firon şəhərlərə (əsgər) toplayanlar göndərdi. info
التفاسير:

external-link copy
54 : 26

إِنَّ هَٰٓؤُلَآءِ لَشِرۡذِمَةٞ قَلِيلُونَ

(O dedi:) “Bunlar kiçik bir dəstədir. info
التفاسير:

external-link copy
55 : 26

وَإِنَّهُمۡ لَنَا لَغَآئِظُونَ

Onlar bizi qəzəbləndirmişlər. info
التفاسير:

external-link copy
56 : 26

وَإِنَّا لَجَمِيعٌ حَٰذِرُونَ

Biz hamımız ayıq-sayıq olmalıyıq.” info
التفاسير:

external-link copy
57 : 26

فَأَخۡرَجۡنَٰهُم مِّن جَنَّٰتٖ وَعُيُونٖ

Biz (o zalım tayfanı) bağlardan və çeşmələrdən çıxartdıq; info
التفاسير:

external-link copy
58 : 26

وَكُنُوزٖ وَمَقَامٖ كَرِيمٖ

xəzinələrdən və gözəl yerlərdən də (uzaqlaşdırdıq). info
التفاسير:

external-link copy
59 : 26

كَذَٰلِكَۖ وَأَوۡرَثۡنَٰهَا بَنِيٓ إِسۡرَٰٓءِيلَ

Beləcə, Biz İsrail oğullarını o yerlərə varis etdik. info
التفاسير:

external-link copy
60 : 26

فَأَتۡبَعُوهُم مُّشۡرِقِينَ

Günəş üfüqdən qalxarkən (Firon öz əsgərləri ilə) onları təqib etməyə başladılar. info
التفاسير: